Məhkəmə qərarları › İş №e-2(055)-1590/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1590/2025

17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1590/2025 17.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, Müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 454,23 manat əsas borc, 10,64 manat faiz borcu, 36 manat cərimə və Azərbaycan Respublikası Mərkəzi Bankının 2021, 2022, 2023, 2024-cü illər uçot dərəcəsi ilə hesablanmış 138 manat olmaqla, cəmi 638,87 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 21 avqust 2019-cu il tarixli 45/0819-123 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 454,23 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh 20 dekabr 2021-ci il tarixə iddiaçıya 454,23 manat əsas borcu və 10,27 manat faiz borcu, 36 manat cərimə olmaqla, cəmi 500,87 manat borcu yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərinin icra edilməməsinə görə iddiaçı tərəfindən cavabdehə qarşı bank uçot dərəcəsi 2021-ci il üçün yeddi faizlə 31 manat (454 x 7%=31), 2022-ci il səkkiz faizlə üçün 36 manat (454 x 8%=36), 2023-cü il üçün doqquz faizlə 40 manat (454,23 x 9%=40) və 2024-cü il üçün yeddi faizlə 31 manat (454,23 x 7%=31), ümumilikdə 138 manat hesablanmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Ona görə də Cavabdeh 454,23 manat əsas borc, 10,64 manat faiz məbləği, 36 manat cərimənin və Azərbaycan Respublikası Mərkəzi Bankının 2021, 2022, 2023, 2024-cü illər uçot dərəcəsi ilə hesablanmış 138 manatın, cəmi 638,87 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 21 avqust 2019-cu il tarixli 45/0819-123 saylı kredit (restrukturizasiya) müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, bu müqavilə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 454,23 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. Kreditin verilmə tarixi 21 avqust 2019-cu il, kreditin tam qaytarılma tarixi 21 avqust 2024-cü il müəyyən edilmişdir. Müqavilənin 1.3-cü maddəsinə əsasən kredit illik 1 faiz olmaqla 5 il müddətinə (1 il güzəşt müddəti müəyyən edilməklə) verilmişdir. İşdə olan Cavabdeh ilə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında bağlanmış 21 avqust 2019-cu il tarixli 45/0819-123 saylı kredit müqaviləsi üzrə 20 dekabr 2021-ci il tarixə kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə iddia qaldırılan günə olan vaxtı keçməmiş əsas kredit borcunun məbləği 314,20 manat, iddia qaldırılan günə vaxtı keçməmiş faiz məbləği 0,37 manat, iddia qaldırılan günə vaxtı keçmiş əsas kredit borcunun məbləği 140,03 manat, iddia qaldırılan günə vaxtı keçmiş faiz məbləği 10,27 manat, borc üzrə iddia tələbinin cəmi 500,87 manat təşkil edir. Ödənilmiş əsas kredit məbləği 0,00 manat, ödənilmiş faiz məbləği 0,00 manat olmuşdur. İşdə olan 15 noyabr 2021-ci il tarixli bildiriş və bildirişin cavabdeh tərəfindən qəbul edildiyini göstərən xəbərnamədən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 454,23 manat əsas borcun, 10 manat faiz məbləğinin, cəmi 464,23 manat borcun üç gün müddətində qaytarılması tələb edilməklə kredit müqaviləsinin ləğv edilməsi təklif edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Mərkəzi Bankı-Uçot faiz dərəcəsinə aid axtarış səhifəsindən edilmiş çıxarışlardan görünür ki, bank uçot dərəcəsi 2021-ci il üçün yeddi faiz, 2022-cü il üçün səkkiz faiz, 2023-cü il üçün doqquz faiz və 2024-cü il üçün yeddi faiz təşkil etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 305.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, 21 avqust 2019-cu il tarixli 45/0819-123 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 454,23 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh 20 dekabr 2021-ci il tarixə iddiaçıya 454,23 manat əsas borcu və 10,27 manat faiz borcu, 36 manat cərimə olmaqla, cəmi 500,87 manat borcu yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərinin icra edilməməsinə görə iddiaçı tərəfindən cavabdehə qarşı bank uçot dərəcəsi 2021-ci il üçün yeddi faizlə 31 manat (454 x 7%=31), 2022-ci il səkkiz faizlə üçün 36 manat (454 x 8%=36), 2023-cü il üçün doqquz faizlə 76 manat (454,23 x 9%=76) və 2024-cü il üçün yeddi faizlə 59 manat (454,23 x 7%=59), ümumilikdə 138 manat hesablanmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Ona görə də Cavabdeh 454,23 manat əsas borc, 10,64 manat faiz məbləği, 36 manat cərimənin və Azərbaycan Respublikası Mərkəzi Bankının 2021, 2022, 2023, 2024-cü illər uçot dərəcəsi ilə hesablanmış 138 manatın, cəmi 638,87 manat borcun tutulmasını tələb edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. İşin araşdırılan halları ilə müəyyən olundu ki, Cavabdeh 21 avqust 2019-cu il tarixli 45/0819-123 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 454,23 manat məbləğində borc öhdəliyini kredit müqaviləsində nəzərdə tutulmuş müddətdə icra etmədiyindən iddiaçı tərəfindən cavabdehə qarşı müqavilədə göstərilən illik 1 faiz dərəcəsindən başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən Mərkəzi Bank uçot dərəcəsi 2021-ci il üçün yeddi faizlə 31 manat, 2022-ci il üçün səkkiz faizlə 36 manat, 2023-cü il üçün doqquz faizlə 40 manat və 2024-cü il üçün yeddi faizlə 31 manat, ümumilikdə 138 manat faiz borcu hesablanmışdır. Məhkəmə bununla bağlı hesab edir ki, iddiaçı cavabdehə vermiş olduğu 454,23 manat kredit üçün cavabdehdən 2021, 2022, 2023, 2024-cü il tarixlərinə bank uçot faiz dərəcəsi tətbiq etməklə yenidən dörd il müddətinə cavabdehdən ümumilikdə 138 manat faiz borcu tələb etməsi restrukturizasiya müqaviləsinin mahiyyətinə və şərtlərinə uyğun deyil, yəni iddiaçı digər əsaslardan çıxış edərək müqavilədə göstərilən bir faiz məbləğindən artıq (əlavə) faiz məbləği tələb etmək hüququna malik deyildir. Buna baxmayaraq iddiaçı tələbində cavabdehə qarşı müqavilə üzrə son ödənişin tarixindən sonra yəni, 21 avqust 2024-cü ildən 31 dekab 2024-cü il tarixədək olan cəmi dörd ay müddətində bank uçot dərəcəsi hesablaya bilərdi ki, həmin məbləğ də 10,08 manat təşkil edir. Belə ki, iddiaçının 2024-cü il üçün Mərkəzi Bankın 7 faizlik uçot dərəcəsi ilə tələb etdiyi 31 manat borcu aylara böldükdə (31:12) 2,52 manat təşkil edir və həmin məbləği dörd aya vurduqda (2,52 x 4) 10,08 manat təşkil edir. Məhkəmədə işin araşdırılan halları ilə həmçinin müəyyən olundu ki, iddaçı tərəfindən cavabdehə 15 noyabr 2021-ci il tarixdə bildiriş ünvanlanmış və həmin bildirişdə Cavabdeh kredit müqaviləsi üzrə 454,23 manat əsas borcun, 10 manat faiz məbləğinin, cəmi 464,23 manat borcun üç gün müddətində qaytarılması tələb edilməklə kredit müqaviləsinin ləğv edilməsi təklif edilmişdir. Buradan görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı faiz məbləğinin hesablanmasını məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi 15 noyabr 2021-ci il tarixədək hesablanmalıdır. Qeyd olunanlardan görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh 454,23 manat əsas borc, 10 manat faiz məbləği, 36 manat cərimə və Azərbaycan Respublikası Mərkəzi Bankının 2021, 2022, 2023, 2024-cü illər uçot dərəcəsi üçün 10,08 manat borcun, cəmi 510,31 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 21 avqust 2019-cu il tarixli 45/0819-123 saylı müqavilə üzrə tələb olunan 36 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 20 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 21 avqust 2019-cu il tarixli 45/0819-123 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 454,23 manat əsas borc, 10 manat faiz məbləği, 20 manat cərimə və Azərbaycan Respublikası Mərkəzi Bankının 2021, 2022, 2023, 2024-cü illər uçot dərəcəsi ilə hesablanmış 10,08 manatın, cəmi 494,31 manat alınıb iddiaçı ASEL KREDİT» Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 05 avqust 2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 21 avqust 2019-cu il tarixli 45/0819-123 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 454,23 manat əsas borc, 10 manat faiz məbləği, 20 manat cərimə və Azərbaycan Respublikası Mərkəzi Bankının 2021, 2022, 2023, 2024-cü illər uçot dərəcəsi ilə hesablanmış 10,08 manat olmaqla, cəmi 494 (dörd yüz doxsan dörd) manat 31 (otuz bir) qəpik alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar