Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1354/2023 30.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2497.20 manat əsas borc, 447.26 manat faiz borcu, 35.74 manat cərimə borcu, cəmi 2980.20 manat borcun və 49.81 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 27.50% ödəmək şərti ilə 2700 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini vaxtında və lazimi qaydada icra etməyərək kedit müqaviləsinin tələblərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Nəticədə, cavabdehin iddiaçıya 2497.20 manat əsas borcu, 447.26 manat faiz borcu, 35.74 manat cərimə borcu, cəmi 2980.20 manat borcu yaranmışdır. Ona görə də, Cavabdeh 2497.20 manat əsas borc, 447.26 manat faiz borcu, 35.74 manat cərimə borcu, cəmi 2980.20 manat borcun və 49.81 manat ödənilmiş dövlət rüsumunun alınıb "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli 10264nkAHMb/22 saylı kredit müqaviləsindən və ona əlavədən görünür ki, bu müqavilə əsasında iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 27.50% ödəmək şərti ilə 2700 manat məbləğində kredit xətti açılmışıdır. Müqavilənin 1.1-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 21 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, 10264nkAHMb/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyətinə 2497.20 manat əsas borcu, 447.26 manat faiz borcu, 35.74 manat cərimə borcu, cəmi 2980.20 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh 36 ay müddətinə illik 27.50% ödəmək şərti ilə 2497.20 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini vaxtında və lazimi qaydada icra etməyərək kedit müqaviləsinin tələblərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Nəticədə, cavabdehin iddiaçıya 2497.20 manat əsas borcu, 447.26 manat faiz borcu, 35.74 manat cərimə borcu, cəmi 2980.20 manat borcu yaranmışdır. Ona görə də, Cavabdeh 2497.20 manat əsas borc, 447.26 manat faiz borcu, 35.74 manat cərimə borcu, cəmi 2980.20 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh 2497.20 manat əsas borc, 447.26 manat faiz borcu, 35.74 manat cərimə borcu, cəmi 2980.20 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 2497.20 manat əsas borc, 447.26 manat faiz borcu, 35.74 manat cərimə borcu, cəmi 2980.20 manat borc alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən 49.81 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 49.81 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2497.20 manat əsas borc, 447.26 manat faiz borcu, 35.74 manat cərimə borcu, cəmi 2980(iki min doqquz yüz səksən) manat 20(iyirmi) qəpik pul alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 49(qırx doqquz) manat 81(səksən bir) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1354/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1354/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver