Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-535/2022 09.12.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4770,90 manat əsas borc, 1336,26 manat faiz borcu - cəmi 6107,16 manat borc və 82,00 manat dövlət rüsumu məbləğinin birgə qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 illik 29 % dərəcəsi ilə 18 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 müqavilə ilə müəyyən edilmiş müddətdə əsas borc və faiz borcunu ödəniş cədvəlinə uyğun olaraq ödəməklə, müqavilə müddəti ərzində cəmi 6226,20 manat kredit borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, Cavabdeh1 onunla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir. Hazırda Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 4770,90 manat əsas borc və 1336,26 manat faiz borcu vardır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmiş, onlarla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 82,00 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 4770,90 manat əsas borc və 1336,26 manat faiz borcu - cəmi 6107,16 manat borc məbləğini, dövlət rüsumu kimi ödənilmiş 82,00 manat məbləğini birgə qaydada cavabdehlərdən tələb edir. Ona görə də hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə baxış iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbinə etirazı olmadığını bildirmiş və izahat verərək göstərmişdir ki, onunla iddiaçı arasında kredit müqaviləsi bağlandıqdan sonra ailə üzvünün səhhətində yaranmış problemlərlə bağlı və maddi imkansızlıq üzündən kreditin aylıq ödənişlərini vaxtında həyata keçirə bilməmişdir. Hazırda da ondan tələb edilən kredit borcu məbləğini ödəmək imkanı yoxdur və həmin məbləği hissə-hissə ödəyəcəkdir. Qeyd etdiklərinə əsasən onun və digər cavabdehin maddi vəziyyəti nəzərə alınaraq iş üzrə qanuni qərar qəbul edilməsini, eyni zamanda, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş edir. Digər Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxış iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli kreditləşmə və xidmət şərtləri, xx.xx.2020-ci il tarixli kredit sazişi, həmin kredit müqaviləsinə aid ödəniş cədvəli, xx.xx.2020-ci il tarixli kassa məxaric orderi, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubları, xx.xx.2022-ci il tarixli maliyyə arayışı, ********* nömrəli mədaxil qəbzi, xx.xx.2022-ci il tarixli ödəniş qəbzi, xx.xx.2022-ci il tarixli hesabdan çıxarış ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, Cavabdeh2 müraciəti əsasında onunla iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 illik 29 % dərəcəsi ilə 18 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 6226,20 manat kredit borcunu tam şəkildə ödəməli olması barədə ödəniş cədvəli təqdim edilmişdir. xx.xx.2020ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini lazımi qaydada icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, kredit və zaminlik müqavilələri üzrə cavabdehlərin öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmiş, əks halda, kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi izah edilmişdir. Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 82,00 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 4770,90 manat əsas borc, 1336,26 manat faiz borcu - cəmi 6107,16 manat borc və 82,00 manat dövlət rüsumu məbləğini cavabdehlərdən birgə qaydada tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi kredit və zaminlik müqaviləsinə, kassa məxaric orderinə, ödəniş cədvəlinə, xəbərdarlıq məktublarına və hesabdan çıxarışa istinad edir. Cavabdeh2 iddia tələbinə etirazı olmadığını bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Digər Cavabdeh1 heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlmədiyinə görə onun iddia tələbinin mahiyyətinə münasibətini müəyyən etmək mümkün olmamışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 4770,90 manat əsas borc və 1336,26 manat faiz borcu məbləğinin cavabdehlərdən birgə qaydada tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla, məhkəməyə müraciət etmək üçün ödənilmiş 82,00 manat dövlət rüsumu məbləği də cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 4770,90 manat əsas borc, 1336,26 manat faiz borcu və 82,00 manat dövlət rüsumu - cəmi 6189,16 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(054)-535/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-535/2022
09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver