Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1440/2023 22.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 sentyabr 2020-ci il tarixli, BPM**********92 saylı kredit və tamkart çərçivə müqaviləsi üzrə nəğd kredit üzrə 3625.16 manat əsas borcun, 0.01 manat faiz borcunun, kart krediti üzrə 490.18 manat əsas borcun, ümumilikdə 4115.34 manat borcun və 61.16 manat ödənilmiş dövlət rüsumunun və 40(qırx) qəpik bank xidmət haqqının alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, 30 sentyabr 2020-ci il tarixli, BPM**********92 saylı kredit və tamkart çərçivə müqaviləsinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X5 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 4100 manat məbləğində nəğd, 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 500 manat məbləğində kart krediti verilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh X6 həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit borcunu banka qaytarmağı öhdəsinə götürmüşdür. X2 25 dekabr 2020-ci il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. Sabirabad regional «ASAN xidmət» mərkəzində Notariat Ofisi tərəfindən verilmiş məlumata əsasən müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Hazırda mərhum X2 banka nəğd kredit üzrə 3625.16 manat əsas borcu, 0.01 manat faiz borcu, kart krediti üzrə 490.18 manat əsas borcu, ümumilikdə 4115.34 manat borcu yaranmışdır.Ona görə də, cavabdeh X4 vərəsəsi kimi Cavabdeh nəğd kredit üzrə 3625.16 manat əsas borcun, 0.01 manat faiz borcunun, kart krediti üzrə 490.18 manat əsas borcun, ümumilikdə 4115.34 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 40(qırx) qəpik bank xidmət haqqının alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 30 sentyabr 2020-ci il tarixli kredit və tamkart çərçivə müqaviləsindən görünür ki, bu müqavilə 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 4100 manat məbləğində nəğd, 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 500 manat məbləğində kart krediti verilməsi ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmışdır. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Saatlı filialının maliyyə arayışından görünür ki, X4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 30 sentyabr 2020-ci il tarixli kredit və tamkart çərçivə müqaviləsi üzrə ümumilikdə 4115.34 manat borcu vardır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 25 dekabr 2020-ci il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabirabad regional «ASAN xidmət» mərkəzində Notariat Ofisinin 27 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh X4 qanun üzrə vərəsəsidir. İşdə olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh X4 qanun üzrə vərəsəsidir və miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 121.1 kv. m olan mənzildən ibarətdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-1306.2-ci maddələrinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. İş materialları araşdırılarkən müəyyən olundu ki, cavabdeh X8 ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 30 sentyabr 2020-ci il tarixli, BPM**********92 saylı kredit və tamkart çərçivə müqaviləsinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X5 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 4100 manat məbləğində nəğd, 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 500 manat məbləğində kart krediti verilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh X6 həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit borcunu banka qaytarmağı öhdəsinə götürmüşdür. X3 müqavilənin şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və nəticədə cavabdehin banka nəğd kredit üzrə 3625.16 manat əsas borcu, 0.01 manat faiz borcu, kart krediti üzrə 490.18 manat əsas borcu, ümumilikdə 4115.34 manat borcu yaranmışdır. X2 25 dekabr 2020-ci il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. Sabirabad regional «ASAN xidmət» mərkəzində Notariat Ofisi tərəfindən verilmiş məlumata əsasən müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Ona görə də, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X4 vərəsəsi kimi Cavabdeh banka nəğd kredit üzrə 3625.16 manat əsas borcun, 0.01 manat faiz borcunun, kart krediti üzrə 490.18 manat əsas borcun, ümumilikdə 4115.34 manat borcunun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh banka nəğd kredit üzrə 3625.16 manat əsas borcu, 0.01 manat faiz borcu, kart krediti üzrə 490.18 manat əsas borcu, ümumilikdə 4115.34 manat borcunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh banka nəğd kredit üzrə 3625.16 manat əsas borc, 0.01 manat faiz borcu, kart krediti üzrə 490.18 manat əsas borc, ümumilikdə 4115.34 manat borc alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 61.16 manat dövlət rüsumu və 40(qırx) qəpik bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 61.16 manat dövlət rüsumu və 40(qırx) qəpik bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh banka nəğd kredit üzrə 3625.16 manat əsas borcu, 0.01 manat faiz borcu, kart krediti üzrə 490.18 manat əsas borcu, cəmi 4115(dörd min yüz on beş) manat 34(otuz dörd) qəpik pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 61(altmış bir) manat 16(on altı) qəpik dövlət rüsumu və 40(qırx) qəpik bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1440/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1440/2023
22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver