Məhkəmə qərarları › İş №e-2(055)-1198/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1198/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1198/2023 14.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8031,86 manat əsas borc, 992,35 manat faiz borcu, 300,40 manat cərimə, cəmi 9324,61 manat borcun və ödənilmiş 113,25 manat dövlət rüsumunun alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 01 aprel 2022-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, “Tariflər və valyuta məzənnəsi” ilə tanış olmuş və onun həmin tarixli ərizəsi ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1,8333% olmaqla 48 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9300 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə 1268,14 manat ödəniş etmiş, lakin öhdəliklərini tam icra etməmiş və onun iddiaçıya 8031,86 manat borcu qalmışdır. Kredit müqaviləsinin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kredit faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 187 gün üçün hesablanmış faiz borcu 992,35 manat təşkil etmişdir. Kredit müqaviləsinin 7.20-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 187 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 300,40 manat təşkil etmişdir. Ona görə də Cavabdeh 8031,86 manat əsas borc, 992,35 manat faiz borcu, 300,40 manat cərimə, cəmi 9324,61 manat borcun və ödənilmiş 113,25 manat dövlət rüsumunun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edimiş bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərindən və 01 aprel 2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh iddiaçının rəsmi internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olduğunu və onları qəbul etdiyini öz imzası lə təsdiq edərək ona 48 ay müddətinə ödəmək şərti ilə 9300 manat məbləğində kredit verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan edimiş kredit məlumatlarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 055A********** saylı kredit müqaviləsi üzrə cavabdehə 01 aprel 2022-ci il tarixdə aylıq 1,8333% dərəcəsi ilə 9300 manat məbləğində kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edimiş İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən aidiyyəti məhkəmə orqanına ünvanlanmış məktubdan görünür ki, Cavabdeh 13 sentyabr 2023-cü il tarixə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 01 aprel 2022-ci il tarixli, 055A********** saylı kredit müqaviləsi üzrə 8031,86 manat əsas borcu, 992,35 manat faiz borcu və 300,40 manat cərimə, cəmi 9324,61 manat borcu vardır. İşdə olan və məhkəmə iclasında elan edimiş 05 sentyabr 2023-cü il tarixli xəbərdarlıqdan və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 01 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh 01 aprel 2022-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olmuş və onun həmin tarixli ərizəsi ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1,8333% olmaqla 48 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9300 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə 1268,14 manat ödəniş etmiş, kredit müqaviləsi üzrə lakin öhdəliklərini tam icra etməmiş və onun iddiaçıya 8031,86 manat borcu qalmışdır. Kredit müqaviləsinin şərtlərini pozduğuna görə kreditor müqaviləyə uyğun olaraq cavabdehə hər gecikmiş gün üçün faiz hesablamış və xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcu 992,35 manat təşkil etmişdir. Həmçinin cavabdeh ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadığı üçün hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə hesablanmış və xx.xx.2023-cü il tarixə hesablanmış cərimə 300,40 manat təşkil etmişdir. Ona görə də İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 8031,86 manat əsas borc, 992,35 manat faiz borcu və 300,40 manat cərimə, cəmi 9324,61 manat pulun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 8031,86 manat əsas borc, 992,35 manat faiz borcu və 300,40 manat cərimə, cəmi 9324,61 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək, Cavabdeh 8031,86 manat əsas borc, 992,35 manat faiz borcu və 300,40 manat cərimə, cəmi 9324,61 manat alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 19 sentyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 113,25 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 113,25 manat dövlət rüsumu cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 8031,86 manat əsas borc, 992,35 manat faiz borcu, 300,40 manat cərimə, cəmi 9324 (doqquz min üç yüz iyirmi dörd) manat 61 (altmış bir) qəpik alınaraq iddiaçı AccessBank» Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 113 (bir yüz on üç) manat 25 (iyirmi beş) qəpik dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı AccessBank» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-1198/2023 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 14 noyabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 8031,86 manat əsas borc, 992,35 manat faiz borcu, 300,40 manat cərimə, cəmi 9324 (doqquz min üç yüz iyirmi dörd) manat 61 (altmış bir) qəpik alınaraq iddiaçı AccessBank» Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 113 (bir yüz on üç) manat 25 (iyirmi beş) qəpik dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı AccessBank» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar