Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1460/2024 18.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1826 manat əsas borc, 409,33 manat faiz borcu, 174,69 manat cərimə borcu, cəmi 2410,02 manat borcun və 44,11 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X1-Bank Kredit Təşkilatı ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədi üçün illik 30% dərəcəsi olmaqla 24 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 141 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh2 sözü gedən kredit müqaviləsinin icrasına zamin olmuşdur. Cavabdeh1 və Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 və Cavabdeh2 İddiaçı X1-Bank Kredit Təşkilatına 1826 manat əsas borcu, 409,33 manat faiz borcu, 174,69 manat cərimə borcu, cəmi 2410,02 manat borcu vardır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1826 manat əsas borc, 409,33 manat faiz borcu, 174,69 manat cərimə borcu, cəmi 2410,02 manat borcun və 44,11 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən və ona əlavədən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən kredit alan Cavabdeh1 və Cavabdeh2 biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 30% dərəcəsi olmaqla 24 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. İşdə olan 24 may 2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən kredit alan (Cavabdeh1) müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 İddiaçı X1-Bank Kredit Təşkilatına 1826 manat əsas borcu, 409,33 manat faiz borcu, 174,69 manat cərimə borcu, cəmi 2410,02 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 30% dərəcəsi olmaqla 24 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 141 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh2 sözü gedən kredit müqaviləsinin icrasına zamin olmuşdur. Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı X1- Bank Kredit Təşkilatına 1826 manat əsas borcu, 409,33 manat faiz borcu, 174,69 manat cərimə borcu, cəmi 2410,02 manat borcu vardır. Ona görə də İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada həmin borcu tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1826 manat əsas borc, 409,33 manat faiz borcu, 174,69 manat cərimə borcu, cəmi 2410,02 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh2 müştərək qaydada tələb olunan 174,69 manat cərimə (dəbbə pulu) 80 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1826 manat əsas borc, 409,33 manat faiz borcu, 80 manat cərimə borcu, cəmi 2315,33 manat pul alınıb İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. İşdə olan 05 noyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı X1- Bank Kredit Təşkilatı tərəfindən 44,11 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraaq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44,11 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1826 manat əsas borc, 409,33 manat faiz borcu, 80 manat cərimə borcu, cəmi 2315(iki min üç yüz on beş) manat, 0,33 (otuz üç) qəpik borc alınıb İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 44 (qırx dörd) manat 0,11(on bir) qəpik dövlət rüsumu alınıb İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-1460/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1460/2024
18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver