Məhkəmə qərarları › İş №e-2(055)-1078/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1078/2023

06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1078/2023 06.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixli, 2904tklMS/14 saylı kredit müqaviləsi üzrə 589.85 manat əsas borcun, 8.28 manat faiz borcunun, 30.40 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli, 2904tklMS/14 saylı kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyəti tərəfindən X5 84 ay müddətinə illik 26% dərəcəsi ilə 625 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh X6 həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit borcunu banka qaytarmağı öhdəsinə götürmüşdür. X1 22 noyabr 2016-cı il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən verilmiş məlumata əsasən müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Hazırda mərhum X1 banka 589.85 manat əsas borcu, 8.28 manat faiz borcu yaranmışdır.Ona görə də, cavabdeh X3 vərəsəsi kimi Cavabdeh 589.85 manat əsas borcun, 8.28 manat faiz borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 15 iyul 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, bu müqavilə 84 ay müddətinə illik 26% dərəcəsi ilə 625 manat məbləğində kredit verilməsi ilə əlaqədar "xxxx" X8 Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmışdır. İşdə olan "xxxx" X8 Səhmdar Cəmiyyətinin Saatlı filialının maliyyə arayışından görünür ki, X3 "xxxx" X8 Səhmdar Cəmiyyətinə 15 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 589.85 manat əsas borcu vardır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 22 noyabr 2016-cı il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 43 saylı Notariat Ofisinin 19 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh X3 qanun üzrə vərəsəsidir. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2016-cı il tarixli şəhadətnamədən görünür ki, Cavabdeh X3 qanun üzrə vərəsəsi olaraq miras əmlakdan tam olaraq pay almalıdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-1306.2-ci maddələrinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. İş materialları araşdırılarkən müəyyən olundu ki, cavabdeh X7 ilə iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2904tklMS/14 saylı kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyəti tərəfindən X5 84 ay müddətinə illik 26% dərəcəsi ilə 625 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh X6 həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit borcunu banka qaytarmağı öhdəsinə götürmüşdür. X2 müqavilənin şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və nəticədə cavabdehin banka 589.85 manat əsas borcu, 8.28 manat faiz borcu yaranmışdır. X1 22 noyabr 2016-cı il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən verilmiş məlumata əsasən müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Ona görə də, iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyəti cavabdeh X3 vərəsəsi kimi Cavabdeh 589.85 manat əsas borc, 8.28 manat faiz borcunun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyəti Cavabdeh 589.85 manat əsas borc, 8.28 manat faiz borcunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 589.85 manat əsas borc, 8.28 manat faiz borcu alınıb iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" X8 Səhmdar Cəmiyyəti tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 589.85 manat əsas borc, 8.28 manat faiz borcu, cəmi 598(beş yüz doxsan səkkiz) manat 13(on üç) qəpik pul alınıb iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30(otuz) manat 40(qırx) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar