Məhkəmə qərarları › İş №e-2(054)-635/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-635/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-635/2025 03.11.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 06 dekabr 2024 il tariхli, 102805-972431/8 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 28% dərəcəsi ilə 4230 manat məbləğində krеdit vеrilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, bankla Cavabdeh arasında 06 dekabr 2024 il tariхli, 102805-972431/8 nömrəli qızıl girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh tərəfindən qızıl əşyaları (500 əyyarlı, çəkisi 24.20 qram olan 1 ədəd boyunbağı,1cüt sırğa, 1ədəd üzük, 583 əyarlı,çəkisi 26.80 qram olan 1 ədəd bilərzik, 3 ədəd üzük,1cüt sırğa) banka saxlanca qəbul edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Bu səbəbdən kredit müqaviləsinin təminatı kimi girov qoyulmuş qızıl əşyalarının satılaraq əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi qərara alınmış və bu barədə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat borcluya bildiriş də göndərilmişdir. Lakin, borclu tərəfindən heç bir tədbir görülməmişdir. Bundan sonra kredit müqaviləsi üzrə girov qoyulmuş qızıl əşyaları Bank tərəfindən satılmış və satışdan əldə olunan 4326.40 manat vəsait krеdit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilmişdir. Girov qoyulmuş qızıl əşyalarının satışından sonra kredit müqaviləsi üzrə 15 sentyabr 2025-ci il tarixə hesablalan borc 06 dekabr 2024 il tariхli, 102805-972431/8 saylı kredit müqaviləsi üzrə 74.10 manat məbləğində əsas bоrc, 10.68 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 84.78 manat məbləğində kredit bоrcu yaranmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh 06 dekabr 2024 il tariхli, 102805-972431/8 saylı kredit müqaviləsi üzrə 74.10 manat məbləğində əsas bоrcu, 10.68 manatməbləğində faiz bоrcu оlmaqla, cəmi 84.78 manat məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarasınız. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdehin qeydiyyatda olduğu ünvana göndərilən məhkəmə sənədi onun həmin ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Bundan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehin qeydiyyatda olduğu yer üzrə İcra Nümayəndəliyinə göndərilmişdir. Cavabdeh həmin Nümayəndəliyin ərazisində olmadığından məhkəmə sənədi nümayəndəlikdə saxlanılmaqla bu barədə xx.xx.2025-ci il tarixdə məhkəməyə rəsmi qaydada məlumat verilmişdir. İddiaçının tələbinə dair hər hansı etiraz, dəlillər və onları təsdiq edən sənədlər indiyədək məhkəməyə təqdim edilməmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh ərizə ilə iddiaçıya müraciət edərək ona istehlak məqsədi ilə 24 ay müddətinə 4230 manat məbləğində kredit verilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında 06 dekabr 2024 il tariхli, 102805-972431/8 saylı kredit müqaviləsinə əsasən 4230 manat məbləği borcluya 24 ay müddətinə illik 28% ödəmək şərtilə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 102805-972431/8 nömrəli Qızıl girov müqaviləsindən görünür ki, 06 dekabr 2024 il tariхli, 102805-972431/8 saylı kredit müqaviləsinin təminatı olaraq, bankla Cavabdeh arasında 06 dekabr 2024 il tariхli, 102805-972431/8 nömrəli qızıl girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh tərəfindən qızıl əşyaları (500 əyyarlı, çəkisi 24.20 qram olan 1 ədəd boyunbağı,1cüt sırğa, 1ədəd üzük, 583 əyarlı,çəkisi 26.80 qram olan 1 ədəd bilərzik, 3 ədəd üzük,1cüt sırğa) banka saxlanca qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli bildirişlərdən görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə 4230 manat məbləğində əsas borc, 298,24 manat məbləğində faiz borcu, 13,46 manat məbəğində cərimə borcu olmaqla, ümumilikdə 4541,7 manat məbləğində borcu yarandığından yüklülük ilə təmin edilmiş öhdəliyin icrasının təmin edilməsi üçün girov predmetinə tutulmanın yönəldiləcəyi, 7 iş günü müddətində satın almaqda üstünlük hüququ olduğu bildirilmişdir. Banka girov qoyulan qızıl-zinət əşyaları 4326,40 manata satılmış, satışdan əladə olunmuş gəlir xx.xx.2025-ci il tarixdə girov qoyulmuş kreditin ödənilməsinə yönəldilmişdir. Borclunun qalan borcunu xx.xx.2025-ci il tarixədək ödəmədiyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirgər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh banka 06 dekabr 2024 il tariхli, 102805-972431/8 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 74,10 manat əsas borc, 10,68 manat faiz borcu olmaqla, cəmi 84,78 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ərizə ilə iddiaçıya müraciət edərək ona istehlak məqsədi ilə 24 ay müddətinə 4230 manat məbləğində kredit verilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında 06 dekabr 2024 il tariхli, 102805-972431/8 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 28% faiz ödəmək şərtilə 4230 manat məbləğində kredit verilmişdir. 06 dekabr 2024 il tariхli, 102805- 972431/8 saylı kredit müqaviləsinin təminatı olaraq, bankla Cavabdeh arasında 06 dekabr 2024 il tariхli, 102805-972431/8 nömrəli qızıl girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh tərəfindən qızıl əşyaları (500 əyyarlı, çəkisi 24.20 qram olan 1 ədəd boyunbağı,1cüt sırğa, 1ədəd üzük, 583 əyarlı,çəkisi 26.80 qram olan 1 ədəd bilərzik, 3 ədəd üzük,1cüt sırğa) banka saxlanca qəbul edilmişdir. cavabdehin xx.xx.2025-ci il tarixə 4230 manat məbləğində əsas borc, 298,24 manat məbləğində faiz borcu, 13,46 manat məbəğində cərimə borcu olmaqla, ümumilikdə 4541,7 manat məbləğində borcu yarandığından yüklülük ilə təmin edilmiş öhdəliyin icrasının təmin edilməsi üçün girov predmetinə tutulmanın yönəldiləcəyi, 7 iş günü müddətində satın almaqda üstünlük hüququ olduğu bildirilmişdir. Banka girov qoyulan qızıl-zinət əşyaları 4326,40 manata satılmış, satışdan əladə olunmuş gəlir xx.xx.2025-ci il tarixdə girov qoyulmuş kreditin ödənilməsinə yönəldilmişdir. Borclu müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə borcu yaranmışdır. İş üzrə İddiaçı ASC kredit məbləğini Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin o, müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC-nin xeyrinə Cavabdeh 06 dekabr 2024 il tariхli, 102805- 972431/8 saylı kredit müqaviləsinə əsasən 74,10 manat əsas borc, 10,68 manat faiz borcu və ödənilmiş 30,0 manat dövlət rüsumu olmaqla, 114,78 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı ASC-nin xeyrinə Cavabdeh 74,10 manat əsas borc, 10,68 manat faiz borcu, ödənilmiş 30,0 manat dövlət rüsumu olmaqla, 114,78 manat məbləğində pul vəsaiti vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar