Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № e-2(054)-780/2023 21.12.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Mən, Oğuz Rayon Məhkəməsinin hakimi X3, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X1 qarşı kredit borcu tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin qaytarılması barədə 21 dekabr 2023-cü il tarixli ərizəsini nəzərdən keçirib müəyyən etdim: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X1 qarşı 3291,54 manat əsas, 76,46 manat faiz borcunun, 53,68 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X6 21 dekabr 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddianın icraata qəbul edilmədən sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. İddia ərizəsini və sənədləri araşdırıb hesab edirəm ki, ərizə təmin edilməlidir. Belə ki, sözügedən iddia ərizəsi 20 dekabr 2023-cü il tarixdə qeydiyyata alınsa da, icraata götürülmə barədə qərardad çıxarılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X1 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılsın. X5 xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən "xxxx" ASCyə ödənilmiş 53,68 manat dövlət rüsumu İddiaçı QSC BOKT-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-780/2023
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(054)-780/2023
21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver