Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-155/2024 15.02.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X4 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 5172,13 manat əsas borc, 561,29 manat faiz borcu, cəmi 5733,42 manat məbləğində vəsaitin və ödənilmiş 77,33 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X5 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 iyun 2023-cü il tarixli RGTK1724212B159 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh X5 müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Borcun ödənilməsi barədə cavabdehə bildiriş göndərilərək xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. Nəticədə cavabdehin 11 dekabr 2023-cü il tarixə iddiaçıya 5172,13 manat əsas borc, 561,29 manat faiz borcu, cəmi 5733,42 manat borcu yaranmışdır. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 01 iyun 2023-cü il tarixli RGTK1724212B159 saylı kredit müqaviləsi üzrə 5172,13 manat əsas borc, 561,29 manat faiz borcu, cəmi 5733,42 manat məbləğində vəsaitin və ödənilmiş 77,33 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X4 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə təyin olunmuş bütün məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X5 heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 01 iyun 2023-cü il tarixli ərizədən görünür ki, X5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək ona gündəlik tələbat məqsədi ilə 5398,14 manat məbləğində kredit verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 01 iyun 2023-cü il tarixli RGTK1724212B159 saylı kredit müqaviləsi və həmin müqaviləyə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, bu müqavilə gündəlik tələbat məqsədi ilə illik 20% olmaqla 36 ay müddətinə 5398,14 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmuş 15 dekabr 2023-ci il tarixli maliyyə arayışından görünür ki, X3 11 dekabr 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 01 iyun 2023-cü il tarixli RGTK1724212B159 saylı kredit müqaviləsi üzrə 5172,13 manat əsas borcu, 561,29 manat faiz borcu, cəmi 5733,42 manat borcu vardır. İşdə olan və məhkəmə iclasında elan olunmuş 07 dekabr 2023-cü il tarixli bildirişdən və onun göndərilməsi barədə reyestrdən görünür ki, iddiaçı tərəfindən cavabdeh X2 01 iyun 2023-cü il tarixli RGTK1724212B159 saylı kredit müqaviləsi üzrə 05 dekabr 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 5172,13 manat əsas borc, 561,29 manat faiz borcu, cəmi 5733,42 manat borcun 3 təqvim günü ərzində ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, cavabdeh X5 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 iyun 2023-cü il tarixli RGTK1724212B159 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə gündəlik tələbat məqsədi ilə 36 ay müddətinə, illik 20% dərəcəsi ilə 5398,14 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh X5 ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit müqaviləsinin tələblərini pozmaqla üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə bildiriş göndərilərək xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayındığından cavabdehin iddiaçıya 11 dekabr 2023-cü il tarixə 01 iyun 2023-cü il tarixli RGTK1724212B159 saylı kredit müqaviləsi üzrə 5172,13 manat əsas borcu, 561,29 manat faiz borcu, cəmi 5733,42 manat borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 01 iyun 2023-cü il tarixli RGTK1724212B159 saylı kredit müqaviləsi üzrə 5172,13 manat əsas borc, 561,29 manat faiz borcu, cəmi 5733,42 manat borcun cavabdeh X2 tutularaq iddiaçıya ödənilməsini tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh X2 01 iyun 2023-cü il tarixli RGTK1724212B159 saylı kredit müqaviləsi üzrə 5172,13 manat əsas borc, 561,29 manat faiz borcu, cəmi 5733,42 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh X2 01 iyun 2023-cü il tarixli RGTK1724212B159 saylı kredit müqaviləsi üzrə 5172,13 manat əsas borc, 561,29 manat faiz borc, cəmi 5733,42 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 09 dekabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 77,33 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 77,33 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh X2 01 iyun 2023-cü il tarixli RGTK1724212B159 saylı kredit müqaviləsi üzrə 5172,13 manat əsas borc, 561,29 manat faiz borcu, cəmi 5733 (beş min yeddi yüz otuz üç) manat 42 (qırx iki) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 77 (yetmiş yeddi) manat 33 (otuz üç) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-155/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-155/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver