Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1095/2024 30.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı X2 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X2 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3969 manat əsas borc, 612,65 manat faiz borcu, 523,77 manat cərimə, cəmi 5105,42 manat borcun və ödənilmiş 71,06 manat dövlət rüsumunun alınaraq İddiaçı X2 Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 Bank Kredit Təşkilatının nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0235 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 27% olmaqla 24 ay müddətinə 7000 məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin icrasının təminatı kimi İddiaçı X2 Bank Kredit Təşkilatı ilə digər cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, zaminlik müqaviləsi bağlanmışdır.Cavabdeh1 kredit müqaviləsində göstərilmiş ödəniş cədvəlinə uyğun olaraq ödəniş etməli olduğu halda üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq iddiaçıya olan borcunu qaytarmamışdır. Cavabdeh1 17 aprel 2024-cü il tarixə İddiaçı X2 Bank Kredit Təşkilatına 29 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 3969 manat əsas borc, 612,65 manat faiz borcu, 523,77 manat cərimə, cəmi 5105,42 manat borcu vardır. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3969 manat əsas borc, 612,65 manat faiz borcu, 523,77 manat cərimə, cəmi 5105,42 manat borcun və ödənilmiş 71,06 manat dövlət rüsumunun alınaraq İddiaçı X2 Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərdi ki, Cavabdeh1 bankdan kredit götürməklə bağlı onun Sahibə zamin durmağını xahiş etmişdir. O da qonşu olduğu üçün Sahiblə razılaşmışdır. Anası Cavabdeh3 ilə birlikdə zamin durdurqdan sonra, Sahib pul götürmüşdür. Kredit götürdükdən təxminən 3-4 ay sonra bankdan ona zəng etmişlər ki, Sahib pulu ödəməyi gecikdirir. O, məsələni aydınlaşdırmaq üçün Sahibi axtarsa da, tapa bilməmişdir. Hal-hazırda Cavabdeh1 tapa bilmir. İddianı qəbul etdiyini bildirərək ona kömək olunmasını məhkəmədən xahiş etdi. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəməyə ünvanladığı ərizədən görünür ki, İddiaçı X2 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı X2 Bank Kredit Təşkilatının nümayəndəsinin xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh3 heç bir üzürlü səbəb olmadan məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 29 noyabr 2022-ci il tarixli **********0235 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 27% olmaqla 24 ay müddətinə 7000 məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan 29 noyabr 2022-ci il tarixli **********0***-******* saylı və 29 noyabr 2022-ci il tarixli **********0***-******* saylı zaminlik müqavilələrindən görünür ki, cavabdeh (kredit alan) Cavabdeh1 İddiaçı X2 Bank Kredit Təşkilatından götürdüyü 7000 manat kreditlə əlaqədar olaraq zaminlər (cavabdehlər) Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə kredit alan- Cavabdeh1ilə birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan 29 noyabr 2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı X2 Bank Kredit Təşkilatından 7000 manat kredit götürmüşdür. İşdə olan 17 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı X2 Bank Kredit Təşkilatına 29 noyabr 2022-ci il tarixli **********0235 saylı kredit müqaviləsi üzrə 3969 manat əsas borcu, 612,65 manat faiz borcu, 523,77 manat cərimə borcu, cəmi 5105,42 manat borcu vardır. Məhkəmə Cavabdeh2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0235 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 27% olmaqla 24 ay müddətinə 7000 məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin icrasının təminatı kimi İddiaçı X2 Bank Kredit Təşkilatı ilə digər cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli, zaminlik müqaviləsi bağlanmışdır.Cavabdeh1 kredit müqaviləsində göstərilmiş ödəniş cədvəlinə uyğun olaraq ödəniş etməli olduğu halda üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq iddiaçıya olan borcunu qaytarmamışdır. Cavabdeh1 17 aprel 2024-cü il tarixə İddiaçı X2 Bank Kredit Təşkilatına 29 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 3969 manat əsas borc, 612,65 manat faiz borcu, 523,77 manat cərimə, cəmi 5105,42 manat borcu vardır. Ona görə də iddiaçı xx.xx.2022-ci il tarixli **********0235 saylı kredit müqaviləsi üzrə cavabdehdən 3969 manat əsas borc, 612,65 manat faiz borcu, 523,77 manat cərimə, cəmi 2243.80 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı X2 Bank Kredit Təşkilatı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsas borc, faiz borcu, cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərdən xx.xx.2022-ci il tarixli **********0235 saylı kredit müqaviləsi üzrə tələb olunan 523,77 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 200 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək xx.xx.2022-ci il tarixli **********0235 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3969 manat əsas borc, 612,65 manat faiz borcu, 200 manat cərimə, cəmi 4781.65 manat borc alınıb İddiaçı X2 Bank Kredit Təşkilatının xeyrinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş 21 may 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı X2 Bank Kredit Təşkilatı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 71,06 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 71,06 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3969 manat əsas borc, 612,65 manat faiz borcu, 200 manat cərimə və ödənilmiş 71,06 manat dövlət rüsumu, cəmi 4852,71 (dörd min səkkiz yüz əlli iki manat yetmiş bir qəpik) manat borc alınıb İddiaçı X2 Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1095/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1095/2024
30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver