Məhkəmə qərarları › İş №e-2(055)-1557/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1557/2024

29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1557/2024 29.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 108 manat əsas borc, 10 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumunun cəmi 148 manat borc cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "X1" MMC-nin direktoru Nümayəndə xx.xx.2022 tarixdə "xxxx" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, sonuncu ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2016-cı il tarixli 01-AGT000006569 nömrəli alqı-satqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir. Müqavilǝyǝ əsasən alıcı olan Cavabdeh "Vorld Telekom mağazasından ümum nisyə dəyəri 164 (bir yüz altmış dörd) manat olan HUAWEİ Y220 (İMEİ: **********29914) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh Valiş oğlu xx.xx.2016-ci il tarixda başlayaraq har ayın 05 dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 12 (on iki) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri olan108 manatı mağazaya ödəməmişdir Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Ona görə də, Cavabdeh 108 manat əsas borc, 10 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 148 manatın alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2016-cı il tarixli, 01-AGT000006569 saylı nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavədən görünür ki, xx.xx.2016-cı il tarixli, 01- AGT000006569 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı HUAWEİ Y220 markalı mobil telefona görə 12 ay müddətinə hər ay 12 manat manat ödəməklə, ümumilikdə 164 manat ödəmək şərti ilə qeyd olunan məhsulun alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 04 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixli, 01-AGT000006569 saylı müqavilə üzrə 108 manat əsas borcu, 10 manat cərimə, ümumilikdə ödənilməmiş 118 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 108 manat əsas borc, 10 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 148 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 108 manat əsas borc, 10 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 148 manat alınaraq İddiaçınə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli, 01-AGT000006569 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 108 manat əsas borc, 10 manat cərimə borcu, cəmi 118(bir yüz on səkkiz) manat pul alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar