Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1265/2025 16.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1516,56 manat əsas borc, 279,00 manat faiz borcu, 63,76 manat cərimə, cəmi 1859,32 manat borcun və 38,60 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X1-Bank Kredit Təşkilatı ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 mart 2024-cü il tarixli № **********1389 saylı kredit müqaviləsinə əsasən Cavabdeh ailə-kəndli təsərrüfatının yaradılması, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 24 ay müddətinə, illik 26% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən cavabdehin hər ay 108 olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Lakin cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehin İddiaçı X1-Bank Kredit Təşkilatına 29 iyul 2025-ci il tarixə 1516,56 manat əsas borc, 279,00 manat faiz borcu, 63,76 cərimə, cəmi 1859,32 manat borcu yaranmışdır. Ona görə də iddiaçı Cavabdeh 1516,56 manat əsas borc, 279,00 manat faiz borcu, 63,76 cərimə, cəmi 1859,32 manat borcun və 38,60 manat dövlət rüsumunun alınıb İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada xəbərdarlq məktubu göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 29 mart 2024-cü il tarixli № **********1389 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh ailəkəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 24 ay müddətinə illik 26% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 8-ci bəndində qeyd edilmiş kreditin ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24 ay müddətində, illik 26% dərəcəsi ilə 2000 manat məbləğində kreditə görə hər ay 63,76 manat ödəniş edərək, cəmi 575 manat faiz ödəməlidir. İşdə olan 29 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 29 mart 2024-cü il tarixli № **********1389 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı X1-Bank Kredit Təşkilatına 29 iyul 2025-ci il tarixə 1516,56 manat əsas borcu, 279,00 manat faiz borcu, 63,76 cərimə, cəmi 1859,32 manat borcu vardır. Cavabdeh kredit müqaviləsi üzrə əsas borcundan 483,44 manat, faiz borcundan 296 manat, cərimə olaraq 31,56 manat, cəmi 811,00 manat ödəniş etmişdir. İşdə olan kredit kartının mədaxil (qəbul) aktının surətindən görünür ki, 29 mart 2024cü il tarixli № **********1389 saylı kredit müqaviləsi üzrə Cavabdeh verilmiş kredit məbləği “Fincard” kredit kartında ona təqdim edilmişdir. İşdə olan 29 iyul 2025-ci il tarixli xəbərdarlq məktubundan görünür ki, iddiacı tərəfindən Cavabdeh xəbərdarlq məktubu göndərilərək onun 29 mart 2024-cü il tarixli № **********1389 saylı kredit müqaviləsinə əsasən 1516,56 manat əsas borc, 279,00 manat faiz borcu və 63,76 manat hesablanmış cərimə məbləgi olmaqla, cəmi 1859,32 manat borcun qısa müddətdə ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişdirsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı X1-Bank Kredit Təşkilatının arasında 29 mart 2024-cü il tarixli № **********1389 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün 24 ay müddətinə, illik 26% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehin İddiaçı X1-Bank Kredit Təşkilatı 1516,56 manat əsas borc, 279,00 manat faiz borcu, 63,76 cərimə borcu, cəmi 1859,32 manat borcu yaranmışdır. Ona görə də İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh 1516,56 manat əsas borcun, 279,00 manat faiz borcun, 63,76 cərimənin, cəmi 1859,32 manat borcun alınmasını tələb edir. Cavabdeh kredit müqaviləsi üzrə əsas borcundan 483,44 manat, faiz borcundan 296 manat, cərimə olaraq 31,56 manat cəmi, 811,00 manat ödəniş etmişdir. İşin araşdırılan halları ilə həmçinin müəyyən olundu ki, tərəflər arasında bağlanmış 29 mart 2024-cü il tarixli № **********1389 saylı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən iddiaçı kredit müqaviləsinin 6.2-ci bəndinə əsaslanaraq cavabdehə xəbərdarlq məktubu göndərməklə ondan kredit müqaviləsi üzrə 1516,56 manat əsas borcun, 279,00 manat faiz borcun, 63,76 cərimə, cəmi 1859,32 manat borcun qaytarılmasını tələb etmişdir. Buradan görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh qarşı faiz borcunu ödəniş cədvəli üzrə 29 mart 2024-cü il tarixdən tərəflər arasındakı müqaviləyə xitam verildiyi 29 iyul 2025-ci il tarixədək olan ödənilməmiş faiz borcunu 205,00 manat (575 manat (müqavilədə olan ümumi faiz məbləği) - 296 manat (iddiacı tərəfindən ödənilmiş faiz məbləği) – 74 manat (məhkəməyə müraciət edildikdən sonra müqavilənin son tarixinə 28 fevral 2026-cı il tarixədək hesablanan faiz) =205,00 manat) məbləğində hesablamalı olduğu halda, iddiaçı həmin faiz borcunu ödəniş cədvəlində göstərilən son ödəmə tarixinə, yəni 18 mart 2026-ci il tarixədək hesablamışdır. Belə ki, iddiaçı müqaviləyə xitam verildiyi vaxtdan sonra həmin müqavilənin son ödəniş tarixinədək hesablanmış faiz borcunu deyil, müqaviləyə xitam verildiyi vaxtadək hesablanmalı olan faiz borcunun cavabdehdən tutulmasını tələb edə bilər. Digər tərəfdən iddiaçı cavabdehə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etməmişdir. Qeyd olunanlardan görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı 29 mart 2024-cü il tarixli № **********1389 saylı kredit müqaviləsi üzrə 1516,56 manat əsas borcun, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək yaranmış 205,00 manat faiz borcunun, 63,76 manat cərimənin Cavabdeh tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 1516,56 manat əsas borc, 205,00 manat faiz borcu, 63,76 manat cərimə, cəmi 1785,32 manat alınıb İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 05 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən 38,60 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 38,60 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1516,56 manat əsas borc, 205,00 manat faiz borcu, 63,76 manat cərimə, cəmi 1785,32 (bir min yeddi yüz səksən beş) manat 32 (otuz iki) qəpik alınıb İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 38,60 (otuz səkkiz) manat 60 (altmış) qəpik dövlət rüsumu cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1265/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1265/2025
16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver