Məhkəmə qərarları › İş №e-2(055)-1040/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1040/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1040/2023 11.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı X2 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X2 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 4348 manat əsas borcun, 1155 manat faiz borcunun, 328.85 manat cərimə borcunun, cəmi 5831.85 manat borcun və ödənilmiş 78.32 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı X2 Bank Kredit Təşkilatının xeyrinə tutulması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı X2 Bank Kredit Təşkilatı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********01703 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 28% olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq zamin Cavabdeh2 İddiaçı X2 Bank Kredit Təşkilatı qarşısında kredit alanla birlikdə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Lakin Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və 07 avqust 2023-cü il tarixə İddiaçı MMQBKT-yə xx.xx.2022-ci il tarixli **********01703 saylı kredit müqaviləsi üzrə 4348 manat əsas borcu, 1155 manat faiz borcu, 328.85 manat cərimə borcu, cəmi 5831.85 manat borcu vardır. Ona görə də, cavabdehlərdən müştərək qaydada 4348 manat əsas borcun, 1155 manat faiz borcunun, 328.85 manat cərimə borcunun, cəmi 5831.85 manat borcun və ödənilmiş 78.32 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı X2 Bank Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ünvanladığı teleqramında məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hüsab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2022-ci il tarixli **********01703 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 28% olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixli **********01703 saylı kredit müqaviləsi üzrə krediti alan Cavabdeh1 öhdəliyi icra etmədikdə kreditin təminatı olaraq zamin Cavabdeh2 İddiaçı X2 Bank Kredit Təşkilatı qarşısında kredit alanla birlikdə məsuliyyət daşımağı üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 07 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı X2 Bank Kredit Təşkilatına xx.xx.2022-ci il tarixli **********01703 saylı kredit müqaviləsi üzrə 4348 manat əsas borcu, 1155 manat faiz borcu, 328.85 manat cərimə borcu, cəmi 5831.85 manat borcu vardır. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********01703 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 28% olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq zamin Cavabdeh2 İddiaçı X2 Bank Kredit Təşkilatı qarşısında kredit alanla birlikdə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Lakin Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və 07 avqust 2023-cü il tarixə İddiaçı MMQBKT-yə xx.xx.2022-ci il tarixli **********01703 saylı kredit müqaviləsi üzrə 4348 manat əsas borcu, 1155 manat faiz borcu, 328.85 manat cərimə borcu, cəmi 5831.85 manat borcu vardır.. Qeyd olunanlardan görünür ki, İddiaçı X2 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4348 manat əsas borcun, 1155 manat faiz borcunun, 328.85 manat cərimə borcunun, cəmi 5831.85 manat borcun alınaraq İddiaçı X2 Bank Kredit Təşkilatının xeyrinə tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4348 manat əsas borc, 1155 manat faiz borcu, 328.85 manat cərimə borcu, cəmi 5831.85 manat alınaraq İddiaçı X2 Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı X2 Bank Kredit Təşkilatı tərəfindən 78.32 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, iş üzrə 78.32 manat dövlət rüsumu İddiaçı X2 Bank Kredit Təşkilatı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4348 manat əsas borc, 1155 manat faiz borcu, 328.85 manat cərimə borcu, cəmi 5831.85 manat borc və ödənilmiş 78.32 manat məbləğində dövlət rüsumu ümumilikdə 5910 (beş min doqquz yüz on) manat 17 (on yeddi) qəpik alınaraq İddiaçı X2 Bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar