Məhkəmə qərarları › İş №e-2(055)-1077/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1077/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1077/2024 30.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı X2-Bank Kredit Təşkilatının Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı X2-Bank Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4682 manat əsas borcun, 1378 manat faiz borcunun, 324,20 manat cərimə, cəmi 6384,20 manat borcun və ödənilmiş 83,85 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X2-Bank Kredit Təşkilatı iddianı onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli **********1115 saylı kredit müqaviləsinə əsasən İddiaçı X2-Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh 24 ay müddətinə illik 28% olmaq şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və nəticədə onun banka kredit müqaviləsi üzrə 4682 manat əsas borc, 1378 manat faiz borcu, 324,20 manat cərimə borcu olmaqla, cəmi 6384,20 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəməyə ünvanladığı ərizədən görünür ki, İddiaçı X2 Bank Kredit Təşkilatının Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 12 oktyabr 2023-cü il tarixli **********1115 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 28% olmaqla 24 ay müddətinə 5000 məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 21 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, **********1115 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı X2 Bank Kredit Təşkilatına əsas borcu 4682 manat, faiz borcu 1378 manat, 324,20 manat cərimə borcu olmaqla, cəmi borcu 6384,20 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2023-cü il tarixli, **********1115 saylı kredit müqaviləsi üzrə cavabdeh iddiaçıdan 24 ay müddətinə illik 28% ödəmək şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə borcu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən onun İddiaçı X2 Bank Kredit Təşkilatına 4682 manat əsas, faiz borcu 1378 manat, 324,20 manat cərimə borcu olmaqla, cəmi 6384,20 manat borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, İddiaçı X2 Bank Kredit Təşkilatı Cavabdeh əsas borc, faiz borcu, cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin 12 oktyabr 2023-cü il tarixli **********1115 saylı kredit müqaviləsi üzrə tələb olunan 324,77 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 200 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 12 oktyabr 2023-cü il tarixli, **********1115 saylı kredit müqaviləsi üzrə Cavabdeh 4682 manat əsas, faiz borcu 1378 manat, 200 manat cərimə borcu olmaqla, cəmi 6260 manat borc alınaraq iddiaçıya ödənilməlidir. İşdə olan 03 iyul 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı X2 Bank Kredit Təşkilatı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 83,85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 83,85 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 12 oktyabr 2023-cü il tarixli, **********1115 saylı kredit müqaviləsi üzrə 4682 manat əsas, faiz borcu 1378 manat, 200 manat cərimə borcu olmaqla, cəmi 6260 manat borc, ödənilmiş 83,85 manat məbləğində dövlət rüsumu ümumilkdə 6343,85 (altı min üç yüz qırx üç manat səksən beş qəpik) manat alınaraq İddiaçı X2 Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar