Məhkəmə qərarları › İş №e-2(055)-1399/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1399/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1399/2024 26.11.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1500 manat əsas borc, 341,46 manat faiz borcu, cəmi 1841,46 manat borc və ödənilmiş 38,41 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında elektron qaydada bağlanmış 23 may 2023cü il tarixli BRCB1574690B299 saylı kredit xətti müqaviləsinə əsasən 1100 manat məbləğində və kredit kartına dair müqavilə üzrə kredit xəttinin yenilənməsinə dair 24 may 2023-cü il tarixli əlavə razılaşmaya əsasən istehlak məqsədi ilə iddiaçı tərəfindən cavabdehə kredit xəttinin yeni məbləği 1500 manat müəyyəm edilmişdir. Kredit xətti müqaviləsinə əsasən Cavabdeh kartına illik 27% dərəcəsi ilə 1500 manat məbləğində kredit mədaxil edilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit müqaviləsinin tələblərini pozmaqla üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. Ona görə də, Cavabdeh 23 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 1500 manat əsas borc, 341,46 manat faiz borcu, cəmi 1841,46 manat borcun və ödənilmiş 38,41 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 23 may 2023-cü il tarixli, BRCB1574690B299 saylı kredit xətti müqaviləsindən görünür ki, bu müqavilə 31 may 2026-cı il tarixədək illik 27% dərəcəsi ilə ödəmək şərti ilə 1500 manat məbləğində kredit xətti açılması ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 23 may 2023-cü il tarixli kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək ona 1500 manat məbləğində kredit xətti ayrılmasını xahiş etmişdir. İşdə olan imza və möhür nümunələri vərəqəsindən görünür ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında olan kredit müqaviləsi və digər sənədlər elektron qaydada imzalanaraq təsdiqlənmişdir. İşdə olan 25 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21 oktyabr 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 23 may 2023-cü il tarixli, BRCB1574690B299 saylı kredit xətti müqaviləsi üzrə 1500 manat əsas borcu, 341,46 manat faiz borcu, cəmi 1841,46 manat borcu vardır. İşdə olan 07 oktyabr 2024-cü il tarixli bildirişdən və onun göndərilməsi barədə reyestrdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 23 may 2023-cü il tarixli, BRCB1574690B299 saylı kredit xətti müqaviləsi üzrə 1500 manat əsas borcu, 341,46 manat faiz borcu, cəmi 1841,46 manat borcun ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 23 may 2023-cü il tarixli BRCB1574690B299 saylı kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh kartına 31 may 2026cı il tarixədək illik 27% dərəcəsi ilə ödəmək şərti ilə 1500 manat məbləğində pul mədaxil edilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit müqaviləsinin tələblərini pozmaqla üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayındığından onun iddiaçıya 23 may 2023-cü il tarixli, BRCB1574690B299 saylı kredit xətti müqaviləsi üzrə 1500 manat əsas borcu, 341,46 manat faiz borcu, cəmi 1841,46 manat borcu yaranmışdır. Ona görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 23 may 2023-cü il tarixli, BRCB1574690B299 saylı kredit müqaviləsi üzrə 1500 manat əsas borc, 341,46 manat faiz borcu, cəmi 1841,46 manat pulun cavabdehdən tutulmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh kredit xətti müqaviləsi üzrə 1500 manat əsas borc, 341,46 manat faiz borcu, cəmi 1841,46 manat pulun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 23 may 2023-cü il tarixli, BRCB1574690B299 saylı kredit xətti müqaviləsi üzrə 1500 manat əsas borc, 341,46 manat faiz borc, cəmi 1841,46 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 23 oktyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 38,41 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 38,41 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 23 may 2023-cü il tarixli, BRCB1574690B299 saylı kredit xətti müqaviləsi üzrə 1500 manat əsas borc, 341,46 manat faiz borcu, cəmi 1841 (bir min səkkiz yüz qırx bir) manat 46 (qırx altı) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 38 (otuz səkkiz) manat 41 (qırx bir) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar