Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-65/2023 26.04.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı “X3” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv olunması, kredit borcunun tutulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Bank Olmayan Kredit Təşkilatı “X3” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2019-cu il tarixli, L-SK-0050357-F saylı kredit müqaviləsinin ləğv olunması, cavabdehlərdən müştərək qaydada 2590,66 manat əsas, 13,18 manat faiz, cəmi 2603,84 manat pul vəsaitinin və 47 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən iddianın qiyməti nəzərə alınmaqla ərizə xx.xx.2023-cü il tarixdə sadələşdirilmiş qaydada baxılması üçün icraata qəbul edilmiş, cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh2 adına tərtib edilmiş AZ-İİ 253151 saylı ölüm şəhadətnaməsi onun ailə üzvləri tərəfindən məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlər nəzərə alınmaqla məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Bank Olmayan Kredit Təşkilatı “X3” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında əsas borclu olan Cavabdeh2 ölüm xəbərinin onlara yeni məlum olduğunu bildirmiş, ölən şəxsin vərəsələrinin müəyyən edilməsi və onların işə cəlb edilməsi üçün iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında Cavabdeh2 bacısının əri olduğunu, onun arvadı və övladlarından ibarət varislərinin olduğunu, dəfələrlə təklif etsə də, kredit borcunun ödənilməsini təmin etmədiklərini, özünün isə hazırda borcu ödəməyə maddi imkanı olmadığını bildirmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı “X3” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv olunması, kredit borcunun tutulması tələbinə dair işin icraatı Cavabdeh2 vərəsələri müəyyən edilənədək dayandırılmışdır. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron poçtuna daxil olmuş ərizəsi ilə mülki mübahisənin məhkəmədən kənar qaydada həllini tapdığını bildirmiş, mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı “X3” MMC-nin Şəki filialının Cavabdeh1 ünvanlanmış və xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, ŞK-23/165 saylı məktubu ilə Cavabdeh2 xx.xx.2019-cu il tarixli, L-SK-0050357-F saylı kredit müqaviləsi üzrə heç bir borcunun qalmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş, məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirməklə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Bank Olmayan Kredit Təşkilatı “X3” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv olunması, kredit borcunun tutulması tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-65/2023
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-65/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver