Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-87/2023 16.03.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC (mətndə iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (mətndə cavabdeh) qarşı iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 10 mart 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, müqavilə üzrə 14127,71 manat əsas kredit borcu, 1157,67 manat faiz borcu, cəmi 15285,38 manat borcun və 136,26 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli elektron ərizəsi ilə iş üzrə bütün məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən borcalan Cavabdeh2 48 ay müddətinə illik 16 % olmaqla 14800 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə həmin tarixdə bağlanmış 1069492/26804 saylı zaminlik müqaviləsinə əsasən zamin müqavilə üzrə öhdəliklər tam yerinə yetirilənədək borcalanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Bank tərəfindən borcalana və zaminə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəlik cavabdehlər tərəfindən icra edilməmişdir. xx.xx.2022-ci il tarixədək borcalanın banka olan 14127,71 manat əsas, 1157,67 manat faiz borcu ödənilməmişdir. Qeyd edilənlərə əsasən və mülki qanunvericilik normaları nəzərə alınmaqla müqavilənin vaxtından əvvəl ləğv edilməsi, cəmi 15285,38 manat borcun və 136,26 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, həqiqətən xx.xx.2022-ci il tarixdə iddiaçı ilə ******* saylı müqavilə bağlayaraq 48 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 14800 manat kredit götürmüşdür. Həmin vaxt hərbi hissədə gizir vəzifəsində işlədiyindən qarşılıqlı razılaşma əsasında kredit məbləğinin yarısını rəisə vermiş, qalan hissəsindən isə özü istifadə etmişdir. Sonralar işdən çıxdığından özünə düşən hissənin ödənişini etmək imkanı olmamışdır. Rəisi də kreditin ödənilməsindən imtina etmir. Yaxın vaxtlarda yenidən işinə geri qayıdacaq.Tələb edilən borc məbləğinə etirazı yoxdur. Digər Cavabdeh1 zamin kimi müqaviləyə imza etsə də, kredit borcunun ondan tutulmasını istəmir. Qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilənin surətindən görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında imzalanmış həmin müqavilə ilə borcalana 48 ay müddətinə, şəxsi ehtiyacların ödənilməsi məqsədi ilə illik 16 %-lə 14800 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 1069492/26804 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə öhdəliklər tam yerinə yetirilənədək borcalanla birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlinin surətindən görünür ki, 14800 manat əsas kredit məbləği, 5332,87 manat faiz məbləği, cəmi 20132,87 manat kreditin ödənişinin xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 419,44 manat, sonuncu ay 419,19 manat olmaqla xx.xx.2026-cı il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli, 6-3/0/08-4663 saylı pretenziyadan görünür ki, götürülmüş kreditlə bağlı öhdəliklərin tam yerinə yetirilməsi cavabdehlərdən tələb olunmuş, əks halda müqaviləyə vaxtından əvvəl xitam verilməsi də daxil olmaqla məsuliyyət tədbirləri barədə xəbərdarlıq edilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 672,29 manat əsas borcdan, 583,13 manat faiz borcundan ödəniş etmiş, onun xx.xx.2022-ci il tarixə iddiaçıya 14127,71 manat əsas, 1157,67 manat faiz, cəmi 15285,38 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 672,29 manat əsas borcdan, 583,13 manat faiz borcundan ödəniş etmiş, onun xx.xx.2022-ci il tarixə iddiaçıya 14127,71 manat əsas, 1157,67 manat faiz, cəmi 15285,38 manat borcu qalmış, borcun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə xx.xx.2022-ci il tarixdə pretenziya göndərilsə də, həmin borcun ödənilməsi borcalan və borcun tam ödənilməsi üçün onunla birgə məsuliyyət daşıyan zamin Cavabdeh1 tərəfindən təmin edilməmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etdiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə xitam verilməli, cavabdehlərdən xx.xx.2022-ci il tarixə yaranmış 14127,71 manat əsas, 1157,67 manat faiz, cəmi 15285,38 manat kredit borcu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehlərdən ödənilmiş 136,26 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 10 mart 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə xitam verilsin, müqaviləyə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 14127,71 manat əsas, 1157,67 manat faiz, cəmi 15285,38 (on beş min iki yüz səksən beş manat otuz səkkiz qəpik) manat və 136,26 (yüz otuz altı manat iyirmi altı qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-87/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-87/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver