Məhkəmə qərarları › İş №e-2(055)-124/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-124/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-124/2025 30.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 30 noyabr 2023-cü il tarixli, BUMM5092682B299 saylı kart krediti müqaviləsinə əsasən 788,43 manat əsas borcun, 139,71 manat faiz borcun, cəmi 928,14 manat borcun, 28 oktyabr 2023-cü il tarixli, BRCB4472032B299 kredit müqaviləsinə əsasən isə 1499,47 manat əsas borcun, 270,34 manat faiz borcunun, cəmi 1769,81 manat borcun, hər iki müqavilə üzrə cəmi 2697,95 manat borcun və ödənilmiş 46,98 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 30 noyabr 2023-cü il tarixli, BUMM5092682B299 saylı kart krediti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 27% dərəcəsi ilə 1000 manat kredit xətti ayrılmış, 28 oktyabr 2023-cü il tarixli, BRCB4472032B299 kredit müqaviləsinə əsasən isə iddiaçı tərəfindən cavabdehə illik 30% dərəcəsi ilə 1500 manat kredit verilmişdir. Kredit müqavilələrinə əsasən borclu müəyyən olunmuş qaydada və müddətdə kredit müqavilələri üzrə ödənişləri və digər öhdəlikləri lazımi qaydada icra etmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, Cavabdeh ödəniş qrafikinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit müqavilələrinin tələblərini pozmaqla üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit müqavilələri üzrə olan borcunu ödəməkdən yayınmışdır. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 30 noyabr 2023-cü il tarixli, BUMM5092682B299 saylı kart krediti müqaviləsinə əsasən 788,43 manat əsas borcun, 139,71 manat faiz borcun, cəmi 928,14 manat borcun, 28 oktyabr 2023-cü il tarixli, BRCB4472032B299 kredit müqaviləsinə əsasən isə 1499,47 manat əsas borcun, 270,34 manat faiz borcunun, cəmi 1769,81 manat borcun, hər iki müqavilə üzrə cəmi 2697,95 manat borcun və ödənilmiş 46,98 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 30 noyabr 2023-cü il tarixli, BUMM5092682B299 saylı kart krediti müqaviləsindən görünür ki, bu müqavilə illik 27% olmaqla 36 ay müddətinə 1000 manat məbləğində kredit xəttinin açılması ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 28 oktyabr 2023-cü il tarixli, BRCB4472032B299 kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 30% olmaqla 1500 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 11 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 30 noyabr 2023-cü il tarixli, BUMM5092682B299 saylı kart krediti müqaviləsi üzrə 788,43 manat əsas borcu, 139,71 manat faiz borcu, cəmi 928,14 manat borcu, 28 oktyabr 2023-cü il tarixli, BRCB4472032B299 kredit müqaviləsi üzrə 1499,47 manat əsas borcu, 270,34 manat faiz borcu, cəmi 1769,81 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 30 noyabr 2023-cü il tarixli, BUMM5092682B299 saylı kart krediti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 27% dərəcəsi ilə 1000 manat kredit xətti açılmış, 28 oktyabr 2023-cü il tarixli, BRCB4472032B299 kredit müqaviləsinə əsasən isə iddiaçı tərəfindən cavabdehə illik 30% dərəcəsi ilə 1500 manat kredit verilmişdir. Cavabdeh müqavilələrin şərtlərini pozaraq kredit müqavilələri üzrə əsas və faiz borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən cavabdehin iddiaçıya 30 noyabr 2023-cü il tarixli, BUMM5092682B299 saylı kart krediti müqaviləsinə əsasən 788,43 manat əsas borcu, 139,71 manat faiz borcu, cəmi 928,14 manat borc, 28 oktyabr 2023-cü il tarixli, BRCB4472032B299 kredit müqaviləsinə əsasən isə 1499,47 manat əsas borcu, 270,34 manat faiz borcu, cəmi 1769,81 manat borc, hər iki müqavilə üzrə cəmi 2697,95 manat borcu yaranmışdır və iddiaçı həmin borcu cavabdehdən tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 30 noyabr 2023-cü il tarixli, BUMM5092682B299 saylı kart krediti müqaviləsinə əsasən 788,43 manat əsas borc, 139,71 manat faiz borcu, cəmi 928,14 manat borc, 28 oktyabr 2023-cü il tarixli, BRCB4472032B299 kredit müqaviləsinə əsasən isə 1499,47 manat əsas borc, 270,34 manat faiz borcu, cəmi 1769,81 manat borc, hər iki müqavilə üzrə cəmi 2697,95 manat borc alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 46,98 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 46,98 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 30 noyabr 2023-cü il tarixli, BUMM5092682B299 saylı kart krediti müqaviləsinə əsasən 788,43 manat əsas borc, 139,71 manat faiz borcu, cəmi 928,14 manat borc, 28 oktyabr 2023-cü il tarixli, BRCB4472032B299 kredit müqaviləsinə əsasən isə 1499,47 manat əsas borc, 270,34 manat faiz borcu, cəmi 1769,81 manat borc, hər iki müqavilə üzrə cəmi 2697 (iki min altı yüz doxsan yeddi) manat 95 (doxsan beş) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş 46 (qırx altı) manat 98 (doxsan səkkiz) qəpik dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar