Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-120/2025 15.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1446,15 manat əsas borc, 136,35 manat faiz borcu, cəmi 1582,50 manat borc və ödənilmiş 35,83 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 06 iyun 2024-cü il tarixli RGTK8163345B159 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə 23% dərəcəsi ilə 1529,56 manat məbləğində kredit verilmişdir. Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit müqaviləsinin tələblərini pozmaqla üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. Beləliklə, 06 iyun 2024-cü il tarixli RGTK8163345B159 saylı kredit müqaviləsi üzrə Cavabdehnun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 04 dekabr 2024-cü il tarixə hesablanmış 1446,15 manat əsas borcu, 136,35 manat faiz borcu, cəmi 1582,50 manat borcu yaranmışdır. Ona görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 1446,15 manat əsas borcun, 136,35 manat faiz borcun, cəmi 1582,50 manat borcun və ödənilmiş 35,83 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 06 iyun 2024-cü il tarixli, RGTK8163345B159 saylı kredit müqaviləsindən və ödəniş qrafikindən görünür ki, bu müqavilə 18 ay müddətinə illik 23% dərəcəsi ilə ödəmək şərti ilə 1529,56 manat məbləğində kredit verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 11 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun 04 dekabr 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 06 iyun 2024-cü il tarixli, RGTK8163345B159 saylı kredit müqaviləsi üzrə 1446,15 manat əsas borcu, 136,35 manat faiz borcu, cəmi 1582,50 manat borcu vardır. İşdə olan 28 noyabr 2024-cü il tarixli bildirişdən və onun göndərilməsi barədə reyestrdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 06 iyun 2024-cü il tarixli, RGTK8163345B159 saylı kredit müqaviləsi üzrə 1446,15 manat əsas borcu, 136,35 manat faiz borcu, cəmi 1582,50 manat borcun ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 06 iyun 2024-cü il tarixli RGTK8163345B159 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə illik 23% dərəcəsi ilə ödəmək şərti ilə 1529,56 manat məbləğində kredit verilmişdir. Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit müqaviləsinin tələblərini pozmaqla üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayındığından onun iddiaçıya 06 iyun 2024-cü il tarixli, RGTK8163345B159 saylı kredit müqaviləsi üzrə 04 dekabr 2024-cü il tarixə 1446,15 manat əsas borcu, 136,35 manat faiz borcu, cəmi 1582,50 manat borcu yaranmışdır. Ona görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 1446,15 manat əsas borcun, 136,35 manat faiz borcun, cəmi 1582,50 manat borcun cavabdehdən tutulmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 06 iyun 2024-cü il tarixli, RGTK8163345B159 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1446,15 manat əsas borcun, 136,35 manat faiz borcun, cəmi 1582,50 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 06 iyun 2024-cü il tarixli, RGTK8163345B159 saylı kredit müqaviləsi üzrə 04 dekabr 2024-cü il tarixə olan 1446,15 manat əsas borc, 136,35 manat faiz borc, cəmi 1582,50 manat borc alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 11 dekabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 35,83 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35,83 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 06 iyun 2024-cü il tarixli, RGTK8163345B159 saylı kredit müqaviləsi üzrə 1446,15 manat əsas borc, 136,35 manat faiz borcu, cəmi 1582 (bir min beş yüz səksən iki) manat 50 (əlli) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35 (otuz beş) manat 83 (səksən üç) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-120/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-120/2025
15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver