Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-50/2025 05.02.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Giriş hissə: X9 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı 547 manat məbləğində maddi ziyanın və 30 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair işə 05 fevral 2024-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı 547 manat məbləğində maddi ziyanın və 30 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək yolun uzaqlığı ilə əlaqədar məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclası ilə bağlı bildiriş cavabdehə çatdırılsa da o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclası ilə bağlı məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş “F-20”-də “Rusiya Federasiyasındadır” yazılmaqla geri qaytarıldığından həmin və növbəti məhkəmə bildirişləri cavabdehin qeydiyyat ünvanı üzrə Oğuz rayon İHB Padar kənd İƏD üzrə nümayəndəliyinə göndərilmiş, nümayəndəlik xx.xx.2024-cü il tarixli, 5-68-12/2-73/2024 saylı, xx.xx.2024-cü il tarixli, 5-68-12/2-01/2025 saylı və xx.xx.2025-ci il tarixli, 5-68-12/2-73/2025 saylı məktublarla Cavabdeh nümayəndəlik ərazisində yaşamadığını, əldə edilən məlumata görə Rusiya Federasiyasında yaşadığını bildirmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixli, 5916 reyestr nömrəli baş etibarnamə əsasında idarə etdiyi Toyota Prius (Hibrid) minik markalı, ** VM *** dövlət qeydiyyat nişanlı (ban: JTDKB20U1********) avtomobilini xx.xx.2024-cü il tarixli 7E-471 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh şəxsi istifadə üçün “nəqliyyat vasitəsini idarə etmək” səlahiyyəti ilə vermişdir, lakin cavabdeh avtomobilə səhlənkarlıq nəticəsində müxtəlif qəzalar vasitəsi ilə zərər yetirmiş və “Yol hərəkəti haqqında” Qanuna riyayət etmədiyi üçün müxtəlif vaxtlarda İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə cərimələrə məruz qalmışdır. Cavabdehin məsuliyyətsizliyinə görə xx.xx.2024-cü il tarixdə avtomobilinin geri qaytarılmasını ondan tələb etmişdir. Cavabdeh avtomobili xx.xx.2024-ci il tarixdə gecə saat 00:30 radələrində Bakı şəhəri Badamdar ərazisində onun iş yerinin yaxınlığında park edərək qəzalı vəziyyətdə qoyub getmiş, sonra zəng edərək avtomobilə vurulmuş ziyanı və cərimələri ödəməyə imkanı olmadığından qeyd edilən xərclərin onun tərəfindən qarşılanmasını xahiş etmiş və bildirmişdir ki, “mənə vaxt ver, sənin borcunu işləyim, qaytarım.” Cavabdehin ümumilikdə ona 547 manat borcu yaranmışdır. Çəkilmiş xərclər- arxa buferin təmiri üçün 45 manat, sağ “padnoşka”da (ayaqlıq) qaynaq işi 50 manat, sağ “padnoşka”nın (ayaqlıq) rənglənməsi 70 manat, qabaq sol qanadın dəyişilməsi 100 manat, qabaq buferin təmiri və rənglənməsi 100 manat olmaqla avtomobilə dəymiş zərər cəmi 365 manat təşkil edir. Bundan başqa cavabdehin 51.60 manat, 40 manat və 11.50 manat cərimə məbləğlərini, 80 manat şəxsi borcunu ödəmişdir. Bütün borcun ödənilməsi üçün cavabdehi dəfələrlə “votsap” sosial şəbəkəsi vasitəsilə xəbərdar etsə də o hər dəfə yaxın müddət ərzində borcu ödəyəcəyini demiş, lakin ödəməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə “Votsap” sosial şəbəkəsi vasitəsilə borcunu 2024-cü ilin iyul ayının 30-na qədər ödəyəcəyinə söz versə də bu günə qədər 547 manat borcunu ödəməmişdir. İddianın tam məbləğdə təmin edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Oğuz rayon Padar kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Padar kəndidir. İşə əlavə edilmiş BD 710363 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Oğuz rayon sakini, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək B1,B kateqoriyalar üzrə avtomobil idarə etmək hüququ verilmişdir. İşə əlavə edilmiş BD 429159 saylı texniki pasportun surətindən görünür ki, Toyota Prius (Hibrid) minik markalı, ** VM *** dövlət qeydiyyat nişanlı (ban: JTDKB20U1********) avtomobil xx.xx.2023-cü il tarixdə Lənkəran RQİ və TBŞ-də mülkiyyətçi X2 adına qeydə alınmışdır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X1 Prius (Hibrid) minik markalı, ** VM *** dövlət qeydiyyat nişanlı (ban: JTDKB20U1********) avtomobilini xx.xx.2024-cü il tarixədək sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq. ipotekaya qoymaq, sərəncam vermək və digər səlahiyyətlərlə İddiaçı etibar etmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X2 xx.xx.2023cü il tarixli etibarnamə üzrə nümayəndəsi İddiaçı Toyota Prius (Hibrid) minik markalı, ** VM *** dövlət qeydiyyat nişanlı (ban: JTDKB20U1********) avtomobili xx.xx.2024-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti ilə Cavabdeh etibar etmişdir. Azərbaycan Respublikası Mərkəzi X3 işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** saylı, xx.xx.2024-cü il tarixli, ********** saylı və ********** saylı mədaxil qəbzlərindən görünür ki, inzibati xəta ilə əlaqədar qəbul edilmiş EQ 19275157 saylı, EQ 19987200 saylı və EQ 19608566 saylı qərarlar üzrə Oğuz rayon Padar kənd sakini Cavabdeh adına müvafiq olaraq 51,60 manat, 40 manat və 11,50 manat cərimə məbləğləri müvafiq hesaba ödənilmişdir. "xxxx" ASC-nin işə əlavə edilmiş, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri əhatə edən kart hesabından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə DİN EQ 19275157 saylı qərar üzrə 51,60 manat, xx.xx.2024-cü il tarixdə EQ 19987200 saylı və EQ 19608566 saylı qərarlar üzrə 40 manat və 11,50 manat məbləğində pul müştəri İddiaçı tutularaq müvafiq hesaba köçürülmüşdür. İşə əlavə edilmiş, “Votsap” sosial şəbəkəsi vasitəsi ilə İddiaçı və Cavabdeh arasında mülki tələblə bağlı iddia ərizəsinin məzmununa uyğun xx.xx.2024-xx.xx.2024-cü il tarixədək olan yazışmalardan görünür ki, Mahmud yazışmaların nəticəsi olaraq xx.xx.2024-cü il tarixdə avtomobillə əlaqədar İlkinə olan 547 manat borcunu iyul ayının axırında 550 manat olmaqla çatdıracağına söz vermişdir.(cəmi 10 vərəq) Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci və 5.3-cü maddələrinin tələbinə görə iddiaçı yalnız özünün qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları ilə bağlı məhkəmə müdafiəsindən istifadə edə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ ilə xx.xx.2024-cü il tarixədək ona etibar edilmiş avtomobili xx.xx.2024-cü il tarixdə gecə saatlarında iddiaçının tələbi ilə onun iş yerinin yaxınlığında qəzalı vəziyyətdə saxlayaraq getmiş, iddiaçı avtomobilin təmiri üçün 365 manat xərcləmiş, 51,60 manat, 40 manat və 11,50 manat olmaqla, cavabdehin adına yazılmış cəmi 103,10 manat cərimə məbləğini ödəmiş, 80 manat borc məbləği də nəzərə alınmaqla cavabdehin ona 548,10 manat borcu yaranmışdır. İddiaçı “votsap” sosial şəbəkəsi vasitəsilə borcun 547 manat olduğunu bildirmiş, cavabdeh iddiaçı ilə yazışarkən həmin məbləği iyul ayının axırında 550 manat olmaqla ödəyəcəyini vəd etmişdir. Buna baxmayaraq cavabdeh verdiyi sözə əməl etməmiş, iş materialları ilə müəyyən edildiyi kimi dəymiş zərəri ödəmədən Rusiya Federasiyasına getmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edildiyindən iddia tələbi təmin edilməli, 547 manat məbləğində dəymiş zərər cavabdehdən alınıb iddiaçıya verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən təmin edilmiş məbləğə uyğun ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidır. Nəticə hissə: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 547 (beş yüz qırx yeddi) manat məbləğində zərər və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-50/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-50/2025
05.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver