Məhkəmə qərarları › İş №e-2(055)-1073/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1073/2023

06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1073/2023 06.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli, 3803rstBANK/19 saylı kredit müqaviləsi üzrə 352.34 manat əsas borcun, 5.78 manat faiz borcunun, 30.40 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli, 3803rstBANK/19 saylı kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyəti tərəfindən X5 60 ay müddətinə illik 1% dərəcəsi ilə 399.38 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh X6 həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit borcunu banka qaytarmağı öhdəsinə götürmüşdür. X2 01 mart 2021-ci il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. Sabirabad regional «ASAN xidmət» Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş məlumata əsasən müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Hazırda mərhum X2 banka 352.34 manat əsas borcu, 5.78 manat faiz borcu yaranmışdır.Ona görə də, cavabdeh X4 vərəsəsi kimi Cavabdeh 352.34 manat əsas borcun, 5.78 manat faiz borcunun, 30.40 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 04 noyabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, bu müqavilə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 399.38 manat məbləğində kredit verilməsi ilə əlaqədar "xxxx" X11 Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmışdır. İşdə olan "xxxx" X11 Səhmdar Cəmiyyətinin Saatlı filialının maliyyə arayışından görünür ki, X4 "xxxx" X11 Səhmdar Cəmiyyətinə 04 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 352.34 manat əsas borcu vardır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 01 mart 2021-ci il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabirabad regional «ASAN xidmət» Mərkəzinin Notariat Ofisinin 06 fevral 2023-cü il tarixli, 222 saylı məktubundan görünür ki, Cavabdeh X4 qanun üzrə vərəsəsidir. İşdə olan “Elektron notariat” X1 çıxarışdan görünür ki,Cavabdeh X4 qanun üzrə vərəsəsidir və miras əmlak Saatlı şəhəri ərazisində yerləşən ümumi sahəsi 1.14 ha torpaq sahəsindən ibarətdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-1306.2-ci maddələrinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. İş materialları araşdırılarkən müəyyən olundu ki, cavabdeh X8 ilə iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3803rstBANK/19 saylı kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyəti tərəfindən X5 60 ay müddətinə illik 1% dərəcəsi ilə 399.38 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh X6 həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit borcunu banka qaytarmağı öhdəsinə götürmüşdür. X3 müqavilənin şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və nəticədə cavabdehin banka 352.34 manat əsas borcu, 5.78 manat faiz borcu yaranmışdır. X2 01 mart 2021-ci il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. Sabirabad regional «ASAN xidmət» Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş məlumata əsasən müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Ona görə də, iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyəti cavabdeh X4 vərəsəsi kimi Cavabdeh 352.34 manat əsas borc, 5.78 manat faiz borcunun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyəti Cavabdeh 352.34 manat əsas borc, 5.78 manat faiz borcunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 352.34 manat əsas borc, 5.78 manat faiz borcu alınıb iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" X11 Səhmdar Cəmiyyəti tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 352.34 manat əsas borc, 5.78 manat faiz borcu, cəmi 358(üç yüz əlli səkkiz) manat 12(on iki) qəpik pul alınıb iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30(otuz) manat 40(qırx) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar