Məhkəmə qərarları › İş №e-2(055)-1334/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1334/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1334/2024 25.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı “ExpressBank» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı “ExpressBank» Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2841,65 manat əsas borcun, 463,93 manat faiz borcunun, cəmi 3305,58 manat borcun və ödənilmiş 53,46 manat dövlət rüsumunun alınması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı “ExpressBank» Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “ExpressBank» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 18% olmaqla 6700 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehin kartına dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh banka olan 2841,65 manat əsas borcu və 463,93 manat faiz borcunu ödəməmişdir. Ona görə də, Cavabdeh 2841,65 manat əsas borcun, 463,93 manat faiz borcunun, cəmi 3305,58 manat borcun və ödənilmiş 53,46 manat dövlət rüsumunun alınıb iddiaçı “ExpressBank» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 09 iyun 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 36 ay müddətinə, illik 18% olmaqla 6700 manat məbləğində kreditin verilməsi ilə əlaqədar “ExpressBank» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 08 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “ExpressBank» Açıq Səhmdar Cəmiyyətindən 09 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 2841,65 manat əsas borcun, 463,93 manat faiz borcunun, cəmi 3305,58 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçı “ExpressBank» Açıq Səhmdar Cəmiyyəti arasında bağlamış 09 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə iddiaçıtərəfindən 6700 manat məbləğində vəsait verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit üzrə əsas borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəliyi yerinə yetirməyərək kredit müqaviləsi üzrə iddiaçıya 2841,65 manat əsas borcu, 463,93 manat faiz borcu, cəmi 3305,58 manat borcu yaranmışdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçı “ExpressBank» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 2841,65 manat əsas borcun, 463,93 manat faiz borcunun, cəmi 3305,58 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2841,65 manat əsas borc, 463,93 manat faiz borcu, cəmi 3305,58 manat borc alınaraq iddiaçı “ExpressBank» Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, “ExpressBank» Açıq Səhmdar Cəmiyyəti tərəfindən 53,46 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 53,46 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2841,65 manat borc, 463,93 manat faiz borcu, cəmi 3305,58 manat borc və ödənilmiş 53,46 manat dövlət rüsumu, cəmi, 3359(üç min üç yüz əlli doqquz) manat 04(dörd) qəpik alınıb iddiaçı “ExpressBank» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar