Məhkəmə qərarları › İş №e-2(055)-1263/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1263/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1263/2024 24.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 11 avqust 2014-cü il tarixli saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2171.59 manat əsas borcun, 42.26 manat faiz borcunun, 8.11 manat cərimənin, cəmi 2221.96 manat borcun və 42.22 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, 11 avqust 2014-cü il tarixli saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 32% olmaqla, 5000 manat məbləğində kredit verilmişdir. Daha sonra ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 60 ay müddətinə, aylıq 52.42 manat ödəmək şərtilə 16 sentyabr 2020-ci il tarixli restruktruzasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış 11 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 3066.52 manat məbləği restruktruzasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında restruktruzasiya müqaviləsi bağlanarkən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə digər Cavabdeh2 arasında 16 sentyabr 2020-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və cavabdehin iddiaçıya 2171.59 manat əsas borcun, 42.26 manat faiz borcunun, 8.11 manat cərimənin, cəmi 2221.96 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2171.59 manat əsas borcun, 42.26 manat faiz borcunun, 8.11 manat cərimənin, cəmi 2221.96 manat borcun və 42.22 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xəbərnamələrdən görünür ki, məhkəmə bildirişini Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024cü il tarixdə xəbərnaməyə imza edərək təhvil alsalar da ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 11 avqust 2014-cü il tarixli saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 32% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. İşdə olan 16 sentyabr 2020-ci il tarixli saylı restruktruzasiya müqaviləsindən görünür ki, bu müqavilə borclunun qalıq borcu qaytarmağı öhdəsinə götürməklə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında 60 ay müddətinə, aylıq 52.42 manat ödəmək şərtilə bağlanmışdır. İşdə olan 16 sentyabr 2020-ci il tarixdə zaminlik müqaviləsindən görünür ki, cavabdeh (kredit alan) Cavabdeh2 iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 16 sentyabr 2020-ci il tarixli restruktruzasiya müqaviləsi ilə əlaqədar zamin (cavabdeh) Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə kredit alan-Cavabdeh1 ilə birlikdə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, 11 avqust 2014-cü il tarixli saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 32% olmaqla, 5000 manat məbləğində kredit verilmişdir. Daha sonra ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 60 ay müddətinə, aylıq 52.42 manat ödəmək şərtilə 16 sentyabr 2020-ci il tarixli restruktruzasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış 11 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 3066.52 manat məbləği restruktruzasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında restruktruzasiya müqaviləsi bağlanarkən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə digər Cavabdeh2 arasında 16 sentyabr 2020-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 müqavilənin şərtlərini pozaraq kredit üzrə borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyindən Cavabdeh2 iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2171.59 manat əsas borc, 42.26 manat faiz borcu, 8.11 manat cərimə borcu, cəmi 2221.96 manat borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2171.59 manat əsas borc, 42.26 manat faiz borcu, 8.11 manat cərimə borcu, cəmi 2221.96 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək 11 avqust 2014-cü il tarixli saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2171.59 manat əsas borc, 42.26 manat faiz borcu, 8.11 manat cərimə borcu, cəmi 2221.96 manat pul alınıb iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 42.22 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 42.22 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2171.59 manat əsas borc, 42.26 manat faiz borcu, 8.11 manat cərimə borcu, cəmi 2221.96 manat borc və ödənilmiş 42.22 manat dövlət rüsumu, ümumilikdə 2264,18 (iki min iki yüz altmış dörd manat on səkkiz qəpik) manat pul alınıb iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar