Məhkəmə qərarları › İş №e-2(055)-1549/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1549/2024

29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1549/2024 29.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2022-ci ll tarixli 633-MSH-0928-22 saylı kredit muqaviləsi uzrə 746,96 manat, əsas borc, 57.79 manat faiz borcu, 112.04 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli 783-MSF-0249-22 saylı kredit muqaviləsi uzrə 1060,47 manat əsas borc, 87,84 manat faiz borcu, 159.07 manat cərimə borcunun və 42.64 manat ödənilmiş dövlət rüsumun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh 24 ay müddətinə qaytarılmaq şərti ilə 2380 manat məbləğində kredit verilmiş ve bununla baglı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022ci il tarixli 633-MSH-0928-22 saylı kredit müqaviləsi bağlanmışdır. X2 Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli 783-MSF-0249-22 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə qaytarılmaq şərti ilə 3355 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməyərək borcunu ödəməkdən yayınmışdır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 24 noyabr 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdeh 24 ay müddətinə 2380 manat məbləğində kredit verilmişdir. İşdə olan 24 noyabr 2022-ci il tarixli 783-MSF-0249-22 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdeh 24 ay müddətinə 3355 manat məbləğində kredit verilmişdir. İşdə olan 15 noyabr 2024-cü il tarixli maliyyə arayışdan görünür ki, 24 noyabr 2024cü il tarixli 633-MSH-0928-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə 746.96 manat əsas borc, 57.79 manat faiz borcu, 112.04 manat cərimə borcu, cəmi 916.79 manat borcu vardır. İşdə olan 15 noyabr 2024-cü il tarixli maliyyə arayışdan görünür ki, 24 noyabr 2024cü il tarixli 783-MSF-0249-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə 1060.47 manat əsas borc, 87.84 manat faiz borcu, 159.07 manat cərimə borcu, cəmi 1307.38 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 633-MSH-0928-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh tələb olunan 112,04 manat cərimə (dəbbə pulu) 60 manatadək, xx.xx.2022-ci il tarixli 783-MSF-0249-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh tələb olunan 159,07 manat cərimə (dəbbə pulu) 70 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2022-ci il tarixli 633-MSH-0928-22 saylı və xx.xx.2022-ci il tarixli 783-MSF-0249-22 saylı müqavilələr üzrə 1807.43 manat əsas borc, 145.63 manat faiz borcu, 130 manat cərimə borcu, cəmi 2083,06 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən 42,64 manat dövlət rüsumu və xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 42,64 manat dövlət rüsumu və xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 633-MSH-0928-22 saylı və xx.xx.2022-ci il tarixli 783-MSF-0249-22 saylı müqavilələr üzrə 1807.43 manat əsas borc, 145.63 manat faiz borcu, 130 manat cərimə borcu, cəmi 2083,06 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 42,64 manat pul, ümumilikdə 2125(iki min yüz iyirmi beş) manat 70(yetmiş qəpik) tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar