Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1038/2025 04.08.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 06 may 2024-cü il tarixli müqavilə üzrə 19316,42 manat əsas borc, 2798,45 manat faiz borcu, 0,01 manat cərimə borcu olmaqla, cəmi 22114,88 manat borcun, 06 may 2024-cü il tarixli müqavilə üzrə (Tam kart vasitəsilə) 298,43 manat əsas borc, 44,09 manat faiz borcu olmaqla, cəmi 342,52 manat borcun, 26 avqust 2024-cü il tarixli müqavilə üzrə 1795,44 manat əsas borc, 272,05 manat faiz borcu olmaqla, cəmi 2067,49 manat borcun, ümumilikdə 24524,89 manat pulun, ödənilmiş 163,58 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Saatlı” filialı ilə Cavabdeh arasında bağlanmış 06 may 2024-cü il tarixli, BPM**********32 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən ona 48 ay müddətinə, illik 18.9% dərəcəsi ilə hesablanmaqla, 20500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, "xxxx" ASC-nin “Saatlı” filialı ilə Cavabdeh arasında bağlanmış 06 may 2024-cü il tarixli, BPM**********32 saylı kredit müqaviləsinə əsasən (Tamkart vasitəsilə) Bank tərəfindən ona 59 ay müddətinə, illik 24% dərəcəsi ilə hesablanmaqla, 300 manat məbləğində kart krediti verilmişdir. Bununla yanaşı, "xxxx" ASC-nin “Saatlı” filialı ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2024-cü il tarixli, BPM**********62 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən ona online şəkildə 48 ay müddətinə, illik 20.9% dərəcəsi ilə hesablanmaqla, 1820 manat məbləğində kredit verilmişdir. Borclu tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün səy göstərilsə də, borclu öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 06 may 2024-cü il tarixli, BPM**********32 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 18.9% olmaqla 48 ay müddətinə 20500 manat məbləğində kreditin verilməsi ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 06 may 2024-cü il tarixli, BPM**********32 saylı kredit müqaviləsindən (Tamkart vasitəsilə) görünür ki, bu müqavilə illik 24% olmaqla 59 ay müddətinə 300 manat məbləğində kart kreditin verilməsi ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 26 avqust 2024-cü il tarixli, BPM**********62 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 20.9% olmaqla 48 ay müddətinə 1820 manat məbləğində kreditin verilməsi ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 06 may 2024-cü il tarixli kredit müqaviləsi üzrə 17 iyun 2025-ci il tarixə 19316,42 manat əsas borcu, 2798,45 manat faiz borcu, 0,01 manat cərimə borcu olmaqla, cəmi 22114,88 manat borcu vardır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 06 may 2024-cü il tarixli kredit müqaviləsi üzrə (Tamkart vasitəsilə) 17 iyun 2025-ci il tarixə 298,43 manat əsas borc, 44,09 manat faiz borcu olmaqla, cəmi 342,52 manat borcu vardır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 26 avqust 2024-cü il tarixli kredit müqaviləsi üzrə 17 iyun 2025-ci il tarixə 1795,44 manat əsas borc, 272,05 manat faiz borcu olmaqla, cəmi 2067,49 manat vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, "xxxx" ASC-nin “Saatlı” filialı ilə Cavabdeh arasında bağlanmış 06 may 2024-cü il tarixli, BPM**********32 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən ona 48 ay müddətinə, illik 18.9% dərəcəsi ilə hesablanmaqla, 20500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, "xxxx" ASCnin “Saatlı” filialı ilə Cavabdeh arasında bağlanmış 06 may 2024-cü il tarixli, BPM**********32 saylı kredit müqaviləsinə əsasən (Tamkart vasitəsilə) Bank tərəfindən ona 59 ay müddətinə, illik 24% dərəcəsi ilə hesablanmaqla, 300 manat məbləğində kart krediti verilmişdir. Bununla yanaşı, "xxxx" ASC-nin “Saatlı” filialı ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2024-cü il tarixli, BPM**********62 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən ona online şəkildə 48 ay müddətinə, illik 20.9% dərəcəsi ilə hesablanmaqla, 1820 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit müaqaviləsi üzrə əsas və faiz borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən cavabdehin iddiaçıya 06 may 2024-cü il tarixli müqavilə üzrə 19316,42 manat əsas borc, 2798,45 manat faiz borcu, 0,01 manat cərimə borcu olmaqla, cəmi 22114,88 manat borcun, 06 may 2024-cü il tarixli müqavilə üzrə 298,43 manat əsas borc, 44,09 manat faiz borcu olmaqla, cəmi 342,52 manat borcun, 26 avqust 2024-cü il tarixli müqavilə üzrə 1795,44 manat əsas borc, 272,05 manat faiz borcu olmaqla, cəmi 2067,49 manat borcun, ümumilikdə 24524,89 manat borcu yaranmışdır və iddiaçı həmin borcu cavabdehdən tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 06 may 2024-cü il tarixli müqavilə üzrə 19316,42 manat əsas borc, 2798,45 manat faiz borcu, 0,01 manat cərimə borcu olmaqla, cəmi 22114,88 manat borcun, 06 may 2024-cü il tarixli, BPM**********32 saylı kredit müqaviləsi (Tamkart vasitəsilə) üzrə 298,43 manat əsas borc, 44,09 manat faiz borcu olmaqla, cəmi 342,52 manat borcun, 26 avqust 2024-cü il tarixli müqavilə üzrə 1795,44 manat əsas borc, 272,05 manat faiz borcu olmaqla, cəmi 2067,49 manat borcun, ümumilikdə 24524,89 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 06 may 2024-cü il tarixli, BPM**********32 saylı kredit müqaviləsi üzrə 19316,42 manat əsas borc, 2798,45 manat faiz borcu, 0,01 manat cərimə borcu olmaqla, cəmi 22114,88 manat borcun, 06 may 2024-cü il tarixli müqavilə üzrə (Tamkart vasitəsilə) 298,43 manat əsas borc, 44,09 manat faiz borcu olmaqla, cəmi 342,52 manat borcun, 26 avqust 2024-cü il tarixli, BPM**********62 saylı kredit müqaviləsi üzrə 1795,44 manat əsas borc, 272,05 manat faiz borcu olmaqla, cəmi 2067,49 manat borcun, ümumilikdə 24524,89 manat borc alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 163,58 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 163,58 manat dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 06 may 2024-cü il tarixli, BPM**********32 saylı kredit müqaviləsi üzrə 19316,42 manat əsas borc, 2798,45 manat faiz borcu, 0,01 manat cərimə borcu olmaqla, cəmi 22114,88 manat borcun, 06 may 2024-cü il tarixli, BPM**********32 saylı kredit müqaviləsi (Tamkart vasitəsilə) üzrə 298,43 manat əsas borc, 44,09 manat faiz borcu olmaqla, cəmi 342,52 manat borcun, 26 avqust 2024-cü il tarixli, BPM**********62 saylı kredit müqaviləsi üzrə 1795,44 manat əsas borc, 272,05 manat faiz borcu olmaqla, cəmi 2067,49 manat borcun, ümumilikdə 24524,89 (iyirmi dörd min beş yüz iyirmi dörd manat səksən doqquz qəpik) manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş 163,58 manat dövlət rüsumu rüsumu və 0,40 qəpik bank xidmət haqqı, ümumilikdə 163,98 (bir yüz altmış üç manat doxsan səkkiz qəpik) alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1038/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1038/2025
04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver