Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1421/2023 22.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1625.87 manat əsas borc, 0.73 manat faiz borcu və 3.54 manat cərimə, cəmi 1630.14 manat borcun, 36.31 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli, 038CASA193580025 saylı güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh restruktruzasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2688.98 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və müqavilə üzrə ödənişləri tam və vaxtında yerinə yetirməmişdir. Nəticədə, cavabdehin iddiaçıya 1625.87 manat əsas borcu, 0.73 manat faiz borcu, 3.54 manat cərimə borcu, cəmi 1630.14 manat borcu yaranmışdır. Ona görə də, Cavabdeh 1625.87 manat əsas borc, 0.73 manat faiz borcu, 3.54 manat cərimə borcu, cəmi 1630.14 manat borcun, 36.31 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2019-cu il tarixli, 038CASA193580025 saylı güzəştli kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2688.98 manat məbləğində kredit verilmişdir. İşdə olan 26 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il tarixli, 038CASA193580025 saylı güzəştli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1625.87 manat əsas borc, 0.73 manat faiz borcu, 3.54 manat cərimə borcu, cəmi 1630.14 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 038CASA193580025 saylı güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh restruktruzasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2688.98 manat məbləğində kredit verilmişdir. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və müqavilə üzrə ödənişləri tam və vaxtında yerinə yetirməmişdir. Nəticədə, cavabdehin iddiaçıya 1625.87 manat əsas borcu, 0.73 manat faiz borcu, 3.54 manat cərimə borcu, cəmi 1630.14 manat borcu yaranmışdır. Ona görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 1625.87 manat əsas borc, 0.73 manat faiz borcu,3.54 manat cərimə borcu, cəmi 1630.14 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 1625.87 manat əsas borc, 0.73 manat faiz borcu, 3.54 manat cərimə borcu, cəmi 1630.14 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 1625.87 manat əsas borc, 0.73 manat faiz borcu, 20 manat cərimə borcu, cəmi 1630.14 manat borc alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 36.31 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36.31 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1625.87 manat əsas borc, 0.73 manat faiz borcu, 3.54 manat cərimə borcu, cəmi 1630(bir min altı yüz otuz) manat 14(on dörd) qəpik pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36(otuz altı) manat 31(otuz bir) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.i
Məhkəmə qərarları › İş №e-2(055)-1421/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1421/2023
22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver