Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-550/2024 26.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Mən, Oğuz Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı Cavabdeh qarşı cavabdehdən 2800 manat pulun və 50 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə qoşmada göstərilmiş və iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi haqqında qəbz nəzərdən keçirilərkən müəyyən edildi ki, 50 manat dövlət rüsumu xx.xx.2022-ci il tarixdə X2 tərəfindən "xxxx" ASC vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hesabına köçürülmüşdür. Qeyd olunan məlumat “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə yoxlanarkən həmin qəbzin e-2(005)- 853/2023 saylı işdə istifadə olunduğu və ondan imtina edilmədiyi müəyyən edildi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki iddia ərizəsinin verilməsi üçün bu məbləğ 48 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 150.1.2ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən göründüyü kimi 50 manat məbləğ xx.xx.2022-ci il tarixdə X2 tərəfindən "xxxx" ASC vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hesabına köçürülmüş, həmin qəbz e-2(005)- 853/2023 saylı işdə istifadə olunmuş və ondan imtina edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 152, 263- 264, 266 -268-ci maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-550/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-550/2024
26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver