Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-635/2024 11.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun və dövlət rüsumunun tutulması tələbinə dair mülki işə 11 dekabr 2024-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı xx.xx.2022-ci il tarixli, 4598nkFİL8b/22 saylı kredit müqaviləsi üzrə (xx.xx.2022-ci il tarixli ərizə-anket) 4539,30 AZN əsas borc, 1783,48 AZN faiz borcu, 331,43 AZN cərimə, cəmi 6654,21 AZN borcun və 86,95 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli elektron ərizəsi ilə mülki iş üzrə bütün məhkəmə iclaslarının iştirakları olmadan keçirilməklə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəb barədə məlumat verməmişdir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli ərizə-anketə uyğun olaraq bağlanmış xx.xx.2022-ci il tarixli, 4598nkFİL8b/22 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 29,50 faiz dərəcəsi ilə 4800 AZN məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizə-anket və imza nümunəsini imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtlərini qəbul etdiyini bildirmişdir.Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə əsasən borcverən qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, onun xx.xx.2024-cü il tarixə iddiaçıya 4539,30 AZN əsas borc, 1783,48 AZN faiz borcu, 331,43 AZN cərimə, cəmi 6654,21 AZN kredit borcu yarandığından iddianın həmin məbləğdə təmin edilməsi, habelə ödənilmiş 86,95 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli ərizə-anket və ona əlavə edilmiş elektron çıxarışlardan görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli, 4598nkFİL8b/22 saylı kredit müqaviləsi əsasında 36 ay müddətinə, illik 29,50 faiz dərəcəsi ilə aylıq ödəniş 203 AZN olmaqla 4800 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, kredit məbləği ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə Cavabdeh məlumat verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, BANK/PİKMD/1224030 saylı maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə iddiaçıya xx.xx.2022-ci il tarixli, 4598nkFİL8b/22 saylı kredit müqaviləsi üzrə (xx.xx.2023-cü il tarixli ərizə-anket) 4539,30 AZN əsas, 1783,48 AZN faiz, 331,43 AZN cərimə olmaqla, cəmi borcu 6654,21 AZN-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixədək olan redaksiyada verilib.) Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2024-cü il tarixə iddiaçıya xx.xx.2022-ci il tarixli, 4598nkFİL8b/22 saylı kredit müqaviləsindən (xx.xx.2022-ci il tarixli ərizə-anket) irəli gələn ödənilməmiş 4539,30 AZN əsas borc, 1783,48 AZN faiz borcu, 331,43 AZN cərimə, cəmi 6654,21 borcu yaranmış, həmin borcun ödənilməsi borcalan tərəfindən təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 4539,30 AZN əsas borc, 1783,48 AZN faiz borcu hissəsində təmin edilməli, 331,43 AZN cərimə (dəbbə pulu) hissəsinə münasibətdə aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2022-ci il tarixli, 4598nkFİL8b/22 saylı kredit müqaviləsi (xx.xx.2022-ci il tarixli ərizə-anket) üzrə 331,43 AZN cərimə məbləği həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da, qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və əsas borcla müqayisədə yüksək məbləğdir. Cərimənin miqdarının yüksək olması cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən cərimənin miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cərimə məbləği tutulmasına dair hissəsi qismən – 31,43 AZN həddində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi əsas və faiz borcu hissəsində tam (cərimə-qismən) təmin edildiyindən cavabdehdən ödənilmiş 86,95 AZN dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 4598nkFİL8b/22 saylı kredit müqaviləsi üzrə (xx.xx.2022-ci il tarixli ərizə-anket) 4539,30 AZN əsas borc, 1783,48 AZN faiz borcu, 31,43 AZN cərimə, cəmi 6354,21 (altı min üç yüz əlli dörd manat iyirmi bir qəpik) AZN və 86,95 (səksən altı manat doxsan beş qəpik) AZN dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia tələbi 300 AZN cərimə (dəbbə pulu) hissəsində təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-635/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-635/2024
11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver