Məhkəmə qərarları › İş №e-2(055)-1064/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1064/2024

20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1064/2024 20.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1420 manat əsas borc, 226,46 manat faiz borcu, 189,41 manat cərimə borcu, cəmi 1835,87 manat borcun və 38,36 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X1-Bank Kredit Təşkilatı ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehlərəə istehlak məqsədləri üçün illik 28% dərəcəsi olmaqla 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 138 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh1 sözü gedən kredit müqaviləsinin icrasına zamin olmuşdur. Cavabdeh2 və Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.14 may 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 və Cavabdeh1 İddiaçı X1-Bank Kredit Təşkilatına 1420 manat əsas borcu, 226,46 manat faiz borcu, 189,41 manat cərimə borcu, cəmi 1835,87 manat borcu vardır. Ona görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1420 manat əsas borc, 226,46 manat faiz borcu, 189,41 manat cərimə borcu, cəmi 1835,87 manat borcun və 38,36 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən və ona əlavədən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən kredit alan Cavabdeh2 ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi olmaqla 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. İşdə olan 28 fevral 2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən kredit alan (Cavabdeh2) müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. İşdə olan 14 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı X1-Bank Kredit Təşkilatına 1420 manat əsas borcu, 226,46 manat faiz borcu, 189,41 manat cərimə borcu, cəmi 1835,87 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi olmaqla 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 138 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh1 sözügedən kredit müqaviləsinin icrasına zamin olmuşdur. Cavabdeh2 və Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ona görə də İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada həmin borcu tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1420 manat əsas borc, 226,46 manat faiz borcu, 189,41 manat cərimə borcu, cəmi 1835,87 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və Cavabdeh1ndan müştərək qaydada tələb olunan 189,41 manat cərimə (dəbbə pulu) 70 manat adək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1420 manat əsas borc, 226,46 manat faiz borcu, 70 manat cərimə borcu, cəmi 1716,46 manat pul alınıb İddiaçı X1- Bank Kredit Təşkilatının xeyrinə ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən 38,36 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraaq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 38,36 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1420 manat əsas borc, 226,46 manat faiz borcu, 70 manat cərimə borcu, cəmi 1716(bir min yeddi yüz on altı) manat, 46 (qırx altı) qəpik borc alınıb İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 38 (otuz səkkiz) manat 36(otuz altı) qəpik dövlət rüsumu alınıb İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar