Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-6/2025 14.02.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Giriş hissə: X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh1, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərdən müştərək qaydada 12045,16 ABŞ dolları əsas, 4801,68 ABŞ dolları faiz, 8978,22 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 674,68 ABŞ dolları faiz borcu olmaqla, cəmi 26499,74 ABŞ dolları kredit borcunun, 225,15 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair mülki işə 14 fevral 2025-ci il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (mətndə iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (mətndə cavabdehlər) qarşı cavabdehlərdən müştərək qaydada 12045,16 ABŞ dolları əsas, 4801,68 ABŞ dolları faiz, 8978,22 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 674,68 ABŞ dolları faiz borcu olmaqla, cəmi 26499,74 ABŞ dolları kredit borcunun, 225,15 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə iddia tələbini tam müdafiə etdiklərini bildirmiş, iş həcminin çoxluğunu nəzərə alaraq növbəti baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 qeydiyyat yeri üzrə Bakı şəhəri, Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 50 saylı Mənzil Kommunal İstismar Sahəsinə göndərilmiş məhkəmə bildirişinə cavab olaraq MKİS xx.xx.2024-cü il tarixli, 73 saylı arayışla cavabdehin qeydiyyatda olmasına baxmayaraq ünvanda yaşamadığını, həyat yoldaşına zəng edərək bildirişi aparmağı xahiş etdiklərini bildirmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 90004986 saylı kredit müqaviləsinə əsasən ona şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir.Həmin kredit məbləğinin ödənilməsi ilə bağlı öhdəliklərin təminatı məqsədilə digər cavabdehlərlə həmin tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 14432,80 ABŞ dolları təşkil etmişdir. Həmin sazişlərlə kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığı (restrukturizasiya edilmiş kredit) 19350,37 ABŞ dolları təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Həmin sazişə əsasən borcalan tərəfindən illik 8 faiz ödənilməli idi. Buna baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinə əməl etməmiş, kredit borcunun ödənişini həyata keçirməmişlər. Hazırda cavabdehlərin iddiaçıya 12045,16 ABŞ dolları əsas, 4801,68 ABŞ dolları faiz, 8978,22 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 674,68 ABŞ dolları faiz borcu olmaqla, cəmi 26499,74 ABŞ dolları borcu yaranmışır. Qeyd edilən borc məbləğinin və ödənilmiş 225,15 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, həqiqətən 2015-ci ildə iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən ona 15000 ABŞ dolları kredit verilmişdir. Kreditin ödənişini qismən həyata keçirmişdir. Sonra dolların məzənnəsi qalxdığından banka müraciət etmiş, bankda ona dövlət tərəfindən münasibət bildirilənədək gözləməyi tövsiyə etmiş, məlumat veriləcəyini demişlər. Sonra bank bağlanmış, həmin müddətdə isə ona və zaminlərə heç bir bildiriş gəlməmişdir.2023-cü ildə ona və zaminlərə bildiriş gəldiyindən Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. Orada işin məhkəməyə verilməsini xahiş etmişdir. Müddətin uzadılması ilə bağlı sazişlərdən nə onun, nə də zaminlərin məlumatı olmayıb. Rinatı ancaq krediti alanda görüb. Onunla 2 ay birlikdə işləyiblər, xahişinə əsasən zamin kimi 2015-ci ildə müqaviləyə imza edib. Kredit alınandan 2 ay sonra Rinat işdən çıxmışdır. Şahbaz əsgərlik yoldaşı və ailə dostudur. Özü isə 1990-cı ildən Sumqayıt şəhərində yaşayır. Müqavilənin müddətinin uzadılması ilə bağlı sazişlərə nə o, nə də zaminlər imza etməyib. İmzaların yoxlanılması ilə bağlı ekspertiza təyin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında Cavabdeh1 izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, 2015-ci ildən sonra 1 il ödəniş olub, həmin vaxtdan sonra cavabdehlərə bank tərəfindən heç bir məlumat verilməyib və onlar müddətin uzadılması barədə sazişlərə imza etməyiblər. Buna görə də məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsi ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında Cavabdeh1 izahatını təsdiq etmiş, xəstə olduğundan əvvəlki məhkəmə iclaslarında iştirak etmədiyini bildirmiş və imzalarla bağlı ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılması baxılan iş üçün əhəmiyyət kəsb etdiyindən məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsini məqsədə müvafiq hesab etmiş, xx.xx.2024-cü il tarixli qərardadla təyin edilmiş ekspertizaya uyğun olaraq icraatı dayandırmaqla mülki işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir. Mülki iş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/774 saylı ekspert rəyi əlavə edilməklə 09.sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə iddia tələbini tam müdafiə etdiklərini bildirmiş, iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Cavabdeh3 göndərilmiş məhkəmə bildirişi zəfin üzərinə əlavə edilmiş “F-20”-də “köçüb” yazılmaqla məhkəməyə geri qaytarılmışdır. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 ekspert rəyinə etiraz edərək bildirmişdir ki, krediti ilk dəfə götürəndə müqaviləyə imza edib. Sonrakı sənədlərə imza etdiyini xatırlaya bilmir. Restrukturizasiya ilə əlaqədar banka getmiş, polis nəfəri ona bankın bağlandığını bildirdiyindən hara müraciət edəcəyini və qalıq borcunu necə ödəyəcəyini bilməmişdir. 15000 ABŞ dolları kredit götürmüş, 10000 dollardan artıq ödəniş etmişdir. Hazırda tələb edilən borc məbləğini də qəbul etmir. Borc həddən artıq şişirdilmişdir. Dəqiq hesablama aparılması üçün mütəxəssisə müraciət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili Nümayəndə bildirmişdir ki, 2017-ci ildən sonrakı dövrdə cavabdehə ödəniş etməli olduğu yer, ödənişin məbləği və s. barədə bildirişlər göndərilməyib. Həmin vaxtdan 8 il keçib. Ödəniş cədvəlində göstərilən faiz məbləğindən iki dəfə artıq faiz məbləği, habelə əsas kredit borcuna çox yaxın məbləğdə cərimə hesablanaraq cavabdehlərdən tələb edilir. Məhkəmə təcrübəsinə əsasən banklar belə borclarla bağlı güzəştlər tətbiq edirlər. Hazırki iş üzrə iddiaçı cavabdehin borcunu restrukturizasiyaya təqdim etməmiş, üstəlik cavabdehi əlavə faiz və cərimələrlə yükləməyə çalışır. Hesablamanın dəqiqləşməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə sazişə və ödəniş cədvəlinə uyğun olaraq Cavabdeh1 qalıq kredit borcu olan 12630,13 ABŞ dolları əsas, 5299,46 ABŞ dolları faiz, 1420,78 ABŞ dolları cərimə borcu, cəmi 19350,37 ABŞ dolları borcu ödənişlər 1 USD=1,40 AZN məzənnə əsas götürülməklə restrukturizasiya edilmiş, 12630,13 ABŞ dolları əsas, 2735,48 ABŞ dolları faiz olmaqla cəmi 15365,61 ABŞ dolları kredit borcunun ödənişinin xx.xx.2017-ci il tarixdən illik 8 faizlə hər ay 256,09 dollar olmaqla xx.xx.2022-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdur. İddia tələbinə əsasən isə cavabdehlərdən 12045,16 ABŞ dolları əsas, 4801,68 ABŞ dolları faiz, 8978,22 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 674,68 ABŞ dolları faiz borcu olmaqla, cəmi 26499,74 ABŞ dolları kredit borcunun, 225,15 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə cavabdeh tərəfi dinləyib, sənədləri araşdıraraq işin hallarını, ödəniş cədvəlində müəyyən edilmiş və iddia ərizəsi üzrə tələb edilən məbləğlər arasında ziddiyyətləri nəzərə almaqla və mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsini məqsədə müvafiq hesab etmiş və xx.xx.2024-cü il tarixli qərardada əsasən icraatı dayandırmaqla mülki işi aidiyyəti ekspertizanın aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir. Mülki iş xx.xx.2024-cü il tarixli, 9/8999 saylı ekspert rəyi əlavə edilməklə 27 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə iddia tələbini tam müdafiə etdiklərini bildirmiş, iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2024-cü il tarixdə məhkəmə əməkdaşı onunla telefon əlaqəsi (mobil) saxlayarkən xəstə olduğundan (çənə çıxıqı səbəbli) məhkəmə iclasında iştirakının mümkün olmayacağını bildirmişdir. Cavabdeh3 göndərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş “F-20”-də “köçüb” yazılmaqla məhkəməyə geri qaytarılmışdır. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 əvvəlki məhkəmə iclaslarında verdiyi izahatı təsdiq etdi, əlavə olaraq bildirdi ki, sözügedən kredit müqaviləsi üzrə 9000 ABŞ dolları ödəniş etsə də buna dair sübut təqdim etməsi mümkün olmamışdır. 2017-2023-cü illər ərzində bankla heç bir əlaqəsi olmayıb, borcunu ödəmək üçün müraciət edəndə şifahi olaraq ona bu barədə xəbərdarlıq ediləcəyi bildirilib. Bundan başqa borcu tələb etmək üçün iddia müddəti ötürülüb. İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, 2017-ci ildən sonra cavabdehə borcla bağlı xəbərdarlıq edilməmiş, məlum sərəncamdan sonra cavabdeh qalıq kredit borcunu ödəmək üçün müraciət edəndə isə ona hələlik ödənişlərin formalaşdırılmadığı deyilmiş, ödəniş yeri göstərilməmişdir. İddiaçı tərəfindən borcun tələb edilməsi ilə bağlı iddia müddəti ötürülmüşdür, bu xüsusat 01 mart 2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş etiraz qeydlərində göstərilmişdir. Müqavilə müddəti bitəndən 1 il sonra məhkəməyə müraciət olunub. Həmçinin məhkəmə-xətşünaslıq ekspertizası ilə Cavabdeh3 imzasının saxtalaşdırıldığı müəyyən edilib. Bu isə bütövlükdə müqaviləyə kölgə salır. İddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehi, onun nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan xx.xx.2015-ci il tarixli, 90004986 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 şəxsi istehlak məqsədilə 36 ay müddətinə, illik 26 faizlə 15000 USD məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdə 36 ay müddətinə illik 26 faizlə verilmiş 15000 USD əsas, 6759,72 USD faiz, cəmi 21759,72 USD kredit borcunun ödənişinin xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay 604,44 USD, sonuncu ay 604,32 USD olmaqla xx.xx.2018-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2015-ci il tarixli, 1/17/79711172 saylı kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 orderdə göstərilən 15000 USD məbləği aldığına dair imza etmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli, 90004986/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 zamin olaraq xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borclunun öz öhdəliklərini tamamilə və ya hissələrlə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İşdə olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli, 142/15 saylı və zaminlik müqaviləsinə həmin tarixli, 142/15/Z saylı əlavə sazişlərdən görünür ki, borclu Cavabdeh1 həmin kredit müqaviləsi üzrə qalıq məbləği 14432,8 ABŞ dolları təşkil etməklə həmin borcun ödənilməsi üçün son müddət xx.xx.2018-ci il tarixədək təyin olunmuş, kredit müqaviləsinə və zaminlik müqaviləsinə sazişlər aidiyyəti üzrə bankın nümayəndəsi, borcalan və zaminlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən imzalanmışdır. İşdə olan xx.xx.2015-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ilə bağlanmış xx.xx.2015-ci il tarixli sazişlə müəyyən edilmiş 14432,8 USD əsas, 7076,49 USD faiz, cəmi 21509,29 USD kredit borcunun ödənişinin (illik 26 faiz dərəcəsi ilə) xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixədək hər ay 497,49 USD, xx.xx.2017-ci il tarixdə 490,35 USD, xx.xx.2017-ci il tarixdən hər ay 644,47 USD, sonuncu ay 644,52 USD olmaqla xx.xx.2018-ci il tarixdə (40 ay müddətində) başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli və zaminlik müqaviləsinə həmin tarixli, 1 saylı əlavə sazişlərdən görünür ki, borclu Cavabdeh1 həmin kredit müqaviləsi üzrə restrukturizasiya edilmiş qalıq məbləği 12630,13 ABŞ dolları təşkil etməklə həmin borcun ödənilməsi üçün son müddət xx.xx.2022-ci il tarixədək təyin olunmuş, kredit müqaviləsinə və zaminlik müqaviləsinə sazişlər aidiyyəti üzrə bankın nümayəndəsi, borcalan və zaminlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən imzalanmışdır. İşdə olan xx.xx.2017-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ilə bağlanmış xx.xx.2017-ci il tarixli sazişlə müəyyən edilmiş 12630,13 USD əsas, 2735,48 USD faiz, cəmi 15365,61 USD kredit borcunun ödənişinin (illik 08 faiz dərəcəsi ilə) xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 256,9 USD, sonuncu ay 256,3 USD olmaqla xx.xx.2022-ci il tarixdə (60 ay müddətində) başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli, **********300 saylı bildirişin surətindən görünür ki, götürülmüş kreditlə bağlı borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, **********040 saylı maliyyə arayışından görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 90004986 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya 12045,16 ABŞ dolları əsas kredit borcu, 4801,68 ABŞ dolları faiz borcu, 8978,22 ABŞ dolları cərimə, müqavilə müddətinin bitmə tarixinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 674.68 ABŞ dolları faiz borcu, ümumilikdə 26499,74 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işdə olan xx.xx.2024-cü il tarixli, 4/774 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 90004986 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixli və xx.xx.2017-ci il tarixli əlavə sazişlərdə “borcalan” qrafasındakı imzalar və yazılar, zaminlik müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli əlavə sazişlərdə “borcalan” qrafasındakı imzalar Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə xx.xx.2015-ci il və xx.xx.2017-ci il tarixli əlavə sazişlərdə “zamin Cavabdeh2” qrafalarındakı imzalar Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə xx.xx.2015-ci il və xx.xx.2017-ci il tarixli əlavə sazişlərdə “zamin Cavabdeh3” qrafalarındakı imzalar Cavabdeh3 oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işdə olan xx.xx.2024-cü il tarixli, 9/8999 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 90004986 saylı kredit müqaviləsi və əlavə sazişlərin qeyd edilən şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni xx.xx.2022-ci il tarixə banka olan borcu 12045.16 ABŞ dolları əsas, 4822,50 ABŞ dolları faiz, maliyyə arayışı tarixinə illik 5 faiz hesablanmaqla 665,83 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmin rəydə həmçinin qeyd edilmişdir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqaviləsi və əlavə sazişlərdə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün müqavilə müddətinə (xx.xx.2022) və ya maliyyə arayışı tarixinə, yəni xx.xx.2023-cü il tarixə cərimə borcu hesablanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023cü il tarixədək olan redaksiyada verilib.) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditorun gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biri olduğundan məhkəmə həmin məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinin tərəflərin diqqətinə çatdırılmasını zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir.Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarının məzmunundan göründüyü kimi, yeni və ya əvvəlki Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinin tətbiq edilməsinin yeganə meyarı hüquq münasibətlərinin yaranması tarixidir. Qərarda həmçinin qeyd edilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyin yoxlanması çətin və qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli kredit müqaviləsinə əsasən ona şəxsi istehlak məqsədilə 36 ay müddətinə illik 26 faiz dərəcəsi ilə hesablanmaqla 15000 USD məbləğində kredit verilmişdir. Kreditin ödənilməsinin təminatı olaraq bankla Cavabdeh2 və Cavabdeh3 arasında həmin tarixli zaminlik müqaviləsi bağlanmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli əlavə sazişlərlə kreditin qalıq məbləği restrukturizasiya edilmiş, ödəniş müddətləri uzadılmışdır. Həmin tarixlərdə həmçinin zaminlik müqaviləsinə də eyni şərtlərlə əlavə sazişlər bağlanmışdır. Sonuncu sazişə uyğun olaraq qalıq kredit məbləğinin ödənilməsinin son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 12045,16 ABŞ dolları əsas, 4801,68 ABŞ dolları faiz, 8978,22 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 674,68 ABŞ dolları faiz borcu olmaqla, cəmi 26499,74 ABŞ dolları kredit borcunun, 225,15 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə icraatı zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi kredit və zaminlik müqavilələrinin imzalanmasını etiraf etsələr də, xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli əlavə sazişləri imzalamadıqlarını bildirdiyindən məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur.Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq ekspert rəyi ilə xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli əlavə sazişlərin həm əsas borclu Cavabdeh1, həm də zamin Cavabdeh2 tərəfindən imzalandığı təsdiq edilmişdir. Həmin ekspert rəyi ilə xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli əlavə sazişlərdəki imzaların hazırda ölkə xaricində olduğu güman edilən Cavabdeh3 tərəfindən imzalanmadığı təsdiq olunmuşdur. Sözügedən ekspert rəyinin nəticələri məlum olduqdan sonra Cavabdeh1, onun nümayəndəsi və vəkili Nümayəndə tələb edilən borc məbləğinin şişirdilmiş olduğunu bildirərək məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsini xahiş etmiş, obyektiv qərarın qəbul edilməsinin təmin olunması məqsədilə məhkəmə tərəfindən yenidən ekspertiza təyin edilmişdir. Mühasibatlıq ekspertizasının nəticələrinə görə xx.xx.2015-ci il tarixli, 90004986 saylı kredit müqaviləsi və əlavə sazişlərin şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni xx.xx.2022-ci il tarixə banka olan borcu 12045,16 ABŞ dolları əsas, 4822,50 ABŞ dolları faiz, maliyyə arayışı tarixinə illik 5 faiz hesablanmaqla 665,83 ABŞ dolları faiz məbləğində müəyyən edilmişdir. Sözügedən ekspert rəyi ilə bildirilmişdir ki, ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqaviləsi və əlavə sazişlərdə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün müqavilə müddətinə (xx.xx.2022) və ya maliyyə arayışı tarixinə, yəni xx.xx.2023-cü il tarixə cərimə borcu hesablanmamışdır. Cavabdeh-əsas borclu Cavabdeh1 xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi etiraz qeydlərində digər hallarla birgə həmçinin iddia müddətinin ötürüldüyü əsası ilə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh və onun hüquqlarını müdafiə edən vəkil hazırda da bu arqumenti müdafiə edir və iddia tələbinin həmçinin bu əsasla rədd edilməsini xahiş edirlər. Məhkəmə cavabdehin bu arqumentinə münasibət olaraq bildirir ki, qüvvədə olan mülki qanunvericiliyin normalarına əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. İş materiallarına əsasən xx.xx.2017-ci il tarixli sazişə uyğun olaraq razılaşdırılmış və imzalanmış ödəniş cədvəlinə əsasən müqavilə üzrə borcun son ödəniş tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron ünvanına daxil olduğundan, iddia müddətinin son tarixi isə xx.xx.2025-ci il olduğundan məhkəmə hesab edir ki, iddia müddətinin ötürüldüyünü güman etməyə heç bir əsas olmadığından, cavabdeh tərəf isə müddətin ötürüldüyündə israr etsə də, buna dair sübut təqdim edə bilmədiyindən cavabdehin bu tələbi əsaslı sayıla bilməz. Mətndə göstərildiyi kimi məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən mübahisələndirilən bank sənədlərinin cavabdehlər-əsas borclu Cavabdeh1, həm də zamin Cavabdeh2 tərəfindən imzalandığı təsbit edilmiş, digər Cavabdeh3 kredit sazişlərini imzalaması istisna edilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməklə Cavabdeh3 hazırki iddia tələbi üzrə cavabdehliyi istisna edildiyindən tələb ona münasibətdə rədd edilməlidir. Məhkəmə-mühasibatlıq ekspertizası ilə cavabdehlərin xx.xx.2022-ci il tarixə banka olan borcu 12045,16 ABŞ dolları əsas, 4822,50 ABŞ dolları faiz, maliyyə arayışı tarixinə illik 5 faiz hesablanmaqla 665,83 ABŞ dolları faiz məbləğində müəyyən edilsə də, məhkəmə iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12045,16 ABŞ dolları əsas, 4801,68 ABŞ dolları faiz, 8978,22 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 674,68 ABŞ dolları faiz borcu olmaqla, cəmi 26499,74 ABŞ dolları kredit borcunun tutulmasını tələb etdiyini nəzərə alaraq və mülki prosessual qanunvericiliyin “hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.” müddəasını rəhbər tutmaqla ekspert rəyinin nəticələrini qismən qəbul etməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12045,16 ABŞ dolları əsas borc, 4801,68 ABŞ dolları faiz borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditin bitmə müddətindən sonra 5 faizlə hesablanmış 665,83 ABŞ dolları faiz borcu, cəmi 17512,67 ABŞ dolları kredit borcu iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinə əsasən cavabdehlərdən həmçinin 8978,22 ABŞdolları məbləğində cərimə borcunun tutulması xahiş edilmiş, ekspert rəyi ilə ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqaviləsi və əlavə sazişlərdə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün müqavilə müddətinə (xx.xx.2022) və ya maliyyə arayışı tarixinə, yəni xx.xx.2023-cü il tarixə cərimə borcunun hesablanmadığı bildirilmişdir. Məhkəmə bu xüsusda ekspertizanın gəldiyi nəticə ilə razılaşır və rəyi sübut kimi qəbul edərək hesab edir ki, iddia tələbi cərimə hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertizalara müvafiq olaraq xx.xx.2024-cü il tarixli, 4/774 saylı və xx.xx.2024-cü il tarixli, 9/8999 saylı ekspert rəyləri məhkəməyə daxil olmuşdur. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri ilk ekspertiza üçün 140 manat, ikinci ekspertiza üçün 100 manat olmuşdur. Məhkəmə hesab edir ki, işin qeyd edilən hallarına uyğun olaraq 200 manat ekspertiza xərcinin 81,60 manat hissəsi iddiaçıdan, 158,40 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq müvafiq hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 179,32 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12045,16 ABŞ dolları əsas borc, 4801,68 ABŞ dolları faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən müqavilə müddətinin bitmə tarixinə əsasən hesablanmış 665,83 ABŞ dolları faiz borcu, cəmi 17512,67 (on yeddi min beş yüz on iki dollar altmış yeddi sent) ABŞ dolları kredit borcu milli manat ekvivalentində və 179,32 (bir yüz yetmiş doqquz manat otuz iki qəpik) manat dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi 8978,22 ABŞ dolları cərimə borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən müqavilə müddətinin bitmə tarixinə əsasən hesablanmış 8,85 manat faiz borcu, 45,83 manat dövlət rüsumu hissəsində, həmçinin Cavabdeh3 münasibətdə təmin edilməsin. İş üzrə aparılmış tədqiqatın dəyəri olan cəmi 240 manat ekspertiza xərcinin 81,60 manat hissəsi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən, 158,40 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-6/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-6/2025
14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver