Məhkəmə qərarları › İş №e-2(055)-109/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-109/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-109/2025 24.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5492,66 manat əsas borc, 372,90 manat faiz borcu, 195,10 manat cərimə borcu, cəmi 6060,66 manat borcun və 80,61 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 59 ay müddətinə illik 23,8% dərəcəsi ilə 6671 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və müqavilə üzrə ödənişləri tam və vaxtında yerinə yetirməmişdir. Nəticədə, cavabdehin iddiaçıya 5492,66 manat əsas borcu, 372,90 manat faiz borcu, 195,10 manat cərimə, cəmi 6060,66 manat borcu yaranmışdır. Ona görə də, Cavabdeh 5492,66 manat əsas borc, 372,90 manat faiz borcu, 195,10 manat cərimə, cəmi 6060,66 manat borcun və 80,61 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 59 ay müddətinə illik 23,8% dərəcəsi ilə 6671 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 5492,66 manat əsas borc, 372,90 manat faiz borcu, 195,10 manat cərimə borcu, cəmi 6060,66 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 59 ay müddətinə illik 23,8% dərəcəsi ilə 6671 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və müqavilə üzrə ödənişləri tam və vaxtında yerinə yetirməmişdir. Nəticədə, cavabdehin iddiaçıya 5492,66 manat əsas borcu, 372,90 manat faiz borcu, 195,10 manat cərimə borcu, cəmi 6060,66 manat borcu yaranmışdır. Ona görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 5492,66 manat əsas borc, 372,90 manat faiz borcu, 195,10 manat cərimə borcu, cəmi 6060,66 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 5492,66 manat əsas borc, 372,90 manat faiz borcu, 195,10 manat cərimə borcu, cəmi 6060,66 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 5492,66 manat əsas borc, 372,90 manat faiz borcu, 195,10 manat cərimə borcu, cəmi 6060,66 manat borc alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 80,61 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 80,61 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5492,66 manat əsas borc, 372,90 manat faiz borcu, 195,10 manat cərimə borcu, cəmi 6060 (altı min altmış) manat 66 (altmış altı) qəpik pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 80 (səksən) manat 61 (altmış bir) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar