Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1366/2023 21.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2023-cü il tarixli 331080-CNS-44050 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən 26 sentyabr 2023-cü il tarixə banka borclu olduğu 9135,02 manat məbləğində əsas borc, 297,71 manat məbləğində faiz borcu, 62,05 manat məbləğində cərimə, ümumilikdə 9494,78 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2023-cü il tarixli 331080-CNS-44050 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh borcu kapitallaşdıraraq 9494,78 manat məbləğində borcu illik 11% hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 06 aprel 2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 9135,02 manat məbləğində əsas borc, 297,71 manat məbləğində faiz borcu, 62,05 manat məbləğində cərimə, ümumilikdə 9494,78 manat məbləğində borcu qalmışdır. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2023-cü il tarixli 331080-CNS-44050 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən 26 sentyabr 2023-cü il tarixə banka borclu olduğu 9135,02 manat məbləğində əsas borc, 297,71 manat məbləğində faiz borcu, 62,05 manat məbləğində cərimə, ümumilikdə 9494,78 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə tələbin dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 06 aprel 2023-cü il tarixli, 331080- CNS-44050 saylı kredit borcunun restrukturizasiyasına dair müqavilədən və ödəniş cədvəlindən görünür ki, bu müqavilə ilə Cavabdeh 24 may 2022-ci il tarixli 331080-1- 35406 saylı (restrukturizasiya krediti) müqavilə üzrə “Kredit alan”ın “Bank”a 06 aprel 2023cü il tarixə mövcud olan kapitallaşdırılmış borcunun ödənilməsi məqsədi ilə illik 11% dərəcəsi ilə 59 ay müddətinə ödəmək şərti ilə 9135 manat məbləğində kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 06 aprel 2023-cü il tarixli ərizəanketdən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək 24 may 2022-ci il tarixli 331080-1-35406 (restrukturizasiya krediti) müqaviləsi üzrə “Bank”a 06 aprel 2023-cü il tarixə mövcud olan borcunun kapitallaşdırılaraq ödənilməsi məqsədi ilə illik 11% dərəcəsi ilə 59 ay müddətinə ödəmək şərti ilə 9135 manat məbləğində kredit verilməsi ilə əlaqədar yeni müqavilə münasibətlərini rəsmiləşdirilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 26 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, 06 aprel 2023-cü il tarixli 331080-CNS-44050 saylı müqavilə üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 26 sentyabr 2023-cü il tarixə 9135,02 manat əsas borcu, 297,71 manat faiz borcu və 62,05 manat cərimə, cəmi 9494,78 manat borcu vardır. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmədə işin araşdırılan halları ilə müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2023-cü il tarixli 331080-CNS-44050 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh illik 11% dərəcəsi ilə 59 ay müddətinə ödəmək şərti ilə 9135 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş və nəticədə cavabdehin 26 sentyabr 2023-cü il tarixə iddiaçıya 9135,02 manat əsas borcu, 297,71 manat faiz borcu, 62,05 manat cərimə borcu, cəmi 9494,78 manat borcu yaranmışdır. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 9135,02 manat əsas borc, 297,71 manat faiz borcu, 62,05 manat cərimə, cəmi 9494,78 manat borcun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 9135,02 manat əsas borc, 297,71 manat faiz borcu, 62,05 manat cərimə, cəmi 9494,78 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 9135,02 manat əsas borc, 297,71 manat faiz borcu, 62,05 manat cərimə, cəmi 9494,78 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 19 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 114,95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 114,95 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 9135,02 manat əsas borc, 297,71 manat faiz borcu, 62,05 manat cərimə, cəmi 9494 (doqquz min dörd yüz doxsan dörd) manat 78 (yetmiş səkkiz) qəpik alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 114 (bir yüz on dörd) manat 95 (doxsan beş) qəpik dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1366/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1366/2023
21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver