Məhkəmə qərarları › İş №e-2(055)-145/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-145/2024

26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-145/2024 26.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 07 aprel 2023-cü il tarixli, BRCB0606721B159 saylı kredit kartına dair müqaviləyə əsasən 100 manat əsas borc, 23,85 manat faiz borcu, cəmi 123,85 manat borc, 07 aprel 2023-cü il tarixli, GTKR0606722B159 saylı kredit müqaviləsinə əsasən 2793,38 manat əsas borc, 38,72 manat faiz borcu, cəmi 2832,10 manat borc və ödənilmiş 49,56 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 07 aprel 2023-cü il tarixli, GTKR0606722B159 saylı kredit müqaviləsinə iddiaçı tərəfindən cavabdehə 35 ay müddətinə illik 20% dərəcəsi ilə 3060 manat məbləğində, 07 aprel 2023-cü il tarixli, BRCB0606721B159 saylı kredit kartına dair müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə illik 27% dərəcəsi ilə 100 manat məbləğində kredit verilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit kartına dair müqaviləyə və kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh kredit kartına dair müqavilə və kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya 07 aprel 2023-cü il tarixli, BRCB0606721B159 saylı kredit kartına dair müqaviləyə əsasən 100 manat əsas borc, 23,85 manat faiz borcu, cəmi 123,85 manat, 07 aprel 2023-cü il tarixli, GTKR0606722B159 saylı kredit müqaviləsinə əsasən 2793,38 manat əsas borc, 38,72 manat faiz borcu, cəmi 2832,10 manat borcu vardır. Ona görə də cavabdehdən 07 aprel 2023-cü il tarixli, BRCB0606721B159 saylı kredit kartına dair müqaviləyə əsasən 100 manat əsas borc, 23,85 manat faiz borcu, cəmi 123,85 manat, 07 aprel 2023-cü il tarixli, GTKR0606722B159 saylı kredit müqaviləsinə əsasən 2793,38 manat əsas borc, 38,72 manat faiz borcu, cəmi 2832,10 manat borc və ödənilmiş 49,56 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 07 aprel 2023-cü il tarixli, BRCB0606721B159 saylı kredit xətti müqaviləsindən görünür ki, bu müqavilə illik 27% olmaqla 35 ay müddətinə 100 manat məbləğində kredit xəttinin açılması və kartın verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 07 aprel 2023-cü il tarixli, GTKR0606722B159 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 20% olmaqla 35 ay müddətinə 3060 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 07 aprel 2023-cü il tarixli kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizələrindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək ona 3060 manat məbləğində kredit verilməsini və 100 manat məbləğində kredit xətti ayrılmasını xahiş etmişdir. İşdə olan imza və möhür nümunələri vərəqələrindən görünür ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında olan kredit müqaviləsi və digər sənədlər elektron qaydada imzalanaraq təsdiqlənmişdir. İşdə olan 13 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 07 aprel 2023-cü il tarixli, BRCB0606721B159 saylı kredit kartına dair müqaviləyə əsasən 100 manat əsas borc, 23,85 manat manat faiz borcu, cəmi 123,85 manat, 07 aprel 2023-cü il tarixli, GTKR0606722B159 saylı kredit müqaviləsinə əsasən 2793,38 manat əsas borc, 38,72 manat faiz borcu, cəmi 2832,10 manat borcu vardır. İşdə olan 07 dekabr 2023-cü il tarixli bildirişdən və onun göndərilməsi barədə reyestrdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 07 aprel 2023-cü il tarixli, BRCB0606721B159 saylı kredit kartına dair müqavilə üzrə 05 dekabr 2023-cü il tarixə olan 100,35 manat əsas borc, 23,50 manat, cəmi 123,85 manat, 07 aprel 2023-cü il tarixli, GTKR0606722B159 saylı kredit müqaviləsi üzrə 05 dekabr 2023-cü il tarixə olan 2996,60 manat əsas borc, 343,34 manat faz borcu, cəmi 3339,94 manat məbləğində borcunun 3 təqvim günü ərzində qaytarılması cavabdehdən tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 07 aprel 2023-cü il tarixli, GTKR0606722B159 saylı kredit müqaviləsinə iddiaçı tərəfindən cavabdehə 35 ay müddətinə illik 20% dərəcəsi ilə 3060 manat məbləğində, 07 aprel 2023-cü il tarixli, BRCB0606721B159 saylı kredit xətti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 27% dərəcəsi ilə 100 manat məbləğində kredit verilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit kartına dair müqaviləyə və kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh kredit kartına dair müqavilə və kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya 07 aprel 2023-cü il tarixli, BRCB0606721B159 saylı kredit xətti müqaviləsinə əsasən 100 manat əsas borc, 23,85 manat faiz borcu, cəmi 123,85 manat, 07 aprel 2023-cü il tarixli, GTKR0606722B159 saylı kredit müqaviləsinə əsasən 2793,38 manat əsas borc, 38,72 manat faiz borcu, cəmi 2832,10 manat borcu vardır. Ona görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh həmin borcun tutulmasını tələb edir. İşin araşdırılan halları ilə həmçinin müəyyən olundu ki, 07 aprel 2023-cü il tarixli, BRCB0606721B159 saylı kredit xətti müqaviləsi və 07 aprel 2023-cü il tarixli, GTKR0606722B159 saylı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdə Cavabdeh xx.xx.2023-cü il tarixə olan 07 aprel 2023-cü il tarixli, BRCB0606721B159 saylı kredit xətti müqaviləsinə əsasən 100,35 manat əsas borc, 23,50 manat, cəmi 123,85 manat, 07 aprel 2023-cü il tarixli, GTKR0606722B159 saylı kredit müqaviləsinə əsasən 2996,60 manat əsas borc, 343,34 manat faz borcu, cəmi 3339,94 manat borcun qaytarılması tələb edilmiş, cavabdeh də ona ünvanlanmış bildirişdən sonra iddiaçıya ödəniş edərək borcunu azaltmışdır. Digər tərəfdən İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2023-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etməmişdir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 07 aprel 2023-cü il tarixli, BRCB0606721B159 saylı kredit xətti müqaviləsinə əsasən 100 manat əsas borc, 23,85 manat manat faiz borcu, cəmi 123,85 manat, 07 aprel 2023-cü il tarixli, GTKR0606722B159 saylı kredit müqaviləsinə əsasən 2793,38 manat əsas borc, 38,72 manat faiz borcu, cəmi 2832,10 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 07 aprel 2023-cü il tarixli, BRCB0606721B159 saylı kredit xətti müqaviləsinə əsasən 100 manat əsas borc, 23,85 manat manat faiz borcu, cəmi 123,85 manat, 07 aprel 2023-cü il tarixli, GTKR0606722B159 saylı kredit müqaviləsinə əsasən 2793,38 manat əsas borc, 38,72 manat faiz borcu, cəmi 2832,10 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 49,56 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 49,56 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 07 aprel 2023-cü il tarixli, BRCB0606721B159 saylı kredit xətti müqaviləsinə əsasən 100 manat əsas borc, 23,85 manat manat faiz borcu, cəmi 123 (bir yüz iyirmi üç) manat 85 (səksən beş) qəpik, 07 aprel 2023-cü il tarixli, GTKR0606722B159 saylı kredit müqaviləsinə əsasən 2793,38 manat əsas borc, 38,72 manat faiz borcu, cəmi 2832 (iki min səkkiz yüz otuz iki) manat 10 (on) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 49 (qırx doqquz) manat 56 (əlli altı) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar