Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-91/2025 16.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Оğuz Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Məhdud Məsuliyyətli QBKT-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı Məhdud Məsuliyyətli QBKT sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1569,00 manat əsas borc, 306,91 manat faiz borcu, 178,80 manat cərimə - cəmi 2054,71 manat borc, 40,55 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2024-cü il tarixdə cavabdehlərə rəsmi qaydada göndərilməklə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehlərə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə bildirişi almışdır. Cavabdeh1 qeydiyyatda olduğu ünvana göndərilən məhkəmə sənədi onun həmin ünvandan köçməsi əsası ilə geri qaytarılmışdır. Bundan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehin qeydiyyatda olduğu yer üzrə İcra Nümayəndəliyinə göndərilmişdir. Cavabdeh həmin Nümayəndəliyin ərazisində olmadığından məhkəmə sənədi nümayəndəlikdə saxlanılmaqla bu barədə xx.xx.2024-cü il tarixdə məhkəməyə rəsmi qaydada məlumat verilmişdir. İddiaçının tələbinə dair etirazlar, dəlillər və onları təsdiq edən sənədlər indiyədək məhkəməyə təqdim edilməmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 müraciəti əsasında onunla iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 illik 30 % olmaqla 24 ay müddətinə 2400,00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh istifadə etdiyi kreditə görə ödəniş qrafiki üzrə hər ay əsas borcu və faiz borcunu ödəməklə müqavilə müddəti ərzində 3232,00 manat kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, Cavabdeh1 onunla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh2 kredit kredit müqaviləsinin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Cavabdehlərə şifahi və yazılı qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmiş, tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Hazırda Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 1569,00 manat əsas borc, 306,91 manat faiz borcu, 178,80 manat cərimə - cəmi 2054,71 manat borcu qalmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş, iddiaçı tərəfindən 40,55 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı 2054,71 manat borc, 40,55 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən birgə qaydada tutulmasını tələb edir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırma zamanı iş materialları ilə müəyyən edildi ki, Cavabdeh2 müraciəti əsasında onunla iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 illik 30 % olmaqla 24 ay müddətinə 2400,00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh istifadə etdiyi kreditə görə ödəniş qrafiki üzrə hər ay əsas borcu və faiz borcunu ödəməklə müqavilə müddəti ərzində 3232,00 manat kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, Cavabdeh1 onunla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdehlər onlarla iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərinə görə borcun ödənilməsi tələbi ilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 40,55 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cavabdehlərdən 2054,71 manat borc və 40,55 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Cavabdehlər iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunan əsaslara görə qərara gəlirəm ki, iddia tələbinin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1569,00 manat əsas borc və 306,91 manat faiz borcu məbləğinin cavabdehlərdən birgə qaydada tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Araşdırma ilə müəyyən edildi ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 178,80 manat cərimə məbləği həmin müqavilənin cavabdehlər tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da, qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və əsas borcla müqayisədə yüksək məbləğdir. Cərimənin miqdarının yüksək olması cavabdehlərin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Qeyd olunan əsaslara görə qərara gəlirəm ki, cavabdehlərdən tələb edilən cərimənin miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cərimə məbləğləri tutulmasına dair hissələri qismən – xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 80,00 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Yenə həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə qərara gəlirəm ki, iddia tələbinin 40,55 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən birgə qaydada tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1569,00 manat əsas borc, 306,91 manat faiz borcu, 80,00 manat cərimə - cəmi 1955,91 manat borc və 40,55 manat dövlət rüsumu məbləği manat birgə qaydada tutularaq İddiaçı Məhdud Məsuliyyətli QBKT-nın hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №e-2(054)-91/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-91/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver