Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1279/2025 15.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı X2-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı «Finca Azerbaijan” MM Qeyri-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 918.67 manat əsas borc, 0,00 faiz borcu, 0,00 cərimə borcu, cəmi 918.67 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 kiçik iddia ərizəsinə etiraz etmiş, həmin etiraza əsasən Saatlı Rayon Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli qərardadı ilə 2(055)-1279/2025 saylı işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı «Finca Azerbaijan” MM Qeyri-Bank Kredit Təşkilatı ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı «Finca Azerbaijan” MMM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 08 oktyabr 2019-cu il tarixli **********0237 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 1026.35 manat məbləğində vaxtı keçmiş kredit borcunu güzəştli şərtlərlə iddiaçıya qaytarmağı üzərinə öhdəlik götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmin edilməsi məqsədi ilə iddiaçı ilə digər Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən cavabdeh-zamin kredit alanın-Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdəlik götürmüşdür. Lakin kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh1 iddiaçı «Finca Azerbaijan” MM Qeyri-Bank Kredit Təşkilatına 18 iyul 2025-ci il tarixə 918.67 manat ödənilməmiş əsas borcu qalmışdır. Ona görə də, iddiaçı «Finca Azerbaijan” MM Qeyri-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 918.67 manat ödənilməmiş borcun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı «Finca Azerbaijan” MM Qeyri-Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq İddiaçı X2-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hazırki məhkəmə iclasında iştirak etməsələr də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əvvəlki məhkəmə hazırlıq iclasında iştirak edərək iddianı qəbul etdiklərini bildirmişlər. İşdə olan 08 oktyabr 2019-cu il tarixli **********0237 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, bu müqavilə əsasında iddiaçı «Finca Azerbaijan” MM Qeyri- Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh1 vaxtı keçmiş kredit borcunun qaytarılması məqsədi ilə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 1026.35 manat məbləğində kredit verilmişdir. Həmin kredit (restrukturizasiya) müqaviləsinin 8-ci bəndində qeyd edilmiş kreditin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 60 ay müddətində, illik 1% dərəcəsi ilə 1026.35 manat məbləğində kreditə görə cəmi 31.82 manat faiz ödəməlidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 08 oktyabr 2019-cu il tarixli **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh (kredit alan) Cavabdeh1 İddiaçı X2-Bank Kredit Təşkilatından götürdüyü 1026.35 manat kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə digər cavabdeh (zamin) Cavabdeh2 kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdəlik götürmüşdür. İşdə olan 18 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 08 oktyabr 2019-cu il tarixli **********0237 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə Cavabdeh1 «Finca Azerbaijan” MM Qeyri-Bank Kredit Təşkilatına 18 iyul 2025-ci il tarixə 918.67 manat məbləgində əsas borcu qalmışdır. Cavabdeh əsas borcundan 107.68 manat, faiz borcundan isə 31.82 manat ödəniş etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 29 iyul 2025-ci il tarixli bildirişlərdən və onların göndərilməsi barədə reyestrdən görünür ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 08 oktyabr 2019-cu il tarixli **********0237 saylı kredit müqaviləsi üzrə İddiaçı X2-Bank Kredit Təşkilatına olan 918.67 manat əsas borcun qısa müddət ərzində ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı «Finca Azerbaijan” MMM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 08 oktyabr 2019-cu il tarixli **********0237 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 1026.35 manat məbləğində vaxtı keçmiş kredit borcunu güzəştli şərtlərlə iddiaçıya qaytarmağı üzərinə öhdəlik götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmin edilməsi məqsədi ilə iddiaçı ilə digər Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən cavabdeh-zamin kredit alanın-Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdəlik götürmüşdür. Lakin kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh1 iddiaçı «Finca Azerbaijan” MM Qeyri-Bank Kredit Təşkilatına 18 iyul 2025-ci il tarixə 918.67 manat ödənilməmiş əsas borcu qalmışdır. Ona görə də, iddiaçı «Finca Azerbaijan” MM Qeyri-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 918.67 manat ödənilməmiş borcun və 30 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı «Finca Azerbaijan” MM Qeyri-Bank Kredit Təşkilatı 918.67 manat borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 918.67 manat borc alınıb iddiaçı «Finca Azerbaijan” MM Qeyri-Bank Kredit Təşkilatına ödənilməlidir. İşdə olan 07 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, «Finca Azerbaijan” MM Qeyri-Bank Kredit Təşkilatı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 918 (doqquz yüz on səkkiz) manat 67 (altmış yeddi) qəpik borc alınıb iddiaçı «Finca Azerbaijan” MM Qeyri- Bank Kredit Təşkilatına ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1279/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1279/2025
15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver