Məhkəmə qərarları › İş №e-2(055)-1262/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1262/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1262/2025 25.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6215,77 manat əsas borc, 401,01 manat faiz borcu, 84,47 manat cərimə, cəmi 6701,25 manat məbləğində vəsaitin və ödənilmiş 87,01 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 30 yanvar 2023-cü il tarixli 020A********** saylı kredit razılaşmasına əsasən iddiaçı tərəfindən cavabdehə aylıq 1,5833 faizlə 48 ay müddətinə 10700 manat məbləğində kredit verilmişdir. Kredit razılaşmasına əsasən Cavabdeh müəyyən olunmuş müddətdə krediti və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Belə ki, cavabdeh götürdüyü kreditdən 4484,23 manat ödəniş etmiş, 6215,77 manat kredit borcunu qaytarmamışdır. Borcun ödənilməsi barədə cavabdehə bildiriş göndərilərək xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit razılaşması üzrə olan borcunu ödəməkdən yayınmışdır. Nəticədə cavabdehin 14 iyul 2025-ci il tarixə iddiaçıya 6215,77 manat əsas borcu, 401,01 manat faiz borcu, 84,47 manat cərimə, cəmi 6701,25 manat borcu yaranmışdır. Ona görə də "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 30 yanvar 2023-cü il tarixli 020A********** saylı kredit müqaviləsi üzrə 6215,77 manat əsas borcun, 401,01 manat faiz borcun, 84,47 manat cərimə, cəmi 6701,25 manat məbləğində borcun və ödənilmiş 87,01 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə təyin olunmuş bütün məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 30 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə müraciət edərək ona gündəlik tələbat məqsədi ilə kredit verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 30 yanvar 2023-cü il tarixli 020A********** saylı kredit razılaşması və həmin razılaşmaya əlavə edilmiş ödəniş qrafikindən görünür ki, bu razılşama gündəlik tələbat məqsədi ilə aylıq 1,5833 faiz olmaqla 48 ay müddətinə 10700 manat məbləğində kreditin verilməsi ilə əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmuş 14 iyul 2025-ci il tarixli xəbərdarlıqdan (bildirişdən) və onun göndərilməsi barədə reyestrdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 30 yanvar 2023-cü il tarixli 020A********** saylı kredit razılaşması üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan 6215,77 manat əsas borc, 401,01 manat faiz borcu, 84,47 manat cərimə, cəmi 6701,25 manat borcun ödənilməsi tələb edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 20 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 iyul 2025-ci il tarixə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 30 yanvar 2023-cü il tarixli 020A********** saylı kredit razılaşması üzrə 6215,77 manat əsas borcu, 401,01 manat faiz borcu, 84,47 manat cərimə, cəmi 6701,25 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 30 yanvar 2023-cü il tarixli 020A********** saylı kredit razılaşmasına əsasən iddiaçı tərəfindən cavabdehə gündəlik tələbat məqsədi ilə 48 ay müddətinə, aylıq 1,5833 faiz ilə 10700 manat məbləğində kredit verilmişdir. Kredit razılaşmasına əsasən Cavabdeh ödəməli olduğu krediti və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit müqaviləsinin tələblərini pozmaqla üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, cavabdeh götürdüyü kreditdən 4484,23 manat ödəniş etmiş, 6215,77 manat kredit borcunu qaytarmamışdır. Borcun ödənilməsi barədə cavabdehə bildiriş göndərilərək xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayındığından cavabdehin iddiaçıya 14 iyul 2025-ci il tarixə 30 yanvar 2023-cü il tarixli 020A********** saylı kredit razılaşması üzrə 6215,77 manat əsas borcu, 401,01 manat faiz borcu, 84,47 manat cərimə, cəmi 6701,25 manat borcu yaranmışdır. Ona görə də, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 30 yanvar 2023-cü il tarixli 020A********** saylı kredit razılaşması üzrə 6215,77 manat əsas borcun, 401,01 manat faiz borcun, 84,47 manat cərimənin, cəmi 6701,25 manat borcun Cavabdeh tutularaq iddiaçıya ödənilməsini tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 30 yanvar 2023-cü il tarixli 020A********** saylı kredit razılaşması üzrə 6215,77 manat əsas borcun, 401,01 manat faiz borcun, 84,47 manat cərimənin, cəmi 6701,25 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 30 yanvar 2023-cü il tarixli 020A********** saylı kredit müqaviləsi üzrə 6215,77 manat əsas borc, 401,01 manat faiz borcu, 84,47 manat cərimə, cəmi 6701,25 manat alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 08 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 87,01 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 87,01 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 30 yanvar 2023-cü il tarixli 020A********** saylı kredit razılaşması üzrə 6215,77 manat əsas borc, 401,01 manat faiz borcu, 84,47 manat cərimə, cəmi 6701 (altı min yeddi yüz bir) manat 25 (iyirmi beş) qəpik alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 87,01 (səksən yeddi) manat 01 (bir) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar