Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1356/2024 19.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 2564,82 manat əsas borc, 1378,21 manat faiz borcu, cəmi 3943,03 manat borcun və ödənilmiş 59,43 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh2 arasında bağlanmış 15 dekabr 2021-ci il tarixli 08-MK saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə illik 24%-lə 4000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin İmişli filialı ilə bağlanmış 15 dekabr 2021-ci il tarixli 08-MK saylı saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borc öhdəliyinin icrasına zamin durmuşdur. Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya 1435,18 manat əsas borcdan və 913,83 manat faiz borcdan, cəmi 2349,01 manat ödəniş etmiş, lakin qalan əsas borcu və faiz borcu ödəməmişdir. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq 10 oktyabr 2024-cü il tarixədək hesablanmış 2564,82 manat əsas borc və 1378,21 manat faiz borcu iddiaçıya ödənilməmiş qalmışdır. Ona görə də İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2564,82 manat əsas borcun, 1378,21 manat faiz borcun, cəmi 3943,03 manat borcun və ödənilmiş 59,43 manat dövlət rüsumunun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 15 dekabr 2021-ci il tarixli 08-MK saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə 24 ay müddətinə qaytarmaq şərti ilə illik 24% dərəcəsi ilə 4000 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmışdır. İşdə olan 15 dekabr 2021-ci il tarixli 08-MK saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh (kredit alan) Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən götürdüyü 4000 manat kreditlə əlaqədar olaraq zamin (cavabdeh) Cavabdeh1 kredit alan-Cavabdeh2 ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan kreditin ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 16 yanvar 2022-ci il tarixdən 16 dekabr 2023-cü il tarixədək, yəni 24 ay müddətində, illik 24% dərəcəsi ilə hər ay 211,48 manat ödəniş etməklə, 4000 manat əsas borc, 1075,63 manat faiz borcu olmaqla, cəmi 5075,63 manat ödəməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşadığı ünvana bildiriş göndərərək onlardan 15 dekabr 2021-ci il tarixli 08-MK saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan 2564,82 manat əsas borcun, 1378,21 manat faiz borcun, cəmi 3943,03 manat borcun 10 gün müddətində iddiaçıya ödənilməsi tələb etmişdir. Əks təqdiqdə kredit borcunun qaytarılmasına dair məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. İşdə olan 10 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan əsas borcu 2564,82 manat, faiz borcu 1378,21 manat, cəmi borcu 3943,03 manat təşkil edir. Cavabdeh2 əsas borcdan 1435,18 manat, faiz borcdan 913,83 manat, cəmi 2349,01 manat ödəniş etmişdir. Kreditə görə xx.xx.2024cü il tarixədək hesablanmış faiz borcu isə 2292,04 manatdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh2 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 15 dekabr 2021-ci il tarixli 08-MK saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh2 iddiaçı tərəfindən avtomobil ehtiyyat hissələrinin təmiri məqsədi üçün 24 ay müddətinə, illik 24% dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə digər Cavabdeh1 arasında 15 dekabr 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh2 almış olduğu kreditə görə əsas borcdan 1435,18 manat, faiz borcundan 913,83 manat, ümumilikdə 2349,01 manat ödəniş etmiş, qalan ödəniş borcunu həyata keçirməmişdir. Cavabdehlər öhdəliklərini tam icra etmədiyi səbəbdən iddiaçı kredit müqaviləsinin 3-cü bəndinə əsaslanaraq cavabdehlərə bildiriş göndərərək onlardan kreditə görə edilmiş ödənişlər çıxıldıqdan sonra, yəni xx.xx.2024-cü il tarixə olan 2564,82 manat əsas borcun, 1378,21 manat faiz borcun, cəmi 3943,03 manat borcun qaytarılması tələb edilmiş, cavabdehlər isə borcun tam qaytarılmasından yayınmışlar. Ona görə də İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1dan müştərək qaydada 2564,82 manat əsas borcun, 1378,21 manat faiz borcun, cəmi 3943,03 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 15 dekabr 2021-ci il tarixli 08-MK saylı kredit müqaviləsi üzrə 2564,82 manat əsas borcun, 1378,21 manat faiz borcun, cəmi 3943,03 manat borcun cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1dan müştərək qaydada 2564,82 manat əsas borc, 1378,21 manat faiz borcu, cəmi 3943,03 manat alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 59,43 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 59,43 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1dan müştərək qaydada 2564,82 manat əsas borc, 1378,21 manat faiz borcu, cəmi 3943,03 (üç min doqquz yüz qırx üç) manat 03 (üç) qəpik alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 59 (əlli doqquz) manat 43 (qırx üç) qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1356/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1356/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver