Məhkəmə qərarları › İş №e-2(054)-664/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-664/2025

04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-664/2025 04.12.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X6 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-cü il tarixli, AL/16391/79/13 saylı müqaviləyə əsasən 500 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X1 499,69 manat borcu vardır. X7 xx.xx.2021 -ci il tarixdə vəfat etmişdir. Qəbələ rayon regional “Asan Xidmət” notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdehlər borclu X1 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Cavabdeh4, Cavabdeh5, Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 xx.xx.2021-cü il tarixli, AL/16391/79/13 saylı müqaviləyə əsasən 498 manat əsas 1,69 manat faiz, cəmi 499,69 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı ASC-nin nümayəndəsi X9 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AL/16391/79/13 nömrəli kredit müqaviləsinə əsasən X2 7 il müddətinə, illik 25 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, X1 xx.xx.2021-ci il tarixli, BPAL/16391/79/13 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, banka ödənilməmiş – 498,0 manat əsas, 1,65 manat faiz borcu olmaqla, cəmi 499,65 manat borcu qalmışdır. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 X1 vərəsəsi kimi tanınmış və Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən, ümumi sahəsi 6,697 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onların hər biri 1/5 hissədə irs almışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AL/16391/79/13 nömrəli kredit müqaviləsinə əsasən X2 7 il müddətinə, illik 25 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kredit xətti açılmışdır. X8 xx.xx.2021-ci il tarixində ölmüşdür. Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 X1 vərəsəsi kimi tanınmışdırlar və onlar miras əmlakdan - Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən, ümumi sahəsi 6,697 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/5 hisədə irs almışdırlar. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu tələb etməkdə haqlıdır. Göründüyü kimi, X1 xx.xx.2021-ci il tarixdə ölməsi ilə Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən, ümumi sahəsi 6,697 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair vərəsəlik açılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X1 vərəsəsi Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmələri barədə ərizə verərək, ondan miras qalmış torpaq sahəsini qəbul etmişlər. Göründüyü kimi, cavabdehlər mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmələrinə dair hərəkətlər edərək, miras əmlakı qəbul etmişlər. Bununla da, miras qalmış əmlaka qanun üzrə birinсi növbəli vərəsədirlər. Belə ki, Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1159.1.1-сi maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlər X4 və X3 qarşı iddia tələbi ilə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Bəhmən Xəlilov kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Belə olan halda iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan, kredit borcu qeyd edilən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı 30,0 manat dövlət rüsumu ödəmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 31,04 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 31,04 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 10 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC-nin xeyrinə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qydada xx.xx.2021-ci il tarixli, BPAL/16391/79/13 nömrəli kredit müqaviləsinə əsasən 498,0 manat əsas, 1,65 manat faiz borcu və 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 529,65 manat pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC-nin xeyrinə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada xx.xx.2021-ci il tarixli, BPAL/16391/79/13 nömrəli kredit müqaviləsinə əsasən 498,0 manat əsas, 1,65 manat faiz borcu və 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 529,65 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar