Məhkəmə qərarları › İş №e-2(055)-1253/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1253/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1253/2024 29.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 avqust 2023-cü il tarixli 374571-CNS-48094 saylı «Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi»nə əsasən 17 iyul 2024-cü il tarixə banka borclu olduğu 12003,30 manat məbləğində əsas borc, 636,47 manat məbləğində faiz borcu, 469,65 manat məbləğində cərimə, ümumilikdə 13109,42 manat məbləğində borcun və ödənilmiş 129,33 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 avqust 2023-cü il tarixli 374571-CNS-48094 saylı «Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi»nə əsasən illik 18% hesablanması şərti ilə 36 ay müddətində qaytarmaq şərti ilə Cavabdeh kart hesabına köçürülməklə 13933 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin banka 17 iyul 2024-cü il tarixə 12003,30 manat məbləğində əsas borc, 636,47 manat məbləğində faiz borcu, 469,65 manat məbləğində cərimə, ümumilikdə 13109,42 manat məbləğində ödənilməyən borcu qalmışdır. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 avqust 2023-cü il tarixli 374571-CNS-48094 saylı «Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi»nə əsasən 17 iyul 2024-cü il tarixə banka borclu olduğu 12003,30 manat məbləğində əsas borc, 636,47 manat məbləğində faiz borcu, 469,65 manat məbləğində cərimə, ümumilikdə 13109,42 manat məbləğində borcun Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə tələbin dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 06 dekabr 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərindən və 30 avqust 2023-cü il tarixli, 374571-CNS-48094 saylı «Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi»dən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 13933 manat məbləğində kredit illik 18% dərəcəsi ilə 36 ay müddətinə qaytarmaq şərti ilə Cavabdeh kart hesabına köçürülməklə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 17 iyul 2024-cü il tarixli arayışdan və 17 iyul 2024-cü il tarixli pretenziyadan görünür ki, 30 avqust 2023-cü il tarixli 374571-CNS- 48094 saylı müqavilə üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 17 iyul 2024-cü il tarixə 12003,30 manat əsas borcu, 636,47 manat faiz borcu və 469,65 manat cərimə, cəmi 13109,42 manat borcu vardır. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmədə işin araşdırılan halları ilə müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 avqust 2023-cü il tarixli 374571-CNS- 48094 saylı «Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi»nə əsasən Cavabdeh illik 18% dərəcəsi ilə 36 ay müddətinə ödəmək şərti ilə 13933 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş və nəticədə cavabdehin 17 iyul 2024-cü il tarixə iddiaçıya 12003,30 manat əsas borcu, 636,47 manat faiz borcu, 469,65 manat cərimə borcu, cəmi 13109,42 manat borcu yaranmışdır. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 12003,30 manat əsas borc, 636,47 manat faiz borcu, 469,65 manat cərimə, cəmi 13109,42 manat borcun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 12003,30 manat əsas borc, 636,47 manat faiz borcu, 469,65 manat cərimə, cəmi 13109,42 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 12003,30 manat əsas borc, 636,47 manat faiz borcu, 469,65 manat cərimə, cəmi 13109,42 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 19 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 129,33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 129,33 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 12003,30 manat əsas borc, 636,47 manat faiz borcu, 469,65 manat cərimə, cəmi 13109 (on üç min yüz doqquz) manat 42 (qırx iki) qəpik alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat 33 (otuz üç) qəpik dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar