Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-580/2024 25.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 2800 manat borcun, kredit faizi kimi ödənilmiş 3184,23 manat pulun və 79,85 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə 25 dekabr 2024-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: TƏSVİRİ HİSSƏ: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən 2800 manat borc pulun və 48 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş iddia həcminin artırılması barədə ərizə ilə müraciət edərək cavabdehdən 2800 manat borcun, kredit faizi kimi ödənilmiş 3184,23 manat pulun və 79,85 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, onun ünvanına göndərilmiş məhkəmə bildirişləri zərfin üzərinə əlavə edilmiş “F-20”-də “köçüb” qrafası işarələnməklə məhkəməyə geri qaytarılmış, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizələrlə işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş, o xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarında iştirak etmiş, xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə Bakı şəhərində işlədiyindən işə iştirakı olmadan baxılaraq iddianın qismən-2800 manat borc pul hissəsində təmin edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh əvvəllər Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Bravo” marketdə bir yerdə işləyərkən cavabdeh maddi vəziyyətinin pis olduğunu və təcili pul lazım olduğunu bildirdiyindən tərəflər arasında şifahi razılaşmaya əsasən iddiaçı 2021-ci ilin fevralında öz adına "xxxx" KB ASC-dən 3500 manat, on gün sonra isə “VTB” Bankdan 1700 manat pulu kredit kimi götürərək cavabdehə borc vermişdir. Cavabdeh borcu qısa müddətdə qaytaracağına söz versə də vədinə əməl etmədiyindən iddiaçı hal-hazıradək krediti və onun faizlərini ödəməyə davam edir. Cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi 18-ci polis bölməsində verdiyi xx.xx.2023-cü il tarixli izahatında iddiaçıya 5000 manat borcunun olduğunu etiraf etmişdir. İddiaçı borcun hissələrlə qaytarılmasına razı olmasa da cavabdeh xx.xx.2023-cü il tarixədək borcunu hissə-hissə qismən ödəmiş, onun iddiaçıya xx.xx.2024-cü il tarixə 2800 manat borcu qalmışdır. Cavabdeh borcunu könüllü qaytarmadığından pul ondan məhkəmə qaydasında tutulmalıdır. Cavabdehdən 2800 manat borcun və 48 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə iddia həcminin artırılması barədə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh özünün xx.xx.2022-ci il tarixdə yazdığı və imzaladığı sənəddə xx.xx.2021-ci ildə iddiaçıdan borc pul istədiyini, iddiaçının öz adına "xxxx" KB ASC-dən 3500 manat, “VTB” Bankdan 1700 manat kredit götürərək ona verdiyini təsdiq etmiş və borcun qaytarılması üçün xx.xx.2022-ci il tarixədək möhlət istəmişdir. İddiaçı cavabdehin təqsiri səbəbli qeyd olunan kreditləri vaxtında ödəyə bilmədiyi üçün kredit müddəti dəfələrlə uzadılıb və hazırda da davam etməkdədir. Təqdim edilmiş bank hesabından çıxarışlara görə xx.xx.2024-cü ilədək iddiaçı həmin kreditlər üzrə "xxxx" KB ASC-yə 2769,53 manat, “BTB” Banka isə 414,70 manat olmaqla cəmi 3184, 23 manat faiz ödəyib. Həmin məbləğ də cavabdehin vurduğu real zərər kimi ondan tutulmalıdır. Cavabdehdən 2800 manat borcun, kredit faizi kimi ödənilmiş 3184,23 manat pulun və 79,85 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında verdiyi izahatlar və xx.xx.2024-cü il tarixli ərizəsi ilə bildirmişdir ki, iddianı qismən qəbul edir. Həqiqətən 3500 manat və 1700 manat olmaqla cəmi 5200 manat pul iddiaçı tərəfindən iki bankdan götürülərək ona verilmişdir. Pul ona faiz hesablanmaqla təqdim edilmişdir. İddiaçının ondan şikayətinə uyğun olaraq 2022-ci ilin yazında Bakı şəhəri Nərimanov rayonu Polis İdarəsi 18-ci polis bölməsində izahat verərək 5000 manat qalıq borcunun olduğunu etiraf etmişdir. 5200 manat puldan 500 manatını iddiaçıya əvvəlcədən vermiş, daha sonra qalan 4700 manatdan ödənişlər etmiş, qalıq borcu ilk iddiada göstərildiyi kimi 2800 manatdır. Əslində iddiaçının müqaviləsi yenilənib, onunla aralarında banka ödəniləcək faizlə bağlı razılaşma olmayıb. Buna görə də iddia tələbinin 3184,23 manat faiz borcu ilə bağlı hissəsini qəbul etmir. İddianın qismən- 2800 manat hissədə təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Neftçala şəhərində anadan olmuş, yaşayış yeri Şirvan şəhəri, S.Vurğun küçəsi, 27, ev 2– dir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Qumlaq kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Qumlaq kəndidir. İşə əlavə edilmiş 30.08. 2022-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh bir yerdə işlədiyi iş yoldaşı İddiaçı borca pul istədiyini, o da öz növbəsində xx.xx.2021-ci ildə Unubankdan 3500 manat, VTB Bankdan 1700 manat götürərək ona borc verdiyini, həmin məbləği xx.xx.2022-ci il tarixədək qaytarmaq üçün Nicatdan möhlət istədiyini bildirmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi tərəfindən göndərilmiş və işə əlavə olunmuş materialda olan sənədlərin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü ildə şikayət ərizəsi ilə müraciət edərək Cavabdeh onun xahişi ilə xx.xx.2021-ci ildə Unibankdan götürdüyü 3500 manat, 10 gün sonra VTB Bankdan götürdüyü 1700 manat pulu borc olaraq verdiyini, cəmi 5200 manat puldan ona 200 manat verildiyini bildirmiş, qalan 5000 manat məbləğin ona qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. Cavabdeh Ələddin oğlunun həmin materialda olan xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, İddiaçı 5000 manat borcu olduğunu etiraf etmiş, hər ay 250 manat olmaqla 20 ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli votsap yazışmasından (mobil telefon nömrəsinin iddiaçının öz adına olduğu yoxlanılmışdır) görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh tərəfindən onun kart hesabına ərizədə yazdığı kimi 20 ay müddətində hər ay 250 manat olmaqla ödəniş edilməyə başlandığını, verdiyi 5000 manatdan 2200 manatın qaytarıldığını, qalan borcun 2800 manat olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yenə həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (739-740-cı maddələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixədək olan redaksiyada verilib.) Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi 2021-ci ilin fevral ayında 10 gün ərzində iddiaçı "xxxx" KB ASC-dən 3500 manat və VTB Bankdan 1700 manat olmaqla cəmi 5200 manat pul götürərək cavabdehə borc vermiş, həmin puldan ilkin olaraq 200 manat qaytarılmış, cavabdeh borcunu qaytarmadığından iddiaçı 2023-cü ilin mart ayında aidiyyəti polis bölməsinə şikayət ərizəsi ilə müraciət edərək cavabdehdə qalan 5000 manat borcunun ödənilməsinə köməklik gəstərilməsini xahiş etmişdir. Cavabdeh izahatı ilə həqiqətən iddiaçıya 5000 manat borcunun olduğunu ildirmiş, hər ay 250 manat olmaqla 20 ay müddətində borcunu qaytaracağına söz vermişdir. Puldan 2200 manat qaytarılmış, qalan 2800 manat indiyədək ödənilməmişdir. bu xüsusat həm iş materiallarında olan votsap yazışmasında, həm də ilkin iddia tələbində öz əksini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi 2800 manat məbləğində borcun cavabdehdən alınması hissəsində təmin edilməlidir. İddia tələbini 3184, 23 manat kredit faizi tələbinə dair hissəsinə münasibətdə məhkəmə bildirir ki, kredit götürülərkən iddiaçı kredit müqavilələri üzrə faizlərin ödənilməli olduğunu bilsə də, iş materiallarından göründüyü kimi tərəflər arasında yalnız 5200 manat borcun qaytarılması barədə razılaşma mövcud olmuşdur. Belə olan halda iddiaçı və cavabdeh arasında 5200 manat borcla bağlı nəzərdə tutulmamış faiz məbləğinin cavabdehdən tələb edilməsi müqavilə münasibətlərinə uyğun deyildir. Buna görə də mülki qanunvericiliyin dəymiş zərərlə bağlı “zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” müddəasına istinad edilməklə tələb edilən faiz məbləğinin zərər hesab edilməməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi kredit faizi kimi ödənilmiş 3184,23 manat pulun cavabdehdən tutulmasına dair hissədə təmin edilməməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 48 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. NƏTİCƏ HİSSƏ: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 2800 (iki min səkkiz yüz) manat pul, 48 (qırx səkkiz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi 3184,23 manat faiz borcu, 31,85 manat dövlət rüsumu hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-580/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-580/2024
25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver