Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1345/2025 29.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, Müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1311,50 manat əsas borc və 17,90 manat faiz borcu, cəmi 1329,40 manat borcun və ödənilmiş 34 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 02 iyul 2019-cu il tarixli, 45/0719-084 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 1311,50 manat məbləğində kredit verilmişdir. Kredit müaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh iddiaçıya 1311,50 manat əsas borcu və 17,90 manat faiz borcu, cəmi 1329,40 manat borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Ona görə də, Cavabdeh 1311,50 manat əsas borc və 17,90 manat faiz borcu olmaqla, cəmi 1329,40 manat borcun və ödənilmiş 34 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 02 iyul 2019-cu il tarixli 45/0719-084 saylı kredit (restrukturizasiya) müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, bu müqavilə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 1311,50 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. Kreditin verilmə tarixi 02 iyul 2019-cu il, kreditin tam qaytarılma tarixi 02 iyul 2024-cü il müəyyən edilmişdir. Müqaviləyə əsasən kredit illik 1 faiz olmaqla 5 il müddətinə (1 il güzəşt müddəti müəyyən edilməklə) verilmişdir. İşdə olan Cavabdeh ilə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında bağlanmış 02 iyul 2019-cu il tarixli 45/0719-084 saylı kredit müqaviləsi üzrə 12 noyabr 2020-ci il tarixə kredit borcunun, faizlərin hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə iddia qaldırılan günə olan vaxtı keçməmiş əsas kredit borcunun məbləği 1204,22 manat, iddia qaldırılan günə vaxtı keçməmiş faiz borcunun məbləği 0,46 manat, iddia qaldırılan günə vaxtı keçmiş əsas kredit borcunun məbləği 107,28 manat, iddia qaldırılan günə vaxtı keçmiş faiz borcunun məbləği 17,44 manat hesablanaraq iddia tələbinin cəmi 1329,40 manat təşkil etmişdir. İşdə olan 15 oktyabr 2020-ci il tarixli bildirişdən və həmin bildirişin cavabdeh tərəfindən qəbul edildiyini göstərən xəbərnamədən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh yaşadığı ünvana bildiriş göndərərək 02 iyul 2019-cu il tarixli 45/0719-084 saylı kredit müqaviləsi üzrə 1311,50 manat əsas borc və 3,84 manat faiz borcu olmaqla, cəmi 1315,34 manat borcun iddiaçıya qaytarılmasını tələb edilməklə üç iş günü müddətində kredit müqaviləsini ləğv etməyi təklif etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 505.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, 02 iyul 2019-cu il tarixli 45/0719-084 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 1311,50 manat məbləğində kredit verilmişdir. Kredit müaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh iddiaçıya 1311,50 manat əsas borcu və 17,90 manat faiz borcu olmaqla, cəmi 1329,40 manat borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Ona görə də Cavabdeh 1311,50 manat əsas borcun və 17,90 manat faiz borcunun, cəmi 1329,40 manat borcun və ödənilmiş 34 manat dövlət rüsumunun tutulmasını tələb edir. Məhkəmədə işin araşdırılan halları ilə həmçinin müəyyən olundu ki, iddaçı tərəfindən cavabdehə 15 oktyabr 2020-ci il tarixdə bildiriş ünvanlanmış və həmin bildirişdə Cavabdeh kredit müqaviləsi üzrə 1311,50 manat əsas, 3,84 manat faiz borcu olmaqla cəmi 1315,34 manat borcun qaytarılması tələb edilməklə kredit müqaviləsinin ləğv edilməsi təklif edilmişdir. Buradan görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı faiz borcunun hesablanmasını məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi 15 oktyabr 2020-ci il tarixədək hesablanmalıdır. Digər tərəfdən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi 15 oktyabr 2020-ci il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanlardan görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh 1311,50 manat əsas və 3,84 manat faiz borcu olmaqla cəmi 1315,34 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 02 iyul 2019-cu il tarixli 45/0719-084 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 1311,50 manat əsas borc və 3,84 manat faiz borcu olmaqla, cəmi 1315,34 manat borc alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 18 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən 34 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 02 iyul 2019-cu il tarixli 45/0719-084 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 1311,50 manat əsas borc, 3,84 manat faiz borcu olmaqla cəmi 1315 (bir min üc yüz on beş) manat 34 (otuz dörd) qəpik alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(055)-1345/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1345/2025
29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver