Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-56/2025 16.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə 16 yanvar 2025-ci il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti (iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli, 80/0819- 071 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 521,20 AZN əsas borc, 3,77 AZN faiz borcu, Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 2021-2024-cü illər üçün 164 AZN, cəmi 688,97 AZN məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat”ın müddəalarını əhatə edən 23-1-ci fəslinə uyğun olaraq cavabdehə MPM-in 47, 284-1, 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinin məzmununu əhatə edən məhkəmə bildirişi göndərilmişdir. Cavabdehin kredit borcunu qəbul etmədiyinə dair xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsinə uyğun olaraq həmin tarixli qərardadla iş üzrə iddia icraatına keçilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixlərdə məhkəməyə daxil olmuş ərizələrlə işə iştirakları olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir.Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 80/0819-071 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən ona 60 ay müddətinə, kreditdən istifadəyə görə illik 1% faiz haqq ödəmək şərtilə 624,13 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2021-ci il tarixə olan hesablamalara görə iddiaçıya borcu 521,20 manat əsas kredit borcu, 3,77 manat faiz borcu, cəmi 524,97 manat təşkil edir. Cavabdeh dəfələrlə müraciət edilsə də, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Cavabdeh 23 avqust 2019-cu il tarixli, 80/0819-071 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə son ödəniş xx.xx.2020-ci il tarixdə 2 manat olmaqla, cəmi 109,69 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikasının Mərkəzi Bankı 2021-ci il üçün uçot dərəcəsini 7%, 2022-ci il üçün 8%, 2023-cü ilin may ayı üçün 9%, 2024-ci ilin may ayı üçün 8% müəyyən etnişdir. Beləliklə, Cavabdeh ilə İddiaçı BOKT MMC arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində hesablanmış faiz məbləği 2021-ci il üçün 36 manat (521*7%=36 manat), 2022-ci il üçün 41 manat (521*8%=41 manat), 2023-ci il üçün 46 manat (521*9%=46 manat), 2024-ci il üçün 41 manat (521*8%=41 manat), cəmi 164 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən tərəflərin öhdəliklərinə xitam verilməli və cavabdeh aldığı krediti qaytarmalı, kreditdən istifadəyə görə faizləri, həmçinin vurduğu zərəri ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin normaları nəzərə alınmaqla Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 521,20 manat əsas kredit borcu, 3,77 manat faiz borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-2024-ci illər üçün 164 manat, cəmi 688,97 manat kredit borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılması xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, krediti 2014-cü ildə almışdır. Krediti ödəyə bilmədiyindən onu məhkəməyə vermişlər.Ona məhkəmədə nəyə gücü çatırsa ödəməsini demişlər, o da ayda 20 manat olmaqla ödəniş etmişdir. Fındıq mövsümündə bankın işçisi gəlib onunla görüşmüşdür. Fındığı satmış, pulun hamısını borcunun əvəzinə ödəmişdir, lakin ona bununla bağlı sənəd verməmişlər. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2019-cu il tarixli, 80/0819-071 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə olan 624,13 manat qalıq məbləğini ödəməsi məqsədi ilə ona 60 ay müddətinə, illik 1 faiz ödəmək şərtilə 624,13 manat məbləğində güzəştli kredit vermişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, 624,13 manat əsas borc və 19,07 manat faiz borcundan ibarət kreditin ödənişinin 60 ay müddətinə illik 1 %-lə xx.xx.2019-cu il tarixdən 12 ay ərzində hər ay 0,52 manat, həmin tarixdən sonra hər ay 13,27 manat olmaqla (cəmi 643,20 manat) xx.xx.2024-cü ildə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, sözügedən kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 102,93 AZN əsas borcdan, 6,76 AZN faiz borcundan ödəniş edilmiş, xx.xx.2021-ci il tarixə cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli, 80/0819-071 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 521,20 AZN əsas borc, 3,77 AZN faiz borcu borcu yaranmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, xx.xx.2019-cu il tarixli, 80/0819-071 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə borclu Cavabdeh 3 gün müddətində kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi tələb olunmuş, əks halda məsuliyyət tədbirlərinin görüləcəyi ilə bağlı məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 80/0819-071 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən Azərbaycan Respublikası Prezidentinin “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 624,13 manat qalıq məbləğini ödəməsi məqsədi ilə ona 60 ay müddətinə, illik 1 faiz ödəmək şərtilə 624,13 manat güzəştli kredit vermişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı ilə cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli, 80/0819-071 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 521,20 AZN əsas borc, 3,77 AZN faiz borcunun yarandığı müəyyən edilmidir. Bundan əlavə iş materialları ilə cavabdehin həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 2021-2024-cü illər üçün 164 AZN borcunun da yarandığı müəyyən edilmişdir. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, Cavabdeh iddiaçıya xx.xx.2019-cu il tarixli, 80/0819-071 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 521,20 AZN əsas borc, 3,77 AZN faiz borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 2021-2024-cü illər üçün 164 AZN, cəmi 688,97 AZN borcu yaranmış, lakin həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehdən 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 80/0819-071 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 521,20 AZN əsas borc, 3,77 AZN faiz borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 2021-2024-cü illər üçün 164 AZN, cəmi 688,97 AZN (altı yüz səksən səkkiz manat doxsan yeddi qəpik) və 30 (otuz) AZN ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-56/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-56/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver