Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-53/2024 13.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X11 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər-borcalan X5 vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki işə 13 mart 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC (mətndə iddiaçı) cavabdehlər-borcalan X5 vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 (mətndə cavabdeh) qarşı cavabdehlərdən xx.xx.2021-ci il tarixli, BPM**********62 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 2217,9 manat əsas borc, xx.xx.2021-ci il tarixli, BPM**********78 saylı kredit müqaviləsi üzrə 496,64 manat əsas borc, 12,55 manat faiz borcu, cəmi 509,19 manat, ümumilikdə 2727,09 manat kredit borcunun, ödənilmiş 47,27 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş elektron ərizəsi ilə iddia tələbinin əsasını təşkil edən sübutların məhkəməyə təqdim edildiyini bildirərək işə iştirakı olmadan baxılmasını və iddanın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 istisna olmaqla digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, "xxxx" ASC-nin Oğuz şöbəsi ilə X7 arasında bağlanmış xx.xx.2021ci il tarixli, BPM**********62 saylı kredit (tamkart çərçivə) müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit limiti açılmış və kart təqdim edilmişdir. Bank ilə borclu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BPM**********78 saylı kredit müqaviləsinə əsasən isə ona şəxsi istehlak məqsədilə illik 24 faizlə 36 ay müddətinə 2380 manat məbləğində nəğd kredit verilmişdir. X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qəbələ Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 3576 nömrəli məktubu və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışla müəyyən edilmişdir ki, X1 qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 adına vərəsəlik işi açılmışdır. Bankın Şəki filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışlarına əsasən X5 vəfat etdiyi tarixə banka xx.xx.2021-ci il tarixli, BPM**********62 saylı kredit (tamkart çərçivə) müqaviləsinə görə ödənilməmiş 496,64 manat əsas borcu, 12,55 manat faiz borcu, cəmi 509,19 manat, xx.xx.2024-cü il tarixli, BPM**********78 saylı kredit müqaviləsinə görə 2217,9 manat əsas borcu qalmışdır. Cavabdehlər mərhum X4 qalmış mirası qəbul etsələr də miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişlər.X2 verilmiş kredit məbləği sığorta edilməmiş, ölümündən sonra bank tərəfindən bağışlanılmamışdır. İddiaçı tərəf mübahisənin məhkəmədən kənar qaydada həlli üçün səy göstərsə də, cavabdehlər öz öhdəliklərini yerinə yetirməmişlər. Kredit öhdəlikləri qanuna uyğun olaraq borcalan tərəfindən, hazırki halda isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1146, 1255 və 1306.1-ci maddələrinin tələbləri rəhbər tutulmaqla onun vərəsələri tərəfindən yerinə yetirliməlidir. Cavabdehlərdən xx.xx.2021-ci il tarixli, BPM**********62 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 2217,9 manat əsas borc, xx.xx.2021-ci il tarixli, BPM**********78 saylı kredit müqaviləsi üzrə 496,64 manat əsas borc, 12,55 manat faiz borcu, cəmi 509,19 manat, ümumilikdə 2727,09 manat kredit borcunun, ödənilmiş 47,27 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, mərhum arvadı Gülnisə Həsrətova xəstə olduğundan krediti müalicəsi üçün götürmüşdü. Kredit götürməsindən onun və digər cavabdehlər olan uşaqlarının xəbəri olmayıb. Onun kreditini sığorta ödəməli idi, lakin bununla bağlı əlində sənəd yoxdur. Vərəsəlik torpaqla bağlı olub. Həmin torpaq sahələri arvadının sağlığında qeyri-rəsmi satılıb. Sənədləşmə Gülnisənin vəfatından sonra olub. Təqaüdçüdür. Ürəyindən əməliyyat olunub. Uşaqlar işləmir. Borcu qəbul edir, amma həmin borcu ödəmək imkanları yoxdur. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, BPM**********62 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Oğuz şöbəsi tərəfindən X6 36 ay müddətinə illik 24 % dərəcəsi ilə 500 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, BPM**********78 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Oğuz şöbəsi tərəfindən X6 şəxsi istehlak məqsədilə 36 ay müddətinə illik 24 % dərəcəsi ilə 2380 manat məbləğində nəğd kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC-nin Oğuz şöbəsi tərəfindən X6 şəxsi istehlak məqsədləri ilə 36 ay müddətinə illik 24 % dərəcəsi ilə verilmiş 2380 manat kredit borcunun (981,32 manat faiz əlavə olunmaqla) ödənişinin xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 93,38 manat, sonuncu ay 93 manat olmaqla xx.xx.2024-cü il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İş materiallarında olan ölüm haqqında AZ-İİ 192614 saylı şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 125 nömrə ilə qeyd edilmişdir. Qəbələ Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin iş materiallarında olan, "xxxx" ASC-nin Zaqatala filialına ünvanlanmış xx.xx.2023-ci il tarixli, 3576 saylı məktubundan və ona əlavə edilmiş elektron notariat informasiya sistemindən çıxarışından, habelə xx.xx.2024-cü il tarixli, 621 saylı məktubu ilə məhkəməyə daxil olmuş xx.xx.2023cü il tarixli, 2V-45 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli, 2V-1061 reyestr nömrəli notariat işlərinin surətindən görünür ki, X1 qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 adına vərəsəlik işləri açılmış, miras əmlak Oğuz rayonu Kərimli kəndində yerləşən 0,087619 ha və 1,1212 ha torpaq sahələrinin X6 məxsus hissəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, PKİD/883 saylı xəbərdarlıqdan görünür ki, borcalan X5 vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 miras passivinin qaytarılması ilə bağlı xəbərdarlıq edilmiş, kreditlə bağlı öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyət daşıdıqları barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X6 xx.xx.2021-ci il tarixdə 36 ay müddətinə, illik 24 faizlə açılmış 500 manatlıq kredit xətti üzrə 1322,86 manat istifadə olunmuş, həmin məbləğdən kreditin ödənişi 826,22 manat əsas, 7,52 manat faiz borcu hissəsində həyata keçirilmiş, borclunun ödənilməmiş əsas borcu 496,64 manat, faiz borcu 12,55 manat, cəmi borcu 509,19 manatdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X6 xx.xx.2021-ci il tarixdə 36 ay müddətinə, illik 24 faizlə verilmiş 2380 manat nəğd kreditin ödənişi 162,1 manat əsas, 124,63 manat cərimə faizi borcu hissəsində həyata keçirilmiş, borclunun ödənilməmiş əsas borcu 2217,9 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023cü il tarixədək olan redaksiyada verilib.) Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, "xxxx" ASC-nin Oğuz şöbəsi ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********62 saylı kredit (tamkart çərçivə) müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit limiti açılmış və kart təqdim edilmişdir. Bank ilə borclu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BPM**********78 saylı kredit müqaviləsinə əsasən isə ona şəxsi istehlak məqsədilə illik 24 faizlə 36 ay müddətinə 2380 manat məbləğində nəğd kredit verilmişdir. X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X5 vəfat etdiyi tarixə banka xx.xx.2021-ci il tarixli, BPM**********62 saylı kredit (tamkart çərçivə) müqaviləsinə görə ödənilməmiş 496,64 manat əsas borcu, 12,55 manat faiz borcu, cəmi 509,19 manat, xx.xx.2024-cü il tarixli, BPM**********78 saylı kredit müqaviləsinə görə 2217,9 manat əsas borcu qalmışdır. Bu, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışlarında öz əksini tapmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 onun vərəsəsi olaraq mərhum X4 qalmış mirası notarial qaydada qəbul etmişlər, lakin onlara xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişlər, halbuki mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlər vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2021-ci il tarixli, BPM**********62 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 2217,9 manat əsas borc, xx.xx.2021-ci il tarixli, BPM**********78 saylı kredit müqaviləsi üzrə 496,64 manat əsas borc, 12,55 manat faiz borcu, cəmi 509,19 manat, ümumilikdə 2727,09 manat məbləğ borclu-X1 vərəsələri olan cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən cavabdehlərdən 47,27 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. X1 vərəsələri-cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 xx.xx.2021-ci il tarixli, BPM**********62 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 2217,9 manat əsas borc, xx.xx.2021-ci il tarixli, BPM**********78 saylı kredit müqaviləsi üzrə 496,64 manat əsas borc, 12,55 manat faiz borcu, cəmi 509,19 manat, ümumilikdə 2727,09 manat (iki min yeddi yüz iyirmi yeddi manat doqquz qəpik) manat kredit borcu, 47,27 (qırx yeddi manat iyirmi yeddi qəpik) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-53/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-53/2024
13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver