Məhkəmə qərarları › İş №e-2(055)-1656/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-1656/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-1656/2025 20.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - BOKT "xxxx" QSC) Cavabdeh qarşı müqavilə üzrə borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı BOKT "xxxx" QSC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli 698-HQZ-0684-22 saylısaylı kredit müqaviləsi üzrə əsas borcu 1510.57 manat, faiz borcu 282.48 manat, cərimə borcu 206.59 manat, həmçinin iddia ərizəsinə görə ödənilmiş 40.60 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 2040.24 manat məbləğində borcun iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulmalı, tutmanın Cavabdeh məxsus, ümumi dəyəri 1665,00 manat müəyyən edilmiş, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 7,40 qram olan sırğa-üzük dəst qızıl-zinət əşyası, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 4,53 qram olan qızıl üzük və 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 3,84 qram olan qızıl üzüyün açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitinin borc tələbinə uyğun olaraq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 24 ay müddətinə qaytarılmaq şərti ilə 1665,00 AZN (Bir min altı yüz altmış beş manat 00 qəpik) məbləğində kredit verilmiş və bununla bağlı BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 698-HQZ-0684-22 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli 698-HQZ-0684-22 saylı Girov Müqaviləsinə əsasən Cavabdeh məxsus, ümumi bazar dəyəri 1665,00 AZN (bir min altı yüz altmış beş manat 00 qəpik)məbləğində müəyyən edilmiş 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 7,40 qram olan sırğa-üzük dəst qızıl-zinət əşyası, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 4,53 qram olan qızıl üzük və 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 3,84 qram olan qızıl üzük BOKT "xxxx" QSC-nin xeyrinə girov qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, məhkəmə bildirişi Cavabdeh elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilsə də, ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli 698-HQZ-0684-22 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə 24 ay müddətinə olmaqla 1665 manat məbləğində kreditin verilməsi ilə əlaqədar iddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli 698-HQZ-0684-22 saylı girov müqaviləsindən görünür ki, Cavabdeh məxsus, ümumi dəyəri 1665,00 AZN (Bir min altı yüz altmış beş manat 00 qəpik) manat müəyyən edilmiş, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 7,40 qram olan sırğa-üzük dəst qızıl-zinət əşyası, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 4,53 qram olan qızıl üzük və 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 3,84 qram olan qızıl üzük girov qoyulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə BOKT "xxxx" QSC-nə 1510,57 manat əsas, 282,48 manat faiz borcu, 151 manat cərimə borcu olmaqla ümumilikdə 1944,05 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh iddiaçı BOKT "xxxx" QSC ilə xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən Cavabdeh BOKT "xxxx" QSC-dən 1665 manat məbləğində kredit götürmüş, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli girov müqaviləsinə əsasən cavabdeh özünə məxsus 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 7,40 qram olan sırğa-üzük dəst qızıl-zinət əşyasını, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 4,53 qram olan qızıl üzüyü və 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 3,84 qram olan qızıl üzüyü iddiaçıya girov qoymuş, lakin Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kredit üzrə əsas və faiz borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən onun BOKT "xxxx" QSC-yə 1510.57 manat əsas borcu, 282.48 manat faiz borcu, 206.59 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçı BOKT "xxxx" QSC Cavabdeh əsas, faiz və cərimə borcunun tutulmasını, həmçinin tutmanın girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməklə həmin girov predmetinin hərracda satılaraq tələb edilən borca ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 01 dekabr 2022-ci il tarixli 698-HQZ-0684-22 saylı müqavilə üzrə tələb olunan 206,59 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 151 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1510,57 manat əsas, 282,48 manat faiz borcu, 151 manat cərimə borcu olmaqla ümumilikdə 1944,05 manat alınıb iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulmalı, tutma 01 dekabr 2022-ci il tarixli girov müqaviləsi üzrə girov qoyulmuş Cavabdeh məxsus olan 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 7,40 qram olan sırğa-üzük dəst qızıl-zinət əşyası, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 4,53 qram olan qızıl üzük və 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 3,84 qram olan qızıl üzük zinət əşyalarına yönəldilməklə həmin girov predmetləri hərracda satılaraq tələb edilən borca ödənilməli, satışdan əldə olunan vəsaitin borca ödənildikdən sonra artıq qalan hissəsi cavabdehə qaytarılmalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, BOKT "xxxx" QSC tərəfindən 40,60 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 40,60 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 698-HQZ-0684-22 saylısaylı kredit müqaviləsi üzrə 1510,57 manat əsas, 282,48 manat fazi borcu, 151 manat cərimə borcu, cəmi 1944,05 (bir min doqquz yüz qırx dörd manat beş qəpik) manat pul alınıb BOKT "xxxx" QSC-nin xeyrinə ödənilsin. İddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə ödənilməli olan 1944,05 (bir min doqquz yüz qırx dörd manat beş qəpik) manat Cavabdeh məxsus olan 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 7,40 qram olan sırğa-üzük dəst qızıl-zinət əşyası, 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 4,53 qram olan qızıl üzük və 1 (bir) ədəd, 585 əyarlı, çəkisi 3,84 qram olan qızıl üzük zinət əşyalarına yönəldilsin, həmin girov predmetləri açıq hərracda satılsın, satışdan əldə olunan pul vəsaiti Cavabdeh iddiaçı BOKT "xxxx" QSC-yə olan borcuna ödənilsin. Satışdan əldə olunan vəsaitin borca ödənildikdən sonra artıq qalan hissəsi Cavabdeh qaytarılsın. Cavabdeh 40,60 (qırx manat altmış qəpik) manat dövlət rüsumu alınıb iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar