Məhkəmə qərarları › İş №e-2(055)-1257/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1257/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1257/2023 20.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 936.52 manat əsas borc, 121.68 manat faiz borcu, cəmi 1058.20 manat borcun və 30.40 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restruktruzasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlər əsasında, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 21 avqust 2019-cu il tarixli, İST 82/15-1/19 saylı restruktruzasiya müqaviləsininə əsasən Cavabdeh2 1481.82 manat məbləğində kredit borcu 12 ay müddətinə, illik 1% dərəcəsi ilə restruktruzasiya edilmiş, cavabdeh isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəlinə uyğun olaraq iddiaçıya ödəməklə öhdəliyi tam şəkildə yerinə yetirməyi öz üzərinə götürmüşdür. Həmçinin restruktruzasiya müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq 21 avqust 2019-cu il tarixli, İST 82/15-1/19-1039007 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 sözü gedən restruktruzasiya müqaviləsinin icrasına zamin olmuşdur. Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və bununla da, Cavabdeh2 iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətina 936.52 manat əsas borcu, 121.68 manat faiz borcu, 0.00 manat cərimə borcu, cəmi 1058.20 manat borcu qalmışdır. Ona görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 936.52 manat əsas borc, 121.68 manat faiz borcu, cəmi 1058.20 manat borcun və 30.40 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 21 avqust 2019-cu il tarixli, İST 82/15-1/19 saylı kredit (restruktruzasiya) müqaviləsindən və ona əlavədən (ödəniş cədvəlindən) görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restruktruzasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlər əsasında, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 21 avqust 2019-cu il tarixli, İST 82/15-1/19 saylı restruktruzasiya müqaviləsininə əsasən Cavabdeh2 1481.82 manat məbləğində kredit borcu 12 ay müddətinə, illik 1% dərəcəsi ilə restruktruzasiya edilmiş, cavabdeh isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəlinə uyğun olaraq iddiaçıya ödəməklə öhdəliyi tam şəkildə yerinə yetirməyi öz üzərinə götürmüşdür. İşdə olan 09 oktyabr 2019-cu il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 21 avqust 2019-cu il tarixli, İST 82/15-1/19 saylı restruktruzasiya müqaviləsinə əsasən kredit alan (Cavabdeh2) müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restruktruzasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlər əsasında, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 21 avqust 2019-cu il tarixli, İST 82/15-1/19 saylı restruktruzasiya müqaviləsininə əsasən Cavabdeh2 1481.82 manat məbləğində kredit borcu 12 ay müddətinə, illik 1% dərəcəsi ilə restruktruzasiya edilmiş, cavabdeh isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəlinə uyğun olaraq iddiaçıya ödəməklə öhdəliyi tam şəkildə yerinə yetirməyi öz üzərinə götürmüşdür. Həmçinin restruktruzasiya müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq 21 avqust 2019-cu il tarixli, İST 82/15-1/19-1039007 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 sözü gedən restruktruzasiya müqaviləsinin icrasına zamin olmuşdur. Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və bununla da, Cavabdeh2 iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətina 936.52 manat əsas borcu, 121.68 manat faiz borcu, cəmi 1058.20 manat borcu qalmışdır. Ona görə də iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada həmin borcu tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 936.52 manat əsas borc, 121.68 manat faiz borcu, cəmi 1058.20 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 936.52 manat əsas borc, 121.68 manat faiz borcu, cəmi 1058.20 manat pul alınıb iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraaq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 936.52 manat əsas borc, 121.68 manat faiz borcu, cəmi 1058(bir min əlli səkkiz) manat, 20(iyirmi) qəpik borc alınıb iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30(otuz) manat 40(qırx) qəpik dövlət rüsumu alınıb iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar