Məhkəmə qərarları › İş №e-2(055)-107/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-107/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-107/2024 22.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1212 manat əsas borc, 129,54 manat faiz borcu, 91,35 manat cərimə, cəmi 1432,89 manat borcun və 34,33 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X1-Bank Kredit Təşkilatı ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2022-ci il tarixli **********0104 saylı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 28% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən cavabdehin hər ay 138 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Lakin cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehin İddiaçı X1-Bank Kredit Təşkilatına 1212 manat əsas borc, 434 manat faiz borcu, 91,35 manat cərimə, cəmi 1432,89 manat borcu yaranmışdır. Ona görə də iddiaçı Cavabdeh 1212 manat əsas borc, 129,54 manat faiz borcu, 91,35 manat cərimə, cəmi 1432,89 manat borcun və 34,33 manat dövlət rüsumunun alınıb İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 24 oktyabr 2022-ci il tarixli **********0104 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh ailəkəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 18 ay müddətinə illik 28% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 8-ci bəndində qeyd edilmiş kreditin ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətində, illik 28% dərəcəsi ilə 2000 manat məbləğində kreditə görə hər ay 138 manat ödəniş edərək, cəmi 478 manat faiz ödəməlidir. İşdə olan 22 noyabr 2023-cü il tarixli maliyyə arayışdan görünür ki, 24 oktyabr 2022-ci il tarixli **********0104 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı X1-Bank Kredit Təşkilatına 22 noyabr 2023-cü il tarixə 1212 manat əsas borcu, 129,54 manat faiz borcu, 91,35 manat cərimə borcu, cəmi 1432,89 manat borcu vardır. Cavabdeh 788 manat əsas borcdan, 348,46 manat faiz borcdan, 200,92 manat cərimə borcundan, cəmi 1337,38 manat ödəniş etmişdir. İşdə olan kredit kartının mədaxil (qəbul) aktının surətindən görünür ki, 24 oktyabr 2022-ci il tarixli **********0104 saylı kredit müqaviləsi üzrə Cavabdeh verilmiş kredit məbləği “Fincard” kredit kartında ona təqdim edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı X1-Bank Kredit Təşkilatının arasında 24 oktyabr 2022-ci il tarixli **********0104 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 18 ay müddətinə, illik 28% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehin İddiaçı X1-Bank Kredit Təşkilatı 1212 manat əsas borc, 129,54 manat faiz borcu, 91,35 manat cərimə borcu, cəmi 1432,89 manat borcu yaranmışdır. Ona görə də İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh 1920 manat əsas borcun, 129,54 manat faiz borcu, 91,35 manat cərimə borcu, cəmi 1432,89 manat borcun alınmasını tələb edir. Cavabdeh isə almış oduğu kreditə görə 788 manat əsas borcdan, 348,46 manat faiz borcdan, 200,92 manat cərimə borcundan, cəmi 1337,38 manat ödəniş etmişdir. İşin araşdırılan halları ilə həmçinin müəyyən olundu ki, tərəflər arasında bağlanmış 24 oktyabr 2022-ci il tarixli **********0104 saylı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən iddiaçı kredit müqaviləsinin 6.2-ci bəndinə əsaslanaraq cavabdehə bildiriş göndərmədən ondan kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan 1212 manat əsas borcun, 434 manat faiz borcun, cəmi 1432,89 manat borcun qaytarılmasını tələb etmişdir. Buradan görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh qarşı faiz borcunu ödəniş cədvəli üzrə 24 oktyabr 2022-ci il tarixdən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək, yəni tərəflər arasındakı müqaviləyə xitam verildiyi 08 dekabr 2024-cü il tarixədək olan 99,54 manat məbləğində hesablamalı olduğu halda, faiz borcunu ödəniş cədvəlində göstərilən son ödəmə tarixinə, yəni 24 aprel 2024-cü il tarixədək hesablamışdır. Lakin iddiaçı müqaviləyə xitam verildiyi vaxtdan sonra həmin müqavilənin son ödəniş tarixinədək hesablanmış faiz borcunu deyil, məhkəməyə müraciət edildiyi vaxtadək hesablanmalı olan faiz borcunun cavabdehlərdən tutulmasını tələb edə bilər. Digər tərəfdən iddiaçı cavabdehlərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etməmişdir. Qeyd olunanlardan görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı 24 oktyabr 2022-ci il tarixli **********0104 saylı kredit müqaviləsi üzrə 1212 manat əsas borcun, məhkəməyə müraciət edildiyi tarixədək, yəni tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək yaranmış 99,54 manat faiz borcunun, 91,35 manat cərimənin, cəmi 1402,89 manat borcun Cavabdeh tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 1212 manat əsas borc, 99,54 manat faiz borcu, 91,35 manat cərimə, cəmi 1402,89 manat alınıb İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 01 dekabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən 34,33 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34,33 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1212 manat əsas borc, 99,54 manat faiz borcu, 91,35 manat cərimə, cəmi 1402 (bir min dörd yüz iki) manat 89 (səksən doqquz) qəpik alınıb İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34 (otuz dörd) manat 33 (otuz üç) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar