Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-776/2023 26.12.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi X2, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 395,98 manat əsas borc, 3,20 manat faiz borcu və 37,71 manat cərimə borcu olmaqla, cəmi 436,89 manat kredit borcunun və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat”ın müddəalarını əhatə edən 23-1-ci fəslinə uyğun olaraq cavabdehlərə MPM-in 47, 284-1, 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinin məzmununu əhatə edən məhkəmə bildirişi göndərilmiş, bildirişin çatdırılması barədə məlumat indiyədək məhkəməyə daxil olmamışdır. İşə baxılması mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə Cavabdeh2 kredit borcunu tam ödədiyini, banka borcunun qalmadığını bildirmiş, iddia ərizəsinin və ona edilmiş sənədlərin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. İddiaçının nümayəndəsinin ərizəsini araşdırıb hesab edirəm ki, iddia ərizəsi və dövlət rüsumu qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-cu maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266–268 -ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı QSC-nin xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən İddiaçı QSC-yə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı QSC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-776/2023
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-776/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver