Məhkəmə qərarları › İş №e-2(054)-587/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-587/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-587/2023 20.12.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə 20 dekabr 2023-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı (iddiaçı) cavabdehlər Cavabdeh (mətndə cavabdeh) qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli, L-BK-0046973-F saylı kredit müqaviləsi üzrə 3643,53 AZN əsas borc, 805,22 AZN faiz borcu, 62,40 AZN cərimə, 276,30 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda), cəmi 4787,45 AZN məbləğində borcun və 68 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat”ın müddəalarını əhatə edən 23-1-ci fəslinə uyğun olaraq cavabdehə MPM-in 47, 284-1, 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinin məzmununu əhatə edən məhkəmə bildirişi göndərilmiş, cavabdehə göndərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş “F-20”-də “ünvanda tapılmadı” yazılaraq məhkəməyə geri qaytarıldığından xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə iddia icraatına keçilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdehin ünvanına əsasən Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyinə göndərilmiş məhkəmə bildirişinə cavab olaraq nümayəndəlik xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, 5-68-12/2-192/2023 saylı məktubla Cavabdeh nümayəndəlik ərazisində qeydiyyatda olmasına baxmayaraq Oğuz şəhəri ərazisində yaşamadığını, məhkəmə sənədinin nümayəndəlik ərazisində saxlanıldığını bildirmişdir.Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0046973-F saylı kredit müqaviləsinə əsasən ona qeyri biznes məqsədləri: nağd ehtiyaclar üçün-ev təmiri məqsədilə 15 ay müddətinə, illik 36 faiz ödəmək şərtilə 6130 manat kredit verilmişdir. Müqaviləyə Əlavə hesab edilən ödəniş cədvəlinə uyğun olaraq borclunun xx.xx.2019-cu il tarixdən hər ay 519 manat, sonuncu ay 518,23 manat olmaqla cəmi 7784,22 manat (6130,00 manat əsas borc, 1654,22 manat faiz borcu) ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinə görə hesablanmış faizlərin və əsas borc məbləğinin borclu tərəfindən qrafikə uyğun ödənilməsi nəzərdə tutulsa da Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. O xx.xx.2020-ci ilə tarixədək 2486,47 manat əsas, 1229,76 manat faiz, 73,77 manat cərimə olmaqla cəmi 3790 manat ödəniş etmişdir. xx.xx.2020-ci il tarixə cavabdehin xx.xx.2019-cu il tarixli, L-BK-0046973-F saylı kredit müqaviləsi üzrə iddiaçıya 3643,53 AZN əsas borc, 805,22 AZN faiz borcu, 62,40 AZN borcu yaranmış, bundan əlavə ona 276,30 AZN müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) hesablanmışdır. Nümayəndə cavabdehdən cəmi 4787,45 AZN borcun və 68 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2019-cu il tarixli, L-BK-0046973-F saylı kredit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı qeyri biznes məqsədləri: nağd ehtiyaclar üçün-ev təmiri məqsədilə borclu Cavabdeh 15 ay müddətinə, illik 36 faiz ödəmək şərtilə 6130 manat kredit vermişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, 6130,00 manat əsas borc və 1654,22 manat faiz borcundan ibarət kreditin ödənişinin 15 ay müddətinə illik 36 %-lə xx.xx.2019-cu il tarixdən hər ay 519 manat, sonuncu ay 518,22 manat olmaqla (cəmi 7784,22 manat) xx.xx.2022-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, sözügedən kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixədək cəmi 3790 manat (2486,47 manat əsas borc, 1229,76 manat faiz, 73,77 manat cərimə borcu) ödəniş edilmiş, 1292 gün gecikmə olmaqla cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli, L-BK-0046973-F saylı kredit müqaviləsi üzrə 3643,53 AZN əsas borc, 805,22 AZN faiz borcu, 62,4 AZN cərimə, 276,30 AZN əldən çıxmış fayda, cəmi 4787,45 AZN məbləğində borcu yaranmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli, L-BK- 0046973-F saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh 5 iş günü müddətində kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi tələb olunmuş, əks halda məsuliyyət tədbirlərinin görüləcəyi ilə bağlı məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0046973-F saylı kredit müqaviləsinə əsasən borcluya ev təmiri məqsədilə 15 ay müddətinə illik 36 faiz ödəmək şərtilə 6130 manat kredit verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışı ilə borclu tərəfindən xx.xx.2020ci il tarixədək cəmi 3790 manat (2486,47 manat əsas borc, 1229,76 manat faiz, 73,77 manat cərimə borcu) ödəniş edildiyi, 1292 gün gecikmə olmaqla cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli, L-BK-0046973-F saylı kredit müqaviləsi üzrə 3643,53 AZN əsas borc, 805,22 AZN faiz borcu, 62,4 AZN cərimə, 276,30 AZN əldən çıxmış fayda, cəmi 4787,45 AZN məbləğində borcunun yarandığı müəyyən edilmişdir. Beləliklə, iş materialları ilə təsdiq edilir ki, Cavabdeh iddiaçıya xx.xx.2019-cu il tarixli, L-BK- 0046973-F saylı kredit müqaviləsi üzrə 3643,53 AZN əsas borc, 805,22 AZN faiz borcu, 62,4 AZN cərimə, 276,30 AZN əldən çıxmış fayda, cəmi 4787,45 AZN borcu yaranmış, lakin həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehdən 68 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, L-BK-0046973-F saylı kredit müqaviləsi üzrə 3643,53 AZN əsas borc, 805,22 AZN faiz borcu, 62,4 AZN cərimə, 276,30 AZN əldən çıxmış fayda, cəmi 4787,45 AZN (dörd min yeddi yüz səksən yeddi manat qırx beş qəpik) və 68 (altmış səkkiz) AZN ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar