Məhkəmə qərarları › İş №e-2(054)-502/2023

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-502/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-502/2023 11.09.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı “"xxxx" KB ASC Cavabdeh qarşı 9546 manat əsas borc, 493,02 manat faiz borcu, 3,32 manat cərimə, cəmi 10042,34 manat borcun və 120,53 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.Cavabdehə göndərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş “F-20”-də “köçüb”, “bu ünvanda yaşamır” qrafaları işarələnməklə məhkəməyə geri qaytarılmış, cavabdehin qeydiyyat ünvanına uyğun olaraq ünvan 1 bildirişinə cavab olaraq nümayəndəlik xx.xx.2023-cü il tarixli, 5-68-12/2-40/2023 saylı məktubla Kərimli kənd sakini Cavabdeh kənddə qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ki, ərazidə yaşamadığını, onun dəqiq ünvanının məlum olmadığını bildirmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin ərizəsini araşdırıb hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər (dövlət rüsumu) geri qaytarılmalıdır. (İddia ərizəsi və sənədlər məhkəməyə elektron qaydada daxil olduğundan iş materialları sənədlərin surətindən ibarətdir.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-cu maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266–268 -ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər (dövlət rüsumu) qaytarılsın. "xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən "xxxx" KB ASC-yə ödənilmiş 120,13 manat dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-yə qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar